Məhkəmə qərarları › İş №2(003)-23/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-23/2024

20.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-23/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İddiaçı Ələkbər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və sair” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Ələkbər oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 ödənilmiş 5000 manat kompensasiya nəzərə alınmaqla istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin ailə üzvləri ilə birgə həmin evdən çıxarılmaları, zəbt etdikləri əmlakın və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun, 14000 manat maddi, 10000 manat mənəvi zərərin müştərək qaydada cavabdehlərdən alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı Ələkbər oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5” ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 ödənilmiş 5000 ABŞ dolları kompensasiya nəzərə alınmaqla və əlavə 3000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli evdən çıxarılmaları, 14000 manat maddi, 10000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındqa yerləşən 50 kv.m yaşayış sahəsi, 127,4 kv.m ümumi sahəsi olan fərdi yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin əmlak mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatına alınmaqla 02680 saylı xx.xx.2004-cü il tarixli Çıxarışa əsasən verilmişdir. Qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi mərhum atası X8 1943-cü ildə fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Atası həmin evdə özünə ayrı fərdi yaşayış evi inşa etmiş və xx.xx.2001-ci ilə kimi, yəni vəfat edən günə kimi həmin evdə yaşamışdır. 10 fevral 2004-cü il tarixdə həmin ev vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 02680 saylı 2004-cü il tarixli Çıxarışla mülkiyyətinə verilmişdir. Atasının vəfatından sonra bir müdət həmin evdə heç kəs yaşamamış lakin ev onun istifadəsində olmuşdur. Mübahisəli ev onun mülkiyyətinə keçən vaxt cavab deh Cavabdeh1 özünün yaşadığı, mərhum atası tərəfindən inşa olunmuş, Türkan qəsəbəsi, Yeni kənd küçəsi 51 ünvanda, 1980-ci ildən ailə quraraq yaşadığı 2 otaqlı evdən köçərək mübahisəli, Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanında yerləşən evi zəbt etmiş və onu ailəsi ilə həmin evə buraxmamışdır..Bundan sonra o, Cavabdeh1 və qeyrilərinə qaşı mülkiyətində olan Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanında yerləşən evə köçürülmə tələbinə dair idda ərizəsi ilə Əzizbəyov rayon məhkıməsində iddia qaldırmışdır. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 06 iyul 2004-cü il tarixli 2-339 saylı qətnaməsi ilə onun ailə üzvləri ilə birgə həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Hacıyeva X22 rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadə və digər məmurlara imkan verməmişlər ki, o, həmin evə köçürülsün. Əzizbəyov rayon İcra şöbəsinin icra məmuru A.Əlizadə icra hərəkətlərinə cavabdehlərin imkan vermədiyini, icranın polis əməkdaşlarının iştirakı ilə aparılmasını əsas gətirərək, akt tərtib etmiş və icranı təxirə salmışdır. Bundan sonra o, Cavabdeh1 mülkiyyətində olan Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanda yerlaşan evə köçürelmə tələbinə dair iddia ərizəsi ilə Əzizbəyov (Xəzər) Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şahar Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 06 iyul 2004-cü il tarixli 2-339 qətnaməsi ilə onun ailə üzvləri ilə birgə həmin evə köçrülməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin cavabdehlər Hacıyev Baylar X2 (Xəzər) rayon İcra Şöbəsinin icra məmuru Abuzər köçürülsün. Əzizbəyov (Xazar) rayon İcra Şöbəsinin icra məmuru A. Əlizadə icra hərəkətlərinə cavabdehlərin imkan vermədiyini, icranın polis əməkdaşlarının iştirakı ilə aparılmasını əsas tutaraq, akt tərtib edilmiş və icranı təxirə salınmışdır. Növbəti icraya kimi Cavabdeh2 özünə bıçaqla xəsarət yetimiş Əzizbəyov rayon Polis İdarəsinə şikayət etmişdir ki, guya ona bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Əzizbəyov rayon Polis Şöbəsində araşdırma aparılmış və ekspert rəyinə əsasən məlum olmuşdur ki, Cavabdeh2 özü-özünə xəsarət yetirib. Bu səbəbdəndə cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin başlanması rədd olunduqdan sonra da cavabdehlər Cavabdeh1 və adı Cavabdeh2 övladları ilə yenə mübahisəli evdən çıxmamışlar və ona ailəsi ilə həmin evə köçməyə imkan verməmişlər və evdən çıxmaları üçün ondan 5000 ABŞ dolları pul tələb etmişlər. O, bacısı X9, bacısı qızı X29 ilə həmin iş üzrə cavabdehlər X10 (qardaşı) və Cavabdeh1 hərəsinə 5000 ABŞ dollar, ümumilikdə 10000 ABŞ dolları məbləğində kompensasiya vermişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdələrinə götürdülər ki, müddətində həmin evdən daimi qeydiyyatdan çıxmaq şərti ilə evi boşaldıb ona verəcəklər və istifadələrində olan Yenikənd küçəsi 51 ünvana uzun illər yaşadıqları evə köçǝcəklər. Bundan sonra qardaşım X4 qaynatası Firudin kişi Ağaları məcbur etdi ki, ondan aldığı 5000 dolları ona qaytarsın, Ağalar Hacıyev sonra ona kompensasiya kimi aldığı 5000 dolları onun evində yoldaşı Dövrana Hacıyevanın iştirakı ilə ona qaytardı. Həmin müddətdə cavabdehlar evi boşaldıb ona təhvil verdilər. O, ailə üzvləri ilə həmin evə köçdü. Bir müddət həmin evdə mövsümü olaraq yaşadılar. Beləki, bəzi vaxtlarda həyat yoldaşına məxsus Nəsimi rayonu 4-cü mik-r O.İsgəndərov küçəsində olan bir otaqlı evdə yaşayırdılar. Bundan istifadə hazırki iş üzrə cavabdehlər həmin mübahisəli evi təkrar zəbt etdilər cehiz əşyalarımızı mənimsədilər və bizi evə buraxmadılar, biz məcbur olub təkrar Xəzər rayon İcra Şöbəsinə müraciət etdi ki, evə köçrülmə qətnaməsini icra etsinlər. Bundan sonra Cavabdeh1 ona qarşı "mübahisəli evə dair ona məxus çıxarışın və mübahisəli evin paylara uyğun bölünməsi tələbinə dair" iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsində iddia qaldırdı və həmin mübahisəli mülkə dair iddia olduğundan onun evǝ köçürülməsi dayandırıldı. Bakı şəhər Xəzər rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) 2(003)-55/2011-saylı qətnaməsi ilə Cavabdeh1 ddiası təmin olunmadı. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti etdi. Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-3226/2011-ci il tarixli (hakim Natiq Abbasov) qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadı. Həmin qətanmədən Cavabdeh1 və vəkili Kassasiya şikayəti etdilər. Məhkəmənin 25 aprel 2012-ci il tarixli 2(102)-1389/2012saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 29103)-3226/2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş baxılması üçün yenidən apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(103)-813/2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin olunmadı. Həmin qətnamədən Cavabdeh1 və vəkili Kassasiya şikayəti etdilər. Məhkəmənin 2(102)-3080/2016 saylı xx.xx.2016-ci il tarixli Qərarı ilə nəhayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(103)-813/2016-ci il tarixli qüvvədə saxlanılmış Bəylər Haciyevin iddiası təmin olunmamışdır. Cavabdeh1 ona mülkiyyət hüquqlarının yerinə yetriməsinə maneə yaratmaq üçün təkrar Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum Əliəkbər Hacıyevin adına verilmiş Çıxarışın ləğv olunmasını məhkəmədən xahiş etmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə Bəylər Haciyevin iddiası təmin olunmamışdır. X27 apellyasiya şikayəti etmişdir Bake Apellyasiya Məhkəməsinin 2(103)-1440/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti olunmamış, Cavabdeh1 iddiası təmin olunmamışdır. Cavabdeh X16 və Cavabdeh2 bütün məhkəmə proseslərini uduzduqdan sonra, kompensasiya alsada evdən çıxmamaq üçün aramızda olan uzun müddətli məhkəmə proseslər ailə qurmuş övladlarının hayat yoldaşlarını va nəvələrini mübahisəli evə daimi qeydiyyata saldırmışlar ki, guya onların digər yaşayış yeri yoxdur. Cavabdeh X17 hazırda özünə ünvan 4 ünvanda ev tikərək ailəsi ilə (oğlu Cavabdeh3, Gaklini, cavabdeh X33 və nəvələri) həmin evdə yaşayırlar, Mübahisəli evdədə növbəli olaraq yaşayırlar. Bu faktı vəkilimin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli05-06-/məhəllə də yaşayış evinə **********20002 saylı abunə kodu vardır. Göründüyü kimi cavabdehlərin digər yaşayış yerləridə vardır. Lakin qərəzli iraq mülkiyyətimdə olan evidə zəbt etmişlər. Cavabdeh6 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi, Q. İsmayılov küçəsi ev 62-də, atasına məxsus doğulub böyüdüyü evdə daimi qeydiyyatda olsada heç bir hüququ olmadan mübahisəli evdə arvadı Cavabdeh5 və uşaqları ilə yaşayırlar. Baxmayaraq ki, Cavabdeh5 cavabdeh Balayeva Xanmurad oğlunun daimi qeydiyyatda olub yaşadığı evə 2013-cü ildə gəlin köçmüş və oğlu X20 həmin evdə doğulmuşdur. Lakin 2019-cu ildə qərəzli olaraq, ona mülkiyyət hüququmu həyata keçirtməyə maneə yaratmaq üçün mübahisəli evə qeydiyyata aldırmışlar. Cavabdeh4 ailə qurduqdan sonra ünvan 5 ünvanda ailəsi ilə yaşayır. ( özü və həyat yoldaşı). Cavabdeh1 oğlu ailə qurmamışdan əvvəldə mərhum atamın sağlığında valideynləri il həmin evdə yaşamışladır. Valideyinləri ona məxsus evi 2003-cü ildə zəbt etdikdə Cavabdeh4 mübahisəli evə köçmüş və sonradan ailə quraraq hazırda yaşadığı evə köçmüşdür. Onun mübahisəli evdə yalnız qeydiyyatı qalmışdır. Xəəzr rayon Türkan qəsəbə numayəndəliyinə və Türkan Bələdiyyəsinə sorğu vermişdik ki, Bəylərin və digər cavabdehlərin Türkan qəsəbəsində istifadələrində, sahibliyin mülkiyyətlərində olan torpaq sahələri və fərdi yaşayış evləri barədə arayış almaqla toplasın. Lakin Türkan qəsəbə nümayəndəliyi və türkan Bələdiyyəsi sorğulara cavab verməmişdir. Göründüyü kimi cavabdehlərin istifadəsində uzun müddətdir ki, fərdi yaşayış evləri, torpaq sahəsi vardır. Lakin qərəzli olaraq istifadələrində olan evlər qeydiyyata düşmürlər və bütün uşaqlarını ona məxsus evə daimi qeydiyyatda aldırırlar ki, o, öz mülkiyyət hüququqlarından istifadə edə bilməsin. Digər tərəfdən o, cavaveh Cavabdeh1 qeyd etdiyi kimi 5000 ABŞ doları məbləğində kompensasiya ödədikdən sonra cavabdeh ona evi boşaldaraq atasına mıəxsus vəsiyyətnamə əsasında ona vəsiyyət olunmuş əmlaklarla birgə təhvil verilmişdir. Bundan sonra o, aşağıda qeyd olunan yaşayış yeri üçün zəruri olan əşyaları ilə birgə mübahisəli evə köçmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digərləri evini təkrar zəbt etdikdən sonra əşyaları həmin evdə qalmışdır. Hazırda onların istifadəsindədir. Mebel dəsti özünəməxsus ( taxt- 1 ədəd, kreslo – 2 ədəd, termo-1 ədəd, divan -1 ədəd, masa- 1 ədəd, oturacaq stulları - 6 ədəd, divar mebeli – 1 ədəd, kamut- 1 ədəd, p ümumi dəyəri 7500 manat; yataq dəstləri özünəməxsus ( yorğan – 4 ədəd, döşək – 2ədəd, balınc 6 ədəd, yataq mələfləri – 6 dəst, yorğan döşək üzləri- 1- dəst, balınc üzləri- 10 dəst,- ümumi dəyəri 1500 manat; pərdələr 4 dəst özünəməxsus-250 manat, çilçıraq 6 ədəd- dəyəri 300 manat; mətbəx əşyaları özsünəməxsus—ümumi 300 manat, soyuducu “Nord” markalı – 1 ədəd- 300 manat (işlənmiş); televizor “Samsung” markalı – 1 ədəd 400 manat; televizor “Foton” markalı – 1ədəd 150 manat (atasına məxsus); soyuducu “Orski” – 1ədəd -100 manat; xalçalar 4 ədəd 2x3- 1200 manat; xalçalar 3 ədəd 3x4-1500 manat, palazlar 2 ədəd 2,5x4-800 manat; paltaryuyan maşın 1 ədəd “samsung” -550 manat, təsərrüfat əşyaları -200 manat . Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh1, Cavabdeh2 və digərləri onun mülkiyyətində olan torpaq sahəsində evlə birlikdə 14 ildir ki, zəbt ediblər. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərirlər və gəlir əldə edirlər. Həmintorpaq sahəsi onun istifadəsində olsa idi indi o da həmin torpaq sahəsindən fayda gətirərdi. Hesab edir ki, cavabdehlər torpaq sahəsini zəbt etməklə ona 14000 manat maddi və 10000 manat mənəvi ziyan vurmuşlar. Yuxarıda qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ailə üzvləri ilə birlikdə (uşaqları) ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə (Cavabdeh7 ödənilmiş 5000 kompensasiya nəzərə alınmaqla) istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin ailə üzvləri ilə birgə hımin evdən çlxarılmaları, zəbt etdikləri əmlakının və ya dəyərinin , ödənilmiş dövlət rüsumunun, 14000 manat maddi zərərin, 10000 manat mənəvi zərərin müştətək qaydada cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ələkbər oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı saxtakarlıq edərək əvvəllər cavabdehin mərhum atası tərəfindən inşa edilmiş və sonradan qəzalı vəziyyətdə olduğundan sökülmüş, ümumi sahəsi 35.5 kv.m olmuş, uzun illərdir mövcüd olmayan evə çıxarış almaq yerinə, saxtakarlıq edərək cavabdeh tərəfindən inşa edilmiş sənədsiz evə çıxarış almışdır. Baxmayaraq ki, cavabdehin qeydiyyatı ünvan 1 ünvanıdır, lakin cavabdeh ailə üzvləri ilə birgə həmin sənədsiz evdə yaşayır. Bu səbəbdən də iddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili X1 Ziyabi Əliəkbər oğlunun iddiasını qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun əmisidir. Həmin ev babasının şəxsi evi olub, babası uzun illər həmin evdə yaşayıb. 2001-ci ildə babası rəhmətə gedəndən sonra mübahisə yarandı. Babası rəhmətə getdikdən sonra atasını həmin həyətdən çıxardılar. Halbuki babasına onun atasının baxdığını, qulluğunda durduğunu qeyd etmişdir. Əlavə etmişdir ki, mübahisəli evin tikintisi atasının vəsaiti hesabına həyata keçirilmişdir, ev ona məxsusdur. Tikilini layihə-smeta əsasında tikmişdir, sahəsi 361 kv.m.-dir. Məhkəmə iclasında iştirak edən digər şahid X18 ifadəsində göstərdi ki, o, iddiaçı və cavabdehlərlə qardaşdır. Həmin ev atasının şəxsi evi olub, ataları uzun illər həmin evdə yaşayıb. 2001-ci ildə atası rəhmətə gedəndən sonra mübahisə yarandı, onu həyətdən çıxardılar. Atası istifadəsində olan torpaq sahəsindən Ziyabiyə 600 kv.m torpaq sahəsi ayırıb. Həmin ünvanda evin tikinisində şəxsən özü iştirak etmişdir. O, həyətdən 2010-cu ildən çıxmışdır. Ev tikilən vaxt anası sağ idi. 1986-1990-cı illərdə Ziyabi həyətə daş gətirmişdi və orada yaşayırdı. Yay fəslində atasının yanında qalırdılar. O, arada atasının yanına gedib gəlirdi. Tikintiyə o, nəzarət edirdi. Ziyabi ustaları göndərirdi, onlar da tikirdi. Ev iki mərtəbəlidir, zirzəmisi də var. 2001-ci ildə atası öləndən sonra Ziyabini evdən qovdular. Ona verilmiş 600 kv. metr torpaq sahəsini atasına məxsus torpaq sahəsindən ayıran hasar var idi. Tikintinin pullarını Ziyabi verirdi. Məhkəməyə ərizə ilə müraciət edən digər şahid X13 məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək yazılı şəkildə vermiş olduğu ifadəsinin elan edilməsini xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, iddiaçı Ziyabi onun həyat yoldaşı Ağaların qardaşıdır. Qaynatası sağlığında oğlu Ziyabini çox istədiyinə görə 6 sot torpağını Ziyabiyə verdi. 90-cı ildə Ziyabi orada tikintiyə başladı. Qaynatası öləndən sonra onlar ora gedə bilməmişlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X21 ünvan 1-də qeydiyyatdadırlar; - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 02680 saylı qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsindəki 2 otaqlı (50,0 kv.m yaşayış sahəsi, 127,4 ümumi sahəsi olan) 52 saylı fərdi yaşayış evi İddiaçıun adına 01 saylı reyestr kitabında 100 səhifə qeydə alma 30/611, xx.xx.2004-cü il tarixdə qeydiyyatı aparılmışdır; - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsindəki fərdi yaşayış evi İddiaçıun adına olmaqla xx.xx.1964cü il tarixdə həmin yaşayış evi üçün texniki pasport tərtib edilmişdir; - Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-339/2004 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Əliəkbər oğlunun cavabdehlər X10, X5, X25, X26, X14, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh4, X15 qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış hüququnun itirilməsi, həmin evdən çıxarılmaları, onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə iddi tələbi qismən təmin edilmiş, İddiaçı Ələkbər oğlunun mübahisəli evə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi X6 ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-684/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X11 cavabdehİddiaçı Ələkbər oğluna qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” iddia tələbi rədd edilmişdir. İddiaçı Cavabdeh7 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440- 2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-684/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlnanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3080 saylı, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh7 İddiaçı Ələkbər oğluna qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tartixli qətnaməsi ilə təmin edilməmişdir. Mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 fevral 2015-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tartixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 fevral 2015-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir; - 10 fevral 2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsinə əsasən iddiaşı Cavabdeh1 cavabdeh İddiaçı Əliəkbər oğluna vı başqasına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblər” iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” və sair tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin 10 fevral 2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 5-12-7/2-198/2024 nömrəli məktubundan müəyyən olunur ki, Cavabdeh1 məxsus olan, Türkan qəsəbəsi, Yeni kənd küçəsində evin və torpaq sahəsinin olub-olmaması barədə məlumat yoxdur; - "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş MB 17/1293 nömrəli arayışdan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi ərazisində 1 mərtəbəli, 2 otaq+2 yardımçı sahədənmibarət fərdi yaşayış evinin aylıq kirayə haqqı (orta bazar qiyməti) 566,66 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehlərin yuxarıda adı çəkilən mənzildə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə 08 iyul 1982-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi X6 ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Beləliklə də qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmiş və işin mübahisə doğurmayan halıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Ələkbər oğlu cavabdehlərə daha əvvəl verilmiş 5000 ABŞ dolları nəzərə alınmaqla 3000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olmadığından, iddiaçı həmin məbləği artırmaqdan imtina etdiyindən iddia tələbi təmin edilməməlidir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, istifadə hüquqununm itirilməsi hissəsində iddia tələbi rədd edildiyindən cavabdehlərin evdən çıxarılma hissəsində də iddia tələbi rədd olunmalıdır. Vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi hissəsində isə iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim olunmadığından iddia tələbi həmin hissələrdə də təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Ələkbər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 olğlu, Cavabdeh5 qarşı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 ödənilmiş 5000 ABŞ dolları kompensasiya nəzərə alınmaqla və əlavə 3000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli evdən çıxarılmaları, 14000 manat maddi, 10000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar