Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2327/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Ərizəçi X4, Maraqlı şəxs Ərizəçi iştirakları ilə Ərizəçi X4 Bakı şəhəri Maraqlı şəxs* maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 08 mart 2005-ci il tarixdə Bakı şəhərində Ərizəçi doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 08 mart 2005-ci il tarixdə tibbi müəssisəsindən kənarda ev şəraitində qızı - X8 anadan olmuşdur. X4 atası Maraqlı şəxs2 ilə rəsmi nikahları olmuş və 09 yanvar 20*9-cu ildə boşanmışlar. Birgə nikahdan həmçinin başqa iki övladları da var. Bakı şəhəri Maraqlı şəxs* *9 aprel 2024-cü il tarixli məktubundan görünür ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmamış və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi əsl ərizəçi X8 ilə əvəz olunmuş, həmçinin Ərizəçi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçi X8 “tələbin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 mart 2005-ci il tarixdə Bakı şəhərində ev şəraitində doğum faktının qeydə alınması, həmçinin doğum haqqında şəhadətnamədə ana qrafasında Ərizəçi, ata qrafasında isə Maraqlı şəxs2 adlarının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, X8 08 mart 2005-ci il tarixdə Maraqlı şəxs2 ilə olan nikahından doğulmuşdur. Doğuş ev şəraitində olmuşdur. Bu zaman yanında böyük qızı və qaynanası olmuşdur. Həmin nikahdan eyni zamanda iki övladları da doğulmuşdur. Lakin səhlənkarlıqdan X5 doğum haqqında şəhadətnamə almamışlar. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında maraqlı Bakı şəhəri Maraqlı şəxs* nümayəndəsi Nümayəndə izahatında ərizənin həlli məsələsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X*0 ərizəçi Rövşanə Rüstəmovanın onun doğma bacısı olmasını, 08 mart 2005-ci il tarixdə ev şəraitində doğulmasını, doğuş zamanı anasına nənəsinin kömək etməsini bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs2 Bəhman oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Maraqlı şəxs2 Bəhman oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Qeydiyyat Şöbəsinin 07 iyun 2024cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən eləcə də Maraqlı şəxs* tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 Bəhman oğlu ilə Ərizəçi 07 iyun 200*-ci il tarixdə nikaha daxil olmuşlar, həmin nikah 09 yanvar 20*9-cu il tarixdə pozulmuşdur. X** ** sentyabr *997-ci il tarixdə, X*0 *5 noyabr *998-ci il tarixdə doğulmuşlar, eyni zamanda X9 və X6 doğum haqqında bərpa haqqında qeydlərdən görünür ki, “ata haqqında məlumat” qrafasında Maraqlı şəxs2 Bəhman oğlu və “ana haqqında məlumat” qrafasında Ərizəçi Abbas qızı göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs* tərəfindən X7 ünvanlanmış *9 aprel 2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003cü il tarixdə *45 saylı Qərarı ilə təsdiq edilmiş "X2 dövlət qeydiyyatı Qaydası"nın 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir: 2.5.* valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnamələri; 2.5.3 doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (əsli); 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd. Göstərilən Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərlə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 24 iyul 2024-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-*3-**/2-8906/2024 nömrəli məktubundan görünür ki, X4 əl əksləri Dövlət daktiloskopik qeydiyyatında mövcud deyil. Eyni zamanda həmin şəxsin əl əksləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Maraqlı şəxs2 Bəhman oğlu ilə Ərizəçi 07 iyun 200*-ci il tarixdə nikaha daxil olmuşlar, həmin nikah 09 yanvar 20*9-cu il tarixdə pozulmuşdur. X* və X6 doğum haqqında bərpa haqqında qeydlərdən görünür ki, “ata haqqında məlumat” qrafasında Maraqlı şəxs2 Bəhman oğlu və “ana haqqında məlumat” qrafasında Ərizəçi Abbas qızı göstərilmişdir. Hazırda ərizəçi qeyd edir ki, o, həmin nikahdan 08 mart 2005-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs2 Bəhman oğlu, anası isə Ərizəçidır. Həmçinin müəyyən edilmişdir ki, ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün müvafiq şöbəyə müraciət etsə də şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə işin faktiki hallarına münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının *.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın *.3-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərarın *3-cü bəndində qeyd edilir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, məhkəmə tərəfindən uşağın doğum faktı o halda müəyyən edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmur və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina edir, ərizəçi bu sənədləri başqa qaydada əldə edə bilmir. Məhkəmə hesab edir ki, ərizəçinin doğulması faktını təsdiq edən müvafiq tibb müəssisəsinin sənədi olmadığı üçün ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, çünki ərizəçi tibb müəssisəsindən kənarda anadan olmaqla həkimə müraciət edilməmiş və doğuşa həkim köməklik göstərməmişdir. Həmçinin məhkəmə baxışı iclasında dindirilmiş şahid X*0 ərizəçi Rövşanə Rüstəmovanın onun doğma bacısı olmasını bildirmişdir. Qeyd olunanlara əsasən X4 08 mart 2005-ci il tarixdə Bakı şəhərində X3 dünyaya gəlməsini təkzib edəcək hər hansı bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və hüquq müəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməli, ərizəçi X4 08 mart 2005-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ərizəçinin doğum tarixi 08 mart 2005-ci il, doğulduğu yer Bakı şəhəri, soyadının Rüstəmova, adının Rövşanə, ata adının Əziz olması, eləcə də anasının Ərizəçi, atasının Maraqlı şəxs2 olması qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X4 08 mart 2005-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ərizəçinin doğum tarixi 08 mart 2005-ci il, doğulduğu yer Bakı şəhəri, soyadının Rüstəmova, adının Rövşanə, ata adının Əziz olması, eləcə də anasının Ərizəçi, atasının Maraqlı şəxs2 olması qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-2327/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2327/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver