Məhkəmə qərarları › İş №2(003)-2198/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2198/2021

18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2198/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 2015-ci il təvəllüdlü X7 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X11 ilə 2014-cü ildə el-adəti ilə evlənərək ailə qurmuşdur. Nikahları 20.06.2018-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 14.08.2015-ci il təvəllüdlülü X10 anadan olmuşdur. Oğlunun doğum haqqında şəhadətnaməsi yoxdur. Həyat yoldaşı ilə onun maddi imkanları olmadığından o, ev şəraitində doğulmuşdur. Maddi imkanımız olmadığından o, ev şəraitində doğulmuşdur. Oğlunun doğum haqqında şəhadətnaməsi yoxdur. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəsini dəqiqləşdirərək Ərizəçi ilə X11 birgə nikahından 14.08.2015-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması, soyadının “Qurbanov”, adının “Heydər”, ata adının “Tufan”, milliyyətinin Azərbaycanlı, atasının X11-milliyyətinin Azərbaycanlı, anasının Ərizəçi -milliyyətinin Azərbaycanlı kimi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayarq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi 20.06.2018-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə Maraqlı şəxsndə nikah qeydi kitabında 1562 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Hümbətliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş şəhər xəstəxanasının 21.04.2021-ci il tarixli 287 nömrəli arayışından görünür ki, 14.08.2015-ci il tarixli X10 29 saylı BŞX-nın uşaq poliklinikasında qeydiyyatdadır. Hazırda sağlamdır. İş materiallarında olan Azərbaycan Respublikasının Bakı Səhiyyə idarəsi Birləşmiş şəhər Xəstəxanasının 30.09.2020-ci il tarixli 1113 nömrəli arayışda X1 olduğu BŞX-nin uşaq poliklinikasında qeydiyyatda olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 20.04.2021-ci il tarixli, 05/15-372 nömrəli məktubda qeyd edilmişdir ki, 14.08.2015-ci il tarixdə anadan olmuş uşağın doğumunun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-ci il tarixdə 145 saylı Qərarı ilə təsdiq edilmiş “X3 dövlət Qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün vəideynlərinin şəxsiyyətini təsdiq edən sənəd, valideynlərin nikah haqqında şəhadətnamələri, doğum faktını vaxtını və yerini təsdiq edən tibbi müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd göstərilən Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o Ərizəçi əridir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayırlar. Onların birgə nikahlarında 14.08.2015-ci ildə ev şəraitində oğlan uşaqları olan Heydər doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o Badamdar qəsəbəsində yaşayır. Ərizəçi onun xalasıdır. Heydər ev şəraitində dünyaya gəlmişdir. Uşaq dünyaya gələrkən xəstəxanaya çatdıra bilmədiyi üçün uşaq evdə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi Sevinc onun bacısıdır. Bacısının uşağı evdə olmuşdur. Sevincin ağrıları tutduğundan xəstəxanaya çatdırılması mümkün olmamışdır. Bu səbəbdən də uşaq evdə doğulmuşdur. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə X10 14 avqust 2015-ci il tarixində Bakı şəhərində anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X11, anasının Ərizəçi olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlər olunmadığına görə onun doğum akt qeydinin verilməsində imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X3 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Nurzeynəbin doğum akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Heydərin adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi ilə X11 birgə nikahından 14.08.2015-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması, soyadının “Qurbanov”, adının “Heydər”, ata adının “Tufan”, milliyyətinin Azərbaycanlı, atasının X11-milliyyətinin Azərbaycanlı, anasının Ərizəçi -milliyyətinin Azərbaycanlı kimi olması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X8 birgə nikahından 14.08.2015-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması, soyadının “Qurbanov”, adının “Heydər”, ata adının “Tufan”, milliyyətinin Azərbaycanlı, atasının X11-milliyyətinin Azərbaycanlı, anasının Ərizəçi -milliyyətinin Azərbaycanlı kimi olması faktının müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar