Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-221/2020 27.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/378 saylı bağ sahəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, Cavabdeh həmin bağ sahəsinə daxil olmasının qadağan edilməsi, onun bağ sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin cavabeh Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 və istismarı Birliyi ilə bağlanmış 36212 saylı xx xxxxxx 2005-ci il tarixli Müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, 0,12 ha torpaq sahəsi olan 38/378 saylı bağ sahəsi ona məxsusdur. Cavabdeh olan Cavabdeh ona məxsus olan 0.12 ha torpaq sahəsinə qanunsuz olaraq, müdaxilələr edir, torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaradır. Belə ki, sözügedən bağ sahəsinin bir hissəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış evi tikmiş, ona məxsus torpağa girişini məhdudlaşdırmış, torpaq sahəsinin özünə məxsus olduğu bildirilərək, qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərə son qoyması barədə xəbərdarlıq edilsə də, o, tələbinə əməl etməmişdir. Cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə qanunsuz olaraq, müdaxilələr etdiyindən, torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaratdığından, bununla da qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, Cavabdeh həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat hissəsinə daxil olmasının qadağan edilməsi, onun bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsinin, yəni 400 kvadrat metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin əsası və predmetinin dəqiqləşdirilməsi barədə xahişlərini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəni qəbul etməyərək bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişafı və istismarı Birliyi tərəfindən Şüvəlan ərazisindəki 38/3781 nömrəli bağın istifadəyə verilməsi haqqında 36212 saylı, xx xxxxxx 2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə istifadəyə verilmişdir. Müqavilənin müddəti 2015-ci il tarixdə bitmişdir. Tərəflər arasında müqavilənin müddəti uzadılmamışdır. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, cavabdehin nümayəndəsi və vəkili olan Nümayəndə2 vermiş olduğu izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 36212 saylı, xx xxxxxx 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan X5 tərəfindən verilmiş 34 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən, “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin 1000 kv.metr (0,10 ha) təşkil etdiyi müəyyən olunur. İddiaçı faktiki olaraq istifadəsində 600 kv.metr torpaq sahəsinin olduğu 400 kv.metr torpaq sahəsində digər şəxsin fərdi yaşayış evi tikərək istifadə etdiyi müəyyən edilir. Bağçılıq sxeminin miqyası olmadığından, qalan 200 kv.metr torpaq sahəsinin hans qonşu tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında 36212 saylı, xx xxxxxx 2005-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsinin, 0,04 ha hissəsində Cavabdeh tərəfindən tikili inşa edilmiş və sonuncu tərəfindən həmin fərdi yaşayış evindən və 0,04 haq torpaq sahəsindən istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, istər mülkiyyətdən maneəsiz istifadəyə müdaxilə edərkən, istərsə də tədbir görməkdən imtina edilərkən cəmiyyətin ümumi maraqları tələbləri ilə fərdin təməl hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, torpaq qanunvericiliyinə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli Qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Yuxarıda göstərilən maddi hüquq normalarından müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişafı Departamenti tərəfindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 bağ 10 illik müddətə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı istifadəsində olan 0,12 ha torpaq sahəsinin 400 kv.metr torpaq sahəsində digər şəxs yəni, Cavabdeh fərdi yaşayış evi tikərək istifadə edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya mübahisəli torpaq sahəsi xx.xx.2005-ci ildə ayrıldığı halda, Cavabdeh tərəfindən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin daxilində, yəni 0,04 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin 0,04 ha torpaq sahəsindən və onun üzərində olan fərdi yaşayış evindən istifadə edir. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişafı Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36212 saylı müqavilə əsasında İddiaçı istifadəsi üçün ayrılmış olan torpaqdan maneəsiz istifadə hüququ məhdudlaşdırılmışdır. Məhkəmə bundan başqa qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyəti hüququnun əsasını təşkil edən 13-cü və 29-cu maddələrinin ayrılmaz tərkib hissəsi olan iddiaçıya məxsus “gözlənti hüququ” pozulmuşdur. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinə istifadə, sahiblik hüququnu xx.xx.2005-ci il tarixdə əldə etmiş, lakin tam mülkiyyət hüququ əldə etməmiş həmin torpaq sahəsinin 0,04 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin hal İddiaçı sahiblik və istifadə hüququnu məhdudlaşdırmışdır. X9 Məhkəməsi bir sıra qərarlarında “gözlənti hüququ”nun pozulmasını 1 saylı protokolunun 1-ci maddəsində göstərilən mülkiyyət hüququnun pozuntusu kimi qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “tikintinin sökülməsi və bağ sahəsinin boşaldılması” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi sökülməli, Cavabdeh həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat metr hissəsinə daxil olması qadağan edilməli, iddiaçının bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalı və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsi, yəni 400 kvadrat metr hissəsi Cavabdeh tərəfindən boşaldılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi sökülsün, Cavabdeh həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat metr hissəsinə daxil olması qadağan edilsin, iddiaçının bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılsın və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsi, yəni 400 kvadrat metr hissəsi Cavabdeh tərəfindən boşaldılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-221/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-221/2020
27.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver