Məhkəmə qərarları › İş №2(003)-222/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-222/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-222/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1 nümayəndəsi və vəkili Babayev Elxan Cəmaləddin oğlunun, Cavabdehlər Cavabdeh4 və Cavabdeh11 iştirakı ilə X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı istifadə hüququnun itirilməsinin müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli AN ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 51 saylı evin dəyərini tam ödəyərək X2 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu , Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 51 saylı fərdi yaşayış ev onun xüsusi mülkiyyətində olmasını sübut edir. Keçmiş mülkiyyətçi X8 alqı-satqı müqaviləsinin şərtlərinə əsasən xx.xx.2020-cu il tarixdə evi təhvil verib, lakin hal-hazırda həmin evdə qeydiyyatda qalan cavabdehlərin hal-hazırda harda yaşadıqları ona məlum deyil. Alqı-satqıdan sonra kommunal xidmət sahələrini adına keçirərkən məlum olmuşdur ki, satılan mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ,Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 ,Cavabdeh10, Cavabdeh11 , Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 həmin mənzildə bu gunə qədər hələ də qeydiyyatdadırlar. Cavabdehlərin azyaşlı Cavabdeh10 sözügedən evdə qeydiyyatda saxlanılması, onun xüsusi mülkiyyət hüququnu kobud surətdə məhdudlaşdırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş vlideyinlərin yaşayış yeri sayılır. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalması onun mülkiyyətinə dair sərəncam vermək hüquqlarını məhdudlaşdırır. O, cavabdehlərə görə artıq kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının vəkili Nümayəndə Cəmaləddin oğlu iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh11 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, ünvan 1 onlara ata babadan qalıb. İddiaçının həyəti Babaəlinin həyəti olub. Babaəli öləndən sonra yoldaşı həyəti bölüb satıb. İddiaçıya məxsus evə də qanunsuz yolla onların evinin ünvanı verilib. Öz evləridir və qeydiyyatdan çıxarılmalarına razı deyillər. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh4 digər cavabdehin izahatındakı xüsusatları qeyd edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, ev 48D; yeni qaydalarla: ünvan 1-i İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, ev 48D; yeni qaydalarla: ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, X7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, ev 48D; yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Xəzər rayon İcra Hakimiyyəti Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş ev dəftərinin surətindən görünür ki, cavabdehlər Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi, ev 51 ünvanında qeydiyyatda olmuşlar. İddia tələbindən görünür ki, X3 məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 onun mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsini xahiş etmiş, iddia tələbini cavabdehlərin faktiki olaraq həmin ünvanda yaşamamaları ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. İş məhkəmə iclasında araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçıya məxsus evdə heç vaxt yaşamamış, onların həmin evdə istifadə hüquqları ümumiyyətlə olmamışdır. Bununla yanaşı, tərəflər arasında yaşadıqları ünvanların adlandırılmasına dair mübahisə mövcuddur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı istifadə hüququnun itirilməsinə dair iddia ilə müraciət etməzdən əvvəl iki fərqli ünvanın eyni adlandırılması məsələsinin aydınlaşdırılması üçün müvafiq orqana müraciət etməli, ziddiyyətli məsələnin həlli barədə tədbir görməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hazırki halda iddiaçının mülkiyyətində olan evin ünvanı ilə cavabdehlərin qeydiyyatda olduqları və yaşadıqları ünvan eyni adlandırıldığından, lakin cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə deyil, başqa, yəni özlərinə məxsus evdə yaşaması səbəbindən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında bir gün də yaşamadıqlarından, onların həmin evə dair istifadə hüquqları yaranmayıb. Belə olan halda, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsinə dair əsaslar olmadığından iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı istifadə hüququnun itirilməsinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar