Məhkəmə qərarları › İş №2(003)-2297/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2297/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2297/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29 500 manat və 6500 ABŞ dolları məbləğində borc pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Elbrus qızı ilə İddiaçı2 25 iyun 2009-cu il tarixindən rəsmi nikahdadırlar. Hazırkı iddia tələbinə dair borc məbləği onların nikah dövründə əldə etdikləri əmlak olduğu üçün hər ikisinin adından iddia qaldırılması zəruriyyəti yaranmışdır. Cavabdeh iddiaçıların qohumudur və 2019-cu ildə müxtəlif vaxtlarda iddiaçılardan 40 000 manat məbləğindən artıq borc pul almışdır. Lakin hal-hazıra qədər həmin borc pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. Bununla bağlı Xətai ravon Polis İdarəsində araşdırılma aparılmışdır. Cavabdeh1 iddiaçılara 29500 manat və 6500 ABŞ dolları məbləğində borcu var. Bundan əlavə, korona.pay.com saytından göndərilmiş bildirişlərdən görünür ki, İddiaçı1 məxsus Cberbank kartından Turala 3200 manat pul göndərilib. Daha sonra iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 500 manat və 6500 ABŞ dolları məbləğində borc pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Artırılmış iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan sübutlardan müəyyən olunmuşdur ki, mübahisəli borc məbləği cavabdehlər yəni Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə götürülmüş və onlar iddiaçılar qarşısında birgə borcludurlar. Bu barədə Gülnarın səs yazısı vardır və həmin səs yazısında borclu olduqlarını etiraf etmişlər. Həmçinin Turalında bu məzmunda səs yazıları mövcuddur. Məhkəmədə İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, ona verilmiş pullar yalnız evin təmir işləri ilə bağlı olmuşdur. Bununla bağlı iddiaçılar tərəfindən ona 29500 deyil, 60000 ABŞ dollarından çox pul verilmişdir. Lakin həmin pular iddiaçılara məxsus evin təmiri üçün xərclənmişdir. Yəni ustalara, tikinti materiallarına xərclənmişdir. Əlavə olaraq 2019-cu ildə isə 3200 manat pul göndərilib həmin pula da qızıl alınıb verilmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında onda Təranə tərəfindən ona əşyalar və 4500 ABŞ dolları göndərilmiş ümumi məbləğ 6500 ABŞ dolları kimi hesablanmışdır. Həmin pulları da Təranə Bakıya gələndə ona qaytarmışdır, Təranə də ozünə qızıllar və sairə almışdır. Gülnar Əsgərova əlavə olaraq etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilir ki, guya onların iddiaçılara 29500 manat və 6500 ABŞ dollar pul borcları vardır. Lakin, ərizədə həmin borc məbləğinin haradan müəyyən edilməsi və nə səbəbdən onlara verilməsi barədə heç bir əsaslı sübut göstərilməmişdir. İddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 bacısı, digər iddiaçı isə onun həyat yoldaşıdır. Onlar 2019-cu ildə ondan və qardaşı Cavabdeh1 polisə şikayət edərək guya mənzillərindən oğurluq hadisəsində onlardan şübhələndiklərini bildirmişdilər. Lakin, uzun sürən istintaq araşdırmasından sonra onların haqqlarında yazdıqları şikayətlərindəki xüsusatlar öz əksini tapmadığından cinayət işinin icraatına onlara dair hissədə xitam verilmişdir. Həmin istintaq gedişatında iddiaçılardan İddiaçı1 Elbrus qızının əvvəllər Bakıya gələrkən, Heydər Əliyev adına hava limanında, bilərəkdən başqasına məxsus, içərisində bahalı brend mallar olan çanta götürməsi ilə bağlı fakt onlar tərəfindən istintaqa bildirildiyindən və əri X6 bu barədə xəbər tutduğundan, Təranə onlara qarşı qərəzli münasibət bəsləmiş və onlardan qisas almaq məqsədilə hazırkı iddianı qaldırmışdır. Qeyd etmişdir ki, Xətai rayon Polis İdarəsinə aparılan həmin istintaq zamanı şahid qismində dəvət edilmiş X2 həmin hadisə ilə bağlı saxlanıldığını və həmin vaxt o, polis orqanlarında vəzifədə olarkən Təranənin həbs edilməməsinə köməklik göstərdiyini bildirmişdir. Mirzənin həmin ifadəsindən sonra iddiaçılar ona qarşı da qərəzli mövqe tutaraq ona dair də məhkəmədə pul tələbinə dair iddia tələbi qaldırmışlar. Qeyd etmişdir ki, İddiaçı1 və X6 uzun müddət Rusiya Federasiyasında yaşamışlar. Onlarla əvvəllər münasibətləri yaxşı olmuşdur. Rusiyada yaşadıqlarına görə Təranə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evinin təmir edilməsinə, o cümlədən təmirlərlə bağlı materiallar alınmasına, usta xərcinə görə ona hissə-hissə, təxminən 4500 ABŞ dolları pul göndərmiş və həmin pul onun evinin təmirinə dair materiallara və evinə lazım olan əşyaların alınmasına xərclənmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş vatsap səs danışıqlarından toplanmış disk yazısından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı2 olan 29 000 manat borcunun olmasını etiraf etmiş və tezliklə qaytaracağını vəd etmişdir. Həmin disk yazısında həmçinin Cavabdeh2 səsindən müəyyən olunur ki, onunda iddiaçılara borclu olması etiraf edilmişdir. İş materiallarında olan şahidin dindirmə protoklundan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində 20.02.2020-ci il tarixdə şahid qismində ifadə vermiş Cavabdeh2 Təranənin Rusiya Federasiyasından ona pərdə, hamam otağı üçün əl-üz yuyan dəst pul şəklində isə 4000 ABŞ dolları verməsini və ümumi məbləğin 6500 ABŞ dolları hesablandığını bildirmişdir. İş materiallarında olan şahidin dindirmə protokolundan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində 19.08.2020-ci il tarixdə şahid qismində ifadə vermiş Cavabdeh2 ilə faktiki nikah münasibətlərində olan X1 Təranəyə 6000 ABŞ dolları borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.201-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçılardan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçılara qaytarmalı olmalarına dair vəzifənin daşıyıcısı olmuşlar. Lakin, cavabdehlər borc almalarına dair hüquqdan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmalarına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsiyazılıformadabağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2019-cu ildə iddiaçılar tərəfindən cavabdehlərə 29500 ABŞ dolları və 6500 ABŞ dolları pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2019-cu ildə şifahi qaydada bağlanmış tələb edilən məbləğlərin borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə işin araşdırılmış halları ilə müyyən olunur ki, həmin pul məbləği iddiaçılar tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlərin hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçıların əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 29500 ABŞ dolları və 6500 ABŞ dolları pulun cavabdehlərə verilməsinə dair yazılı müqavilə olmasa da, iş materiallarında olan sübutlar, cavabdehlərin şifahi izahatları, eləcə də tərəflər arasında aparılmış “Whatsapp” danışıqları ilə həmin məbləğlərin sonunculara verilməsini təsdiq edilir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdelər əsassız varlanmış şəxs kimi iddiaçııların tələbi ilə həmin pul məbləğini onlara qaytarmalıdır. Eyni zamanda məhkıəməı qeyd edir ki, həmin məbləğlər iddiaçıların birgə nikahı dövründə əldə ediliş birgə vəsait kimi ailə büdcəsindən verildiyindən birgə iddiaçılar kimi cavabdehlərdən tələb etmələri də qanunvericiliyin tələblərinə uyğöundur. Odur ki, Cavabdeh1 29000 manat, Cavabdeh2ə Elburus qızından 6500 ABŞ dolları (ödəniş günü qüvvədə olan Manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə) tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Hazırki iddia tələbinin öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2950 manat və 650 ABŞ dolları pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddiaçıların tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehlərin borc münasibətlərinə əsasən ödəməli olduqları 2950 manat və 650 ABŞ dolları pulun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, borc məbləği üzrə cavabdehlərin iddiaçıların pul vəsaitini qanunsuz saxlamaları, onu qaytarmaqdan boyun qaçırmaları, onun ödənilməsini digər şəkildə gecikdirmələri həmin pulu özündə saxlamaqla faydalanmaları sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbi təmi edilə bilməz. . Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 29000 manat, Cavabdeh2ə Elburus qızından 6500 ABŞ dolları tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 29000 manat, Cavabdeh2ə Elburus qızından 6500 ABŞ dolları (ödəniş günü qüvvədə olan Manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə) tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar