Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2188/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Oğlu Binə qəsəbəsində ev almış, müvəqqəti olaraq həyat yoldaşı X1 ilə həmin evdə yaşamaqla, qeydiyyatda olduğu və boya başa çatdığı evinə də gedib gəlirdi. Onlara məxsus əmlakları da həmin evdə yerləşir. O hər dəfə evinə gedib gələndə cavabdeh onunla mübshisə edir heç bir səbəb olmadan evinə giriş-cıxışına mane olur bir sözlə onu evinə buraxmaq istəmir. Bundan sonra o öz evinə köçmək istəmiş, lakin cavabdeh onu öz evinə buraxmamışdır. O isə bu qoca yaşında ailsilə evində girib yaşamaqdan məhrum olmuşdur. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdehnun iştakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı evdə xx.xx.2006-cı il tarixdə qeydiyyatdadır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 iləxx.xx.1984-cü ildə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 512 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı evdə xx.xx.2006-cı il tarixdə qeydiyyatdadır. Göründüyü kimi hazırda iddiaçının köçürülməli olduğunu iddia etdiyi yaşayış sahəsinə nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Lakin işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə aralarında olan mübahisəyə qədər mübahisəli evdə yaşamışdır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsindən iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının həmin mənzilə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində həmin mənzildən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin mənzilə köçürülməsindən onun imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1 ünvanında yerləşən 19 saylı evinə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2188/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2188/2022
04.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver