Məhkəmə qərarları › İş №2(003)-230/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-230/2021

30.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-230/2021 30.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı və onun nümauəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni sahə” massivində yerləşən 750 m2 torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən ona Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.metr torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin ərazi Şağan qəsəsbəsi “Yeni Sahə” massivi adlanır. O qeyd edilən torpaq sahəsinin torpaq vergisini vaxtlı-vaxtında ödəmişdir. Xəzər rayon Şağan bələdiyyəsinin 06 avqust 2020-ci il tarixli 28 nömrəli arayışına əsasən ünvan 1 ünvanında daimi qeydiyyatda olan İddiaçı həqiqətən Şağan qəsəsbəsi “Yeni Sahə” massivində 750 kv.metr torpağın vergi ödəyicisi kimi Şağan Bələdiyyəsində qeydiyyatdadır. Hal-hazırda vegi borcu yoxdur. Lakin ona məxsus olan və yuxarıda qeyd olunan ünvanda yerləşən 750 kv.metr torpaq sahəsini qonşu Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh ərazini zəbt etdiyini və həmin ərazinin ona məxsus olduğunu dəfələrlə şifahi olaraq etiraf etsə də, həmin ərazini boşaltmaq istəmir. O dəfələrlə Cavabdeh xəbərdarlıq etsə də, cavabdeh onun haqlı tələblərinə əhəmiyyət verməyərək həmin ərazidən çıxmır və qanunsuz hərəkətlərini bu günə kimi davam etdirir. Zəbt olunmuş sahə hasara alınıb, lakin ərazidə tikinti aparılmayıb. Hazırda onun həmin torpaq sahəsinə ehtiyacı vardır. Həmin torpaq sahəsində yaşayış evi tikib yaşamaq istəyir. Ona görə də o məcburiyyət qarşısında qalıb ona məxsus hazırda Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən cavabdehin çıxarılması barədə məhkəməyə müraciət edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o Cavabdeh qarşı cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə dair çıxarış təqdim etmişdir. Cavabdeh təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 05.12.2019-cu il tarixdə verilən ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20L ünvanda 0,1 ha torpaq sahəsi onun mülkiyyətindədir. Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən ona Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.metr torpaq sahəsi ayrılmışdır. Hazırda həmin ərazi Şağan qəsəsbəsi “Yeni Sahə” massivi adlanır. Ona məxsus 750 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması işin mübahisələndirilməyən halıdır. Belə ki, onun dəfələrlə tələbi ilə əlaqədar Cavabdeh şifahi olaraq onun torpaq sahəsini qaytarmağa hazır olduğunu bildirmiş, lakin həmin sahənin bir hissəsində tikinti apardığına görə həmin hissə ilə əlaqədar razılığa gəlməyi təklif etmişdir. Onlar ümumi razılığa gələ bilmədiklərinə görə məhkəməyə müraciət etmişdir. Hətta 28.10.2020-ci il tarixdə məhkəmə iclasından sonra məhkəmənin həyətində bu barədə danışaraq razılığa gəlməyə çalışdıq. Məhkəmədə iddia qaldırmadan qabaq Xəzər rayon İcra Hakimiyyətinə mübahisəmizin həlli ilə əlaqədar müraciət etmiş, Xəzər rayonu İcra Hakimiyyətinin 27.07.2020-ci il tarixli cavab məktubunda qeyd olunan ərazinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən vətəndaş Cavabdeh verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olduğu bildirilmişdir. Xəzər rayon Şağan bələdiyyəsinin 06 avqust 2020-ci il tarixli 28 nömrəli arayışında onun həqiqətən Şağan qəsəsbəsi “Yeni Sahə” massivində 750 kv.metr torpağın vergi ödəyicisi kimi Şağan Bələdiyyəsində qeydiyyatda olduğu və halhazırda vegi borcunun olmadığı göstərilir. Məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında qoyulmuş “İddia olunan torpaq sahəsi naturada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, sahə 20L nömrəli bağ sahəsi ilə üst üstə düşürmü, düşürsə (koordinatları göstərilməklə) hansı hissədə düşür” sualına mütəxəssis və ekspert tərəfindən verilən cavabda göstərlir ki, faktiki sahəsi 2170 kv.m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0,10 ha hissə üst-üstə düşür və baza məlumatları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən ona Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 750 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh verilmiş 0.1 ha torpaq sahəsinin 750 kv.m hissəsi ona məxsusdur. Ona görə də Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ləğv edilməlidir. Məhkəmədə iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, qeyd olunan torpaq sahələri iddiaçının adlaına rəsmi qeydiyyatdan keçməmişdir və ümumiyyətlə belə torpaq sahəsi ona məxsus deyil. Hesab etmişdir ki, iddiaçının hazırkı tələblə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin 18.11.1991-ci il 22 nömrəli qərarından görünür ki, Binə qəsəbəsi Zevin küçəsi ev 25,26 nömrəli mənzildə yaşayan müvəqqəti işləməyən İddiaçı Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 m2 torpaq sahəsi ayrılması. Ümumi sahəsi 97,5 m2 olan onun yaşayış sahəsi 54,7 m2 olan təsdiq edilmiş 185-000-111c seriyalı layihəsi əsasında (evin tikintintisi aparılması) hündürlüyü 2,2 m2 olan kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon Şağan bələdiyyəsinin 06.08.2020-ci il tarixli 28 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanında daimi qeydiyyatda olan İddiaçı həqiqətən Şağan qəsəsbəsi “Yeni Sahə” massivində 750 kv.metr torpağın vergi ödəyicisi kimi Şağan Bələdiyyəsində qeydiyyatdadır. Hazırda vegi borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin 27.07.2020-ci il tarixli K-35-148 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reysetr Xidməti tərəfindən vətəndaş Cavabdeh verilmiş çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətindədir. İş materiallarında olan 28.11.2019-cu il tarixli AN -İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L nömrəli 0,1 ha torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 05.12.2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin A45622 nömrəli 04.12.2019 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Milli Arxiv İdarəsinin Bakı filialının 30.09.2020-ci il tarixli 692 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 22 saylı sərəncamı 18.11.1991-ci il tarixli kimi deyil, 19.12.1991-ci il tarixi kimi Dövlət Arxivinin Bakı filialında mövcud olmaqla həmin sərəncamda vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Resublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.03.2021-ci il tarixli ********* nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki sahəsi 2170 kv/m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0.10 ha hissə üst-üstdə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2021-ci il tarixli 10/1825 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, faktiki sahəsi 2170 kv/m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0.10 ha hissə üst-üstdə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin 18.11.1991-ci il 22 nömrəli qərarı ilə Binə qəsəbəsi Zevin küçəsi ev 25,26 nömrəli mənzildə yaşayan müvəqqəti işləməyən İddiaçı Mərdəkan qəsəbəsində m/368 nömrəli sahədə fərdi ev tikmək üçün 750 m2 torpaq sahəsi ayrılması. Ümumi sahəsi 97,5 m2 olan onun yaşayış sahəsi 54,7 m2 olan təsdiq edilmiş 185-000-111c seriyalı layihəsi əsasında (evin tikintintisi aparılması) hündürlüyü 2,2 m2 olan kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. Həmçinin məhkəməyə təqim edilmiş olan Milli Arxiv İdarəsinin Bakı filialının 30.09.2020-ci il tarixli 692 nömrəli məktubunda, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 22 saylı sərəncamı 18.11.1991-ci il tarixli kimi deyil, 19.12.1991-ci il tarixi kimi Dövlət Arxivinin Bakı filialında mövcud olmaqla həmin sərəncamda vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 20 L Cavabdeh mülkiyyətindədir. Eyni zamanda mütəxəssis və ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, faktiki sahəsi 2170 kv/m olan torpaq sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına hüquqların dövlət qeydiyyatına alınmış 0.10 ha hissə üst-üstdə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Belə olduğu halda Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh adına verilmiş 05.12.2019-cu il tarixdə verilmiş ********** saylı reyestr çıxarışının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı olsa da, mülki işin materiallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsidir və mübahisəli torpaq sahəsinin naturada iddiaçıya aid olmasına dair torpaq ayrıc aktı (plan cizgi və ya plan sxem) məhkəməyə təqdim edilməmişdir. İddiaçının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə, məhkəmə iddianın əsasını nəzərə alaraq həmçinin qeyd edir ki, Cavabdeh mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki halda Cavabdeh mübahisələndirilən hüququnun qeydiyyatı üçün əsas olmuş sənədlər etibarsız hesab edilmədən həmin qeydiyyatın ləğv edilməsini tələb etmək əsassızdır. Belə olan halda iddia tələbi təmin edilə bilməz. İddiaçının iddia tələbinin Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının iddiasının qeyd edilən hissəsi mülkiyyət hüquqları ilə bağlıdır. Hazırkı halda qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh olduğundan və sonuncunun mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının tələbi qeytd edilən hisədə də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair çəkilən xərclərin dəyəri 88,20 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair çəkilən xərclərin dəyəri 95 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə” massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 95 manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" ASC-nin Xətai filialı, Kod: 200071, VÖEN: (bank) **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, hesab N: AZ23AİİB******************** hesabına köçürülsün Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar