Məhkəmə qərarları › İş №2(003)-2242/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2242/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2242/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 oğlu, Cavabdeh1 ilə 02 may 2018-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikahlarını qeydiyyata almaqla evlənmişlər. Birgə evliliklərindən 18 avqust 2019-cu ildə X9 adlı oğlanları doğulmuşdur. Cavabdehlər onun qızıl-zinət və cehiz əşyalarını satıb 02 may 2018-cu il tarixdə gəlin köçdüyü Bakı şəhəri Xəzər rayonu Şərq küçəsi 11 saylı fərdi yaşayış evini ikinci mərtəbəsini əsaslı təmir etdirmişlər. Əvvəllər bir-birinə qarşı mehribançılıq və hörmətlə yanaşmış və sevgi ilə yanaşmışlar. Sonradan cavabdehlər qaynanası X4 və həyat yoldaşı Cavabdeh1 aramsız olaraq ona işgəncə verdikləri üçün o, məcbur qalıb 02 may 2018-ci il nikahın ləğvi 18 avqust 2019-cu il təvəllüdlü X7 onun himayəsinə verilməsi və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh1 onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.13 noyabr 2020-ci il tarixdə 2(003)-1899/2020 saylı qətnamə aşağıdakı şəkildə qət olunmuşdur. İddia tələbi təmin edilsin, Cavabdeh1 ilə İddiaçı arasında 02 may 2018-ci il tarixli Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 67 nömrəli akt qeydi nikah pozulsun. Birgə nikahdan doğulmuş 18 avqust 2019-cu il təvəllüdlü Mirzəzadə Elşən Rövşən oğlu anası İddiaçı yanında qalsın. Cavabdeh1 İddiaçı xeyrinə 18 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutularaq Xəzər rayon Məhkəməsinin 12 avqut 2020-ci il tarixli 2(003)-1899/2020 saylı qərardadı ilə tutulmuş müvəqqəti aliment nəzərə alınsın. Qətnamənin alimenti tutulması hissəsində dərhal icra edilsin. İddiaçının qızıl-zinət əşyalarının və cehiz əşyalarının pulu ilə əsaslı təmir olunmuş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi,Şərq küçəsi 11 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsi boş qalmışdır. Ona görədə o və azyaşlı övladı 18 avqust 2019-cu il doğumlu X9 ilə birlikdə ünvan 1 ünvanında olan iki mərtəbəli qanunsuz tikilini ikinci mərtəbəsinə köçürülməsinə və istifadə hüququnun tanınmasına zərurət vardır. Qeyd olunanlara əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Şərq küçəsi 11 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsinə 02 may 2018-ci il tarixli Xəzər rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmış rəsmi nikahdan sonra el adəti ilə gəlin köçdüyü və birgə nikahdan 18 avqust 2019-cu il doğumlu X5 doğulduğu bu gün də cehiz əşyalarının orada olduğunu nəzərə alaraq onun və 18 avqust 2019-cu il balaca oğlu X9 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi,Şərq küçəsi 11 saylı fərdi yaşayış evin ikinci mərtəbəsinə köçürülməyini və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu,Mərdəkan qəsəbəsi,Şərq küçəsi 11 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsinə 02 may 2018-ci il tarixli Xəzər rayon qeydiyyat şöbəsində rəsmi nikahlarını qeydiyyata aldırmaqla və rəsmi nikahdan sonra el adəti ilə toyla gəlin köçmüş və birgə nikahdan 18.08.2019-cu il tarixdə oğlu X9 doğulmuşdur. Ancaq anası X6 böyük çətinliklə borc ilə ona cehiz əşyalarını almışdır. Ancaq qaynanası cavabdeh Xanımana Mirzəzadə, Cavabdeh1 və baldızı Günay əlbir olmuşlar. Ona məxsus qızılzinyət əşyalarını və cehiz əşyalarını qanunsuz olaraq satıb Bakı şəhəri Xəzər rayonu Şərq küçəsi 11 saylı fərdi yaşayış evini təmir etmişlər. Bakı şəhəri, ünvan 2 ünvan dövlətə məxsusdur və ona məxsus cehiz və qızıl-zinət əşyaları satılaraq təmir olunmuşdur. Onun keçmiş baldızı Günay da nikahı pozulduqdan sonra azyaşlı uşaqları ilə həmin mənzildə yaşayırlar. Onlar əvvələr mübahisəli mənzildə əri və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin mənzil iki mərtəbəlidir. O, əri ilə ikinci mərtəbədə yaşayırdı. Mübahisəli mənzil ərinin atasına verilib. Oğlu Cavabdeh1 7 aylıq olanda yəni, 27 mart 2020-ci il tarixdə həmin mənzildən çıxıb. Yuxarıda göstərilənlərə əsasən oğlu Rövşənlə Bakı şəhəri Xəzər rayonu Şərq küçəsi 11 saylı fərdi yaşayış evinə köçürülməsini və həmin mənzilə istifadə hüquqularının tanınmasını xahiuş edir. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Xəzər rayonu Şərq küçəsi 11 saylı fərdi yaşayış evinə 2018-ci ildən gəlin gəlmişdir. Mübahisəli mənzil onunla ərinə məxsusudur. Həmin mənzil onların mülkiyyətində deyil, dövlətə məxsusdur. Lakin yaxın zamanlarda həmin mənzili özəlləşdirəcəklər. Mübahisəli mənzil 1991-ci ildə onun ərinə verilmişdir. 2 (iki) otaqlı evdir, 1-ci mərtəbəsi təmirsiz torpaq otaqdır. Onlar həmin evdə 6 nəfər qalırlar. Qızı iki azyaşlı uşaqları ilı onlarla birlikdə həmin mənzildə yaşayır. İddiaçı 2020-ci il öz istəyi ilə evi tərk etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İşə əlavə edilən DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 22.04.2021-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, Cavabdeh1 və X4 ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 avqust 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, Bakı şəhəri,Xəzər rayonu,Mərdəkan qəsəbəsi,Şərq küçəsi 11 saylı fərdi yaşayış evi üçün elektrik enerjisindən istifadəyə görə ödənişi Elşən Mirzəyev (Cavabdeh1 atası) ödəmişdir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(003)-1899/2020 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında 02 may 2018-ci il tarixli Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 67 nömrəli akt qeydi nikahın pozulması, birgə nikahdan doğulmuş 18 avqust 2019-cu il təvəllüdlü Mirzəzadə Elşən Rövşən oğlunun anası İddiaçı yanında qalması, Cavabdeh1 İddiaçı xeyrinə 18 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavbdeh Mirzazadə Rövşən nikahda olmuşlar. Onların nikahı pozulmuşdur. İddiaçı mübahisəli mənzilə gəlin köçmüş 2020-ci ilun mart ayına həmin mənzildən çıxmışdır. Mübahisəli mənzilə dair tərəflərin hərhansı hüquq müəyyənedici sənədləri yoxdur. Mübahisəli mənzil 1991-ci ildən iddiaçının keçmiş ərinin valideyinlərinin sahibliyində və istifadəsindədir. Hal-hazırda həmin mənzildə iddiaçının keçmiş əri və onun ailə üzvləri yaşayır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilikonlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Qeyd edilənlər nəzərə alınmaqla hazırki işlə bağlı ilk növbədə qeyd edilməlidir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlməmişdir. Belə ki, mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün həmin mənzil dövlət qeydiyyatına alınmalı və mülkiyyət hüququ yarandıqdan sonra mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ əmələ gələ bilərdi. Hazırki halda bu hal müəyyən edilmədiyindən istifadə hüququndan söhbət gedə bilməz. Belə olan halda iddiaçının sözügedən mənzilə istifadə hüququnun tanınması barədə tələbi təmin edilə bilməz. Eyni zamanda məhkəmə sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla hər hansı hüquqmüəyyən edici sənədləri olmadığından iddiaçının həmin evə köçürülməsini tələb etməkdə də haqlı deyildir. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyi evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi, əvvəlki şərtlərlə yaşaması o zaman mümkün ola bilərdi ki, onun daimi yaşayış yeri olmasın, mübahisəli tikilidən daimi yaşayış sahəsi kimi istifadə etmək imkanı əldə etsin, həmin tikili birgə nikah dövüründə əldə edilmiş vəsait əsasında əldə edilsin, getdiyi yaşayış sahəsində daimi əsaslarla yaşamasın, evi müvəqqəti tərk etməsi və evin onun həyat yoldaşına məxsus olması təsdiq olunsun. Lakin işin araşdırılmış halları ilə göstərilən xüsusatlar təsdiq olunmadığından iddiaçının mübahisəli tikiliyə köçürülməsi mümkünsüzdür. İşin faktiki hallarından da göründüyü kimi, sözügedən mənzil iddiaçının keçmiş əri ilə birgə vəsait hesabına eldə edilməmiş, keçmiş ərinə məxsus olmamış, həmin yeri öz arzusu daimi əsaslarla tərk etmiş, əri ilə aralarında olan nikah pozulmuş, o cümlədən həmin mənzil mülkiyyət statusunda olmasa da, 1991-ci ildən hal-hazıradək keçmiş ərinin valideynlərinin faktiki sahibliyində və istifadəsindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənzilə köçürülmə hissəsind də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “yaşayış sahəsinə köçürülməsi”nə dair iddia tələbi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar