Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2309/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi) qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-nin X15 miras qalmış ¼ hissəsinin onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bacısıdır. Onun tərəfindən ona və qardaşı X26 qarşı Bakı şəhər Xəzər Rayon Məhkəməsində “miras əmlakda məcburi payın müəyyən edilməsi və mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia qaldırılmışdır. Həmin işə baxılan zaman ona məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh nənəsi X4 miras qalmış ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən 1/4 hissədə pay ayrılmış və bununla bağlı 23 sentyabr 2019-cu il tarixində qanun üzrə X19 şəhadətnamə verilmişdir. Sözügedən qanun üzrə X19 şəhadətnamə etibarsız hesab olunmuşdur. Belə ki, ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evi mərhum nənəsi X8 məxsus olmuşdur. O, xx.xx.1985-ci il tarixində ölmüş, vərəsəsi X10 olmuşdur. Atası da xx.xx.1998-ci il tarixdə ölməsi ilə əlaqədar olaraq vərəsələri kimi o, İddiaçı, qardaşı X28 və anası X1. İlkin olaraq 17 mart 2017-ci il tarixində onun, qardaşının və anasının müraciət ərizəsi əsasında 7 saylı Notariat Ofisində qeyd edilən miras əmlakla bağlı vərəsəlik işi açılmışdır. 17 mart 2017-ci il tarixli Qanun üzrə X19 şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən X7 vərəsəsi X16 ölməsi ilə əlaqədar olaraq ona məxsus olan miras əmlakın ¼ hissədə onun, ¼ hissədə qardaşı X28 və ¼ hissədə anası X9 pay hüququ müəyyən edilmişdir. Bundan sonra 17 mart 2017-ci il tarixində X28 və X11 vərəsəlikdən onlara düşən paylarını ona bağışlamışlar. Miras əmlakın 1/4 hissəsi açıq qalmışdır. Sonradan Cavabdeh müraciəti əsasında sözügedən miras əmlaka dair 23 sentyabr 2019-cu il tarixində Qanun üzrə X19 şəhadətnamə verilmişdir. X2 miras əmlakı ilə bağlı 23 sentyabr 2019-cu il tarixli vərəsəlik işi materiallarından məlum olur ki, Cavabdeh 17 avqust 1995-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdan çıxmışdır. X10 xx.xx.1998-ci il tarixdə ölən zaman Cavabdeh artıq miras əmlakın yerləşdiyi ünvanda qeydiyyatdan çıxmış (yəni 1995-ci il tarixindən) və bir daha nə o ünvana qeydiyyata düşmüş, nə də ki, orada yaşamamışdır. Beləliklə, cavabdeh özü ünvan 2 ünvanında yerləşən miras əmlaka pay hüququndan imtina etmişdir. O isə bu günədək miras əmlakın yerləşdiyi ünvanda pasport qeydiyyatındadır və bugünədək orada yaşayır. Digər tərəfdən 7 saylı Notariat Ofisində miras əmlakla bağlı vərəsəlik işi açılmış, 17 mart 2017-ci il tarixli Qanun üzrə X19 şəhadətnamə verilən zaman ¼ hissədə açıq qalmışdır. Sonradan 23 sentyabr 2019-cu il tarixində Qanun üzrə X19 şəhadətnamə verilmiş və Cavabdeh miras əmlaka dair ¼ hissədə pay hüququ müəyyən edilmişdir. Lakin vərəsəlik işi materiallarına nəzər saldıqda aydın olur ki, Cavabdeh miras əmlakdan ona çatası paya vərəsəlik hüququnun verilməsinə dair ərizəni 26 sentyabr 2019-cu il tarixində vermişdir. Göründüyü kimi ərizənin verilməsi və qanun üzrə X19 şəhadətnamənin verilməsi müddətlərində bir uyğunsuzluq vardır. İlk öncə 23 sentyabr 2019-cu il tarixində Qanun üzrə X19 şəhadətnamə verilmiş, bundan sonra pay hüququnun müəyyən edilməsinə dair ərizə verilmişdir. Halbuki ilk öncə ərizə verilməli, müvafiq olaraq ərizəyə baxıldıqdan sonra Qanun üzrə X19 şəhadətnamə verilməli idi. Bundan başqa Cavabdeh miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Belə ki, mərhum X10 xx.xx.1998-ci il tarixdə ölmüş, lakin Cavabdeh ünvan 3 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv/metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv/metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsi barədə qanun üzrə X19 şəhadətnamə 23 sentyabr 2019-cu il tarixində verilmişdir. Qeyd edilən vərəsəlik işi materiallarından görünür ki, Cavabdeh özü şəxsən ərizə verərək bildirmişdir ki, mərhum X10ndan miras qalmış Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 22 saylı evdən vərəsəlik qəbul etməmişdir və qəbul etmək niyyətində də deyildir. Eyni zamanda qeyd etmişdir ki, gələcəkdə də həmin miras əmlaka dair iddia tələbləri olmayacaqdır. Lakın 7 saylı Notariat ofisi 23 sentyabr 2019-cu il tarixli qanun üzrə X19 şəhadətnamə verərkən Cavabdeh vərəsəlikdən imtina ərizəsini nəzərə almamış, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 22 saylı evdəki “A” və “B” tikilisi üzərində 12 hissədə Cavabdeh pay hüququnu müəyyən etmişdir. Halbuki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi, 22 saylı evdəki “A” və “B” tikilisi əvvəlcə X2 mülkiyyətində olmuş, həmin əmlaka dair vərəsəlik işi açılan zaman, yəni 17 mart 2017-ci il tarixində mərhum atası ölmüş olduğundan irsi transmissiya qaydasında qeyd edilən əmlaklara atasının vərəsələri kimi İddiaçı, qardaşı X28 və anası X5 pay hüququ müəyyən edilmişdir. Cavabdeh isə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi, 22 saylı evdən vərəsəlik hüquqlarından imtina etməsinə dair ərizə vermişdir. Beləliklə, nənəsi X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldirim küçəsi, “A” və “B” tikilisi də cavabdehin vərəsəlikdən imtina etdiyi həmin 22 saylı evdə yerləşdiyindən, onun qeyd edilən ünvanda irsi transmissiya qaydasında nənəsindən miras qalmış “A” və “B” tikilisinə, nə də ki, atasından miras qalmış “D” tikilisinə vərəsəlik hüquqları mövcud deyildir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(003)-46/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsinə dair Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli qanun üzrə X19 şəhadətnaməni etibarsız hesab edilmiş, Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 186682 nömrəli xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilmişdir. Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinin 02 iyun 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ¼ pay hissəsinə dair qanun üzrə X19 şəhadətnamə vermək imkan xaricindədir. Buna görə də Xəzər rayon Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən 22 saylı evin (miras əmlakın) açıq qalmış ¼ hissəsinin onun tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, nənəsindən miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən 22 saylı ev hazırda onun sahibliyində və istifadəsindədir. Həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Ondan başqa vərəsə yoxdur. Ona görə də hesab edir ki, açıq qalmış pay da ona verilməlidir. İş üzrə cavabdehə və üçüncü şəxs Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsində yerləşən 137.70 kv.metr 22 saylı fərdi yaşayış evinə dai İddiaçı ¾ hissədə, Cavabdeh isə ¼ hissədə payı qeydiyyata alınmışdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-46/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək Cavabdeh ünvan 4 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv.metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv.metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsinə dair Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli qanun üzrə X19 şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 186682 nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 2 daşınmaz əmlakın "D” tikilisinə X16, “A” və “B” tikilisinə X6 mülkiyyət hüququ qeydə alınmışdır. X12 xx.xx.1985-ci il tarixdə, X20 xx.xx.1998-ci il tarixdə ölmüşdür. xx.xx.1985-ci il tarixdə ölmüş X6 vərəsəsi X20 olmuş, lakin X16 xx.xx.1998-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ünvan 2 ünvanında yerləşən miras əmlakın vərəsələri X16 övladları olmuşdur. xx.xx.2017-ci il tarixli qanun üzrə X19 şəhadətnaməyə əsasən İddiaçı ünvan 2 və o miras əmlakdan ¼ hissədə pay almalıdır, gəlini X11 miras əmlakdan ¼ hissədə pay almalıdır, X28, miras əmlakdan ¼ hissədə pay almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 30/3236 qeydiyyat nömrəsi ilə 03 nömrəli kitabın 331-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79,80 m2 2 (iki) otaqdan və B tikilisi ümumi sahəsi 57,9 m21 (bir) otağında yaşayış evindən ibarətdir. Həmin ünvanın D tikilisi 1/3 hissə X24, D tikilisi 1/3 hissə X5 mülkiyyətində qalır. Həmin ünvana 1/4 hissə pay açıq qalmışdır. Həmçinin məhkəmə müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanması barədə müqaviləyə əsasən X28 və X11 xx.xx.2017-ci il tarixdə verilmiş 2V/701 reyestrli qanun üzrə X19 şəhadətnaməyə əsasən mərhum X3 miras qalmış oğlu ünvan 2 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79,8 m2 2 (iki) otaqdan və B tikilsi ümumi sahəsi 57,9 m2 1 (bir) otaqdan onlara düşən vərəsəlik payını İddiaçı bağışlamışlar, Cavabdeh isə atası X14 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.ildırım (26 Bakı Komissarı) küçəsi 22 saylı evdən vərəsəlik qəbul etməmiş və qəbul etmək niyyətində də olmamışdır və bu barədə Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna ərizə təqdim etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli qanun üzrə X19 şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən A (tikilisi ümumi sahəsi 79,80 m2 2 (iki) otaqdan) və B (tikilisi ümumi sahəsi 57,9 m21 (bir) otağında) yaşayış evinə Cavabdeh miras payı ¼ hissədə müəyyən edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 186682 nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin həmin qətnamədən görünür ki, kimi Cavabdeh miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Belə ki, tərəflərin mərhum X10 xx.xx.1998-ci il tarixdə ölmüş, lakin Cavabdeh ünvan 7 ünvanında yerləşən A tikilisi ümumi sahəsi 79.8 kv/metr 2 otaqdan və B tikilisi ümumi sahəsi 57.9 kv/metr 1 otaqlı fərdi yaşayış evindən ¼ hissədə pay hüququnun müəyyən edilməsi barədə qanun üzrə X19 şəhadətnamə 27 sentyabr 2019-cu il tarixdə verilmişdir. İş materiallarında olan ünvan 8 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-46/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh adına ¼ hissəy pay hüququnun müəyyən edilməsinə dair Qanun üzrə X19 şəhadətnamə etibarsız hesab edilmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsi həmin ünvana (miras əmlaka) dair öhdəlik olmadığı üçün İddiaçı (iddiaçıya) ¼ pay hissəyə dair Qanun üzrə X19 Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan ünvan 11 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə tərəflərindən təsdiqlənmiş 2V-371 reyestrli Qanun üzrə X19 şəhadətnamə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, mərhum X3 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən 22 saylı evə dair iddiaçının ¾ hissədə (digər vərəslərinin öz paylarından iddiaçının xeyrinə imtinaları nəzərə alınmaqla) payı mövcuddur. Məhkəmə qətnaməsi ilə Cavabdeh ¼ hissədə payının müəyyən edilməsi barədə notariat ofisini tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında ona verilmiş çıxarış ləğv edilmişdir. Hazırda miras əmlakın ¼ hissəsi açıq qalmış, həmin hissəyə dair pay hüququnun müəyyən edilməsinə dair iddiaçının müraciətinə notariat ofisi tərəfindən imtina edilmişdir. Miras əmlak hazırda iddiaçının sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan qanunvericiliyin tələblərini, həmçinin miras qalmış əmlakın ¾ hissəsinə dair iddiaçının payının müəyyən edilməsini, o cümlədən miras əmlaka bütövlükdə iddiaçının faktiki sahiblik etməyə və idarə etməyə başladığından mülkiyyəti sayılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən 22 saylı evin (miras əmlakın) açıq qalmış ¼ hissəsi də iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən 22 saylı evin (miras əmlakın) açıq qalmış ¼ hissəsi iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən 22 saylı evin (miras əmlakın) açıq qalmış ¼ hissəsi iddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2309/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2309/2022
12.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver