Məhkəmə qərarları › İş №2(003)-2185/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2185/2025

08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2185/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi X2 Bakı şəhəri 31 saylı dövlət Notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X7 Bakı şəhəri 31 saylı dövlət Notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək X5 X3 atası olması və X5 onun babası olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizənin həcminin azaldılması barədə ərizə təqdim etməklə X5 X2 babası olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında göstərdi ki, ərizəçi xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş və həmin tarixdən bu günədək ünvan 1 ünvanında yaşayır. Həmin ev ərizəçinin X1na məxsus olmuşdur. X1 xx.xx.1965-ci il tarixdə vəfat etmişdi. Ərizəçinin atasının adı X9 olmuşdur və o xx.xx.2001-ci il tarixdə vəfat etmişdi. Bu faktın müəyyən edilməsi onlara vərəsəlik işi ilə bağlı lazımdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Bakı şəhəri 31 saylı dövlət Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il qətnaməsindən görünür ki, X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, 18 saylı fərdi yaşayış evinin X7 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilən 293070 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində vəfat etmişdi. İş materiallarına əlavə olunan AZ seriyalı 080572 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdi. İş materiallarında olan AZ-İİ seriyalı 234106 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 kişi qızı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 31 saylı dövlət Notariat ofisinin qərarından görünür ki, X10 həqiqətən də xx.xx.1965-ci il tarixdə Bakı şəhərində vəfat etmişdi. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanunla müəyyən edilmiş müddət buraxıldığı, miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlərin olmaması və vərəsələrin dairəsini müəyyən etmək mümkün olmadığından mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 bildirmişdir ki, xx.xx.1956-cı il tarixdə Zirə qəsəbəsində anadan olmuşdur. Ərizəçi onun uzaq qohumudur. Ərizəçinin atası X9, X1 olmuşdur. Hər ikisi vəfat etmişdir, ərizəçinin babasının vəfat etdiyi vaxtı bilmir, çünki o vaxt uşaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirmişdir ki, xx.xx.1950-ci il tarixdə Zirə qəsəbəsində anadan olmuşdur. Ərizəçi onun doğulandan qonşusudur. Ərizəçinin X1 olmuş, təxminən 1975-1980-ci illərdə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X10 ərizəçinin babası olmuş və xx.xx.1965-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi X5 nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qohumluq faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və araşdırılmış sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1965-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X5 X2 babası olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1965-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X5 X2 babası olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar