Məhkəmə qərarları › İş №2(003)-2308/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2308/2022

29.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2308/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevin Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1, X54 və onların nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X16 və X20 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, X54 Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri 7 saylı xüsusi Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə, müstəqil tələb irəli sürən şəxs X15, X16 və X20 cavabdehlər İddiaçı1, X54, Cavabdeh qarşı bərabər payların müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 7 saylı Xüsusi Notariat kontoruna həvalə edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, X54 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X17 bütün mövcud miras əmlakı üzərində qanun üzrə birinci növbədə olan vərəsələrin sayılan İddiaçı1, X54, Cavabdeh vərəsəlik hüququnun tanınması və bərabər paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları X29 21 avqust 2015-ci ildə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1640/46 saylı bağ evi olan daşınmaz əmlak mərhum ataları X24 məxsus olmuşdur. X3 tərəfindən ölümündən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəsiyyətnamə tərtib edilməmişdir. Belə olan halda onlar qanunvericiliklə müəyyən olunmuş qaydada miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişlər. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru müraciətləri əsasında vərəsəlik işi açmış və müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə göndərsə də, vərəsəliyin müəyyən olunması ilə bağlı hər hansı rəsmiləşdirmə işi görülməmişdir. Buna görə də hesab edirlər ki, oğlu - Cavabdeh, qızı - İddiaçı1, qızı - İddiaçı2 mirasqoyan X17 qanun üzrə birinci növbədə olan vərəsələri kimi tanınmalıdır. Mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr bərabər pay hüquqlu vərəsələr sayıldığından, onlar mövcud miras əmlakı üzərində vərəsəlik hüquqları tanınmalı və bərabər payları məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Əzizbəyov (indiki Xəzər) rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli qətnaməsi ilə ünvan bağ evinə X6, X7, X25 hər birinin 1/14 hissədə məcburi payları tanınmışdır. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X30, X31 və X33 cavabdehlər İddiaçı1, X54, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 miras qalmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1640/46 nömrəli bağ evinin 11/14 hissəsinə X30, X31, X33, İddiaçı1, İddiaçı2 və Cavabdeh bərabər paylarının müəyyən edilməsi və bu barədə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X30, X31 və X20 iddia tələbi onunla əsaslandırılmışdır ki, X29 ikinci dəfə X30 ilə ailə qurmuş və bu barədə Xəzər rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 iyul 2013-cü il tarixində 801 nömrəli qeydiyyat aparılmışdır. X2 Şakir Fərəddin oğlunun öldüyü günə kimi arvadı olmuş və birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X31 və xx.xx.2004-cü il təvəllüdlü X33 doğulmuşdur. Həmin şəxslərdə vərəsə olduqlarından miras əmlak onlar da daxil olmaqla bərabər paylarda bölünməlidir. Məhkəmə iclasında İddiaçı1, X38 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, iddiaçıların və cavabdehin mərhum ataları X29 21 avqust 2015-ci ildə ürək çatışmamazlığı xəstəliyi səbəbindən vəfat etmişdir. ünvan bağ evi olan daşınmaz əmlak mərhum ataları Şakir Baloğlanova məxsus olmuşdur. X3 tərəfindən ölümündən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəsiyyətnamə tərtib edilmədiyindən onlar qanunvericiliklə müəyyən olunmuş qaydada miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişlər. Notariat orqanı konkret olaraq Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru onların müraciətləri əsasında vərəsəlik işi açmış və müvafiq sənədlər 3cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilsə də, vərəsəliyin müəyyən olunması ilə bağlı hər hansı rəsmiləşdirmə işi görülməmişdir. Buna görə də iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh X44 mirasqoyan X17 qanun üzrə birinci növbədə olan vərsələri kimi tanınmalıdırlar və miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və müvafiq payların məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirdi ki, mərhum atası X29 21 avqust 2015-ci ildə vəfat etmişdir. ünvan bağ evi olan daşınmaz əmlak mərhum ataları Şakir Baloğlanova məxsus olmuşdur. Atalarının vərəsləri onlardır. Atası bağ evində yaşayırdı, bağ sahəsindən 0,03 ha hissəsi satılmış, torpağın 0,19 ha hissəsi isə qalmışdır. Atası ürək xəstəliyindən əziyyət çəkirdi, o vaxtlar anası ilə atası ayrılmışdır. Onun atası ilə anaları arasında bağlanmış olan nikah pozulmuşdur. Atası nikah pozulduqdan sorna ikinci dəfə ailə qurub, o qadından da 2 uşağı var idi. Bağda yaşayanda onlarla əlaqəsi var idi, Atasının ikinci həyat yoldaşının adı Mehparə olub. Ataları vəfat etdikdən sonra ondan qalan toraq sahəsinə gedib-gəlmiş və bağa qulluq göstərmişdirlər. Bağ sahəsində təmizlik və bərpa işlərinin aparılması ilə bağlı atasının ölümündən sonra da bağda müəyyən işləri görmüşdürlər. Məhkəmə iclasında X14 Sevinc Şakir qızının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, atasının ikinci həyat yoldaşı və ögey bacı və qardaşları ataları vəfat etdikdən sonra ondan miras qalan bağ evinə gəlibgetmişdirlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X30 izahat verərək bildirdi ki, o, X32 ilə 05 iyul 2013-cü il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X31 və xx.xx.2004-cü il təvəllüdlü X33 doğulmuşdur. Mərhum həyat yoldaşının sağlığında və o vəfat etdikdən torpağa qulluq etmək məqsədi ilə miras qalmış torpaq sahəsinə getmişlər və torpaq sahəsinin abadlaşdırılması ilə bağlı öz vəsaitləri hesabına bağ sahəsinin qorunub saxlanılması üçün müvafiq işlər görmüşdürlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X31 izahat verərək bildirdi ki, mərhum X32 onun atası idi. Atasının ünvan bağ evi olmuşdur. O valideynləri ilə birlikdə atasının sağlığında və vəfatından sonra bağa gedib-gəlmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X33 müstəqil tələb irəli sürən üçüncü şəxs X16 izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X16 və X20 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hüquqlarının müdafiə etdiyi şəxslər X18 həyat yoldaşı və övladlarıdır. Mərhum vəfat edənədək, tərflərlə birlikdə yaşamışdır. X32 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka faktiki olaraq vərəslər sahiblik etmələri bir daha sübuta yetirir ki, onlar tərəfindən kiras əmlak qəbul edlimişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini və X15, X16 və X20 da vərəsə olduqlarından miras əmlak onlar da daxil olmaqla bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri 7 saylı xüsusi Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat Ofisi məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında Cavabdeh iddianı etiraf edərək, ataları X10 miras qalmış əmlakın vərəsələr arasında bərabər paylarda bölnüməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin atalarının vərəsələrinin onun, bacıları İddiaçı1, X54 və atasının ikinci nikahdan olan arvadı X30, ögey bacısı X31 və qardaşı X33 olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia və müstəqil tələb irəli sürən üçüncü şəxlərin iddiası təmin edilməlidir. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 767170 nömrəli xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan Bakı şəhəri 7 saylı xüsusi Notariat Kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli 467 nömrəli məktubdan görünür ki, X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna müraciət daxil olmuşdur. X18 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlqədar vərəsələrin xx.xx.2015-ci il tarixli ərizəsi əsasında xx.xx.2015-ci il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyə əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh məhrumun vərəsələridir. İşdə olan Bakı şəhəri 7 saylı xüsusi Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2015ci il tarixli 2 V/1-116 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 Bakı şəhəri Mərdəkan qəsəbəsi bağ 1640/46 nömrəli ünvanda yaşayan oğlu X32 vərəsəsidir. Miras əmlak ünvan bağ evidir. İşdə olan Bakı şəhəri İcra hakimiyyəti texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş BM 002596 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan bağ evi X12 mülkiyyətində olmuşdur. İşdə olan Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan ünvanda yerləşən bağ evinə X8, X9, X26 hər birinin ayrı-ayrılqda 1/14 hissədə məcburi payı tanınması, X32 ünvan bağ evini qəbul etmiş hesab edilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-3784/2009 nömrəli qətnamənin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Binəqədi (Kirov) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə doğulmuşdur. X5, anası X13r. İşdə olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X34 xx.xx.1986-cı ildə doğulmuşdur. X5, anası X13r. İşdə olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.1984-cü ildə doğulmuşdur. X5, anası X13r. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı ərizədə qeyd edilmişdir ki, bacıları İddiaçı1, X38 iddiası üzrə atalarından qalmış miras əmlakın aralarında bərabər bölünməsinə razıdır. İşdə olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, X32 ilə X36 arasında bağlanmış olan nikah xx.xx.2000-ci il tarixdə ləğv edilmişdir. İşdə olan Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********20 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640/46 saylı bağ evinə dair arayışın məhkəməyə təqdim edilməsi ilə əlaqədar sorğunuza 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, arxiv qovluğunda aşkar olunan sənədlərə əsasən 1 nömrəli “Qələbə” bağ tikinti kooperativinin yığıncağının xx.xx.1988-ci il tarixli 5 nömrəli protokolundan çıxarışa əsasən Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi olan 46 nömrəli bağ sahəsi X19 ayrılmış və xx.xx.2001-ci il tarixdə 1640/46 nömrəli bağ evi kimi onun adına qeydiyyatdan keçirilmişdir və hazırda mülkiyyətindədir. Həmçinin keçmiş X28 və İstismarı Birliyinin xx.xx.2006-cı İl tarixli 06 nömrəli protokoluna əsasən 1640/46 nömrəli bağ sahəsinin (0.12 hektar) icarəyə verilməsinə dair X27 ilə xx.xx.2006-cı il tarixli 97604 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra icarədarın notarial qaydada təsdiq edilmiş xx.xx.2006-cı il tarixli ərizəsi əsasında sözügedən bağ sahəsinin 0.035 hektar hissəsi X4 adına keçirilmiş, 37807 nömrəli müqavilə bağlanılmışdır. Yerdə qalan 0.085 hektar torpaq sahəsinə dair X27 ilə xx.xx.2006-cı il tarixli 37604 nömrəli müqavilə bağlanılmışdır. İşdə olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X30 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikah aktları qeydi kitabında 801 nömrə ilə qeydiyyat aparılmaışdır. İşdə olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. X5, anası X21r. İşdə olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. X5, anası X21r. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan bağ evi X12 mülkiyyətində olmuşdur. X27 xx.xx.2008-ci il tarixli vəsiyyətnaməyə əsasən ünvan bağ evi X22 vəsiyyət etmiş və miras əmlak kütləsi sonuncuya keçmişdir. X1 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlqədar vərəsələrin xx.xx.2015-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmışdır. İddiaçı1, X54 və Cavabdeh mərhum X18 vərəsələri kimi tanınmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X32 ilə X30 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahından X31 və X33 doğulmuşdur. Həmçinin məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlarında payların bərabər hissədə bölünməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151-si maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbə vərəsələr sayılırlar. İşin faktiki hallarından göründüyü kimi miras əmlak kütləsi ünvan bağ evidir. Həmin bağ evi üzrə vəsiyyətnamə mövcud deyildir və miras əmlak üzrə vərəsələr X30, X31, X33, İddiaçı1, İddiaçı2 və Cavabdehdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasn vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu təsbit olunub. Bunlar vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə vərəsə mirası qəbul etmiş sayılır. Məhkəmə araşdırması zamanı və tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, vərəsələr miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamışlar, müvafiq davranışları ilə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Hazırkı iş üzrə vərəsələrin miras əmlakdakı payı bölünməli olan 11/14 miras əmlaka olan payları 66/84 (6x14=84), (14-11=3x6=18, 84-18=66:6=11) olaraq nəzərə alınmalı və hazırkı mülki iş üzrə vərəsələrin hər birinin payı 11/84 məyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, X38 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X16 və X20 iddiaları təmin edilməli, miras əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1640/46 nömrəli bağ sahəsinə X30, X31, X33, İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin 11/84 hissədə payları müəyyən edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1640/46 nömrəli bağ sahəsinə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri 7 saylı Xüsusi notariat kontoruna həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, X38 iddiaları təmin edilsin. X10 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1640/46 nömrəli bağ sahəsinin hər birinə 11/84 hissədə olmaqla İddiaçı1, İddiaçı2 və Cavabdeh payları müəyyən edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X30, X31, X20 iddiası təmin edilsin. X10 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1640/46 nömrəli bağ sahəsinin hər birinə 11/84 hissədə olmaqla X30, X31, X20 payları müəyyən edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1640/46 nömrəli bağ sahəsinə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri 7 saylı Xüsusi notariat kontoruna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar