Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-233/2022 05.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.12.2014-cü il tarixli, 798/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh əvəzindən ödədiyi 6413,0 ABŞ dolları pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı müraciət edərək LEXUS RX350 markalı, ağ mirvari rəngli, Ban №-si JTJBC1BA9A2403456, buraxılış - ili 2010-cu il olan avtomobili kreditlə almaq istədiyini bidirmişdir. Bunun üçün tələb edilmiş sənədlər TuranBank ASC-yə təqdim edilmişdir. TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh . Hümbət oğlu arasında bağlanmış 17.12.2014-cü il tarixli, 798/7-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 23000,0 ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Binəqədi” filialı ilə Cavabdeh arasında 17.12.2014-cü il tarixli 798/f-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Cavabdeh özünə məxsus olan LEXUS RX350 markalı, ağ mirvari rəngli, Ban №-si JTJBC1BA9A2403456, buraxılış ili 2010-cu il olan **-LE-*** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA № 128359 saylı çıxarış Banka təqdim edilmişdir. Cavabdeh Bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün Bankla İddiaçı arasında olan 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən iddiaçı cavabdehin əvəzindən 6413,0 USD məbləğində pulu TuranBank ASC-ə ödəmişdir. Eyni zamanda ödənişləri təsdiq edən ödəniş qəbzləri iş materiallarına əlavə edilibdir. Həmin kassa məxarixic orderlərindən görünür ki, 02.06.2015ci il tarixdə 1148,0 USD, 30.07.2015-ci il tarixdə 1138,0 USD, 31.08.2015-ci il tarixdə 1138,0 USD, 30.09.2015-ci il tarixdə 35,0 USD, 02.10.2015-ci il tarixdə 1148,0 USD, 30.10.2015-ci il tarixdə 1148,0 USD və 30.11.2015-ci il tarixdə 658,0 USD pul İddiaçı tərəfindən 17.12.2014-cü il tarixli, 798/1-14 saylı kredit müqaviləsi üzrə AZ68TURA******************** saylı hesaba mədaxil edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 17.12.2014-cü il tarixli, 798/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh əvəzindən ödədiyi 6413,0 ABŞ dolları pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da məhkəməyə gəlməmişdir, lakin Vəkil oğlu ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləki, iş materiallarına əlavə olunmuş 17.12.2014-cü il tarixli kredit müqaviləsinin surərinə əsasən Cavabdeh "xxxx" ASC-nin Binəqədi filialından 24 ay müddətinə 23300,0 (iyirmi üç min üç yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan "TuranBank” ASC-nin 10.11.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 17.12.2014-cü il tarixli 798/f-14 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 18 % olmaqla 23300,0 (iyirmi üç min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla İddiaçı arasında bağlanılmış 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən həmin kreditin 6413,0 (üç min iki yüz on dörd) ABŞ dolları məbləğini müştərinin əvəzindən İddiaçı ödəniş etmişdir. İş materiallarında olan 17.12.2014-cü il tarixli zaminlik müqaviləsindən aydın olur ki, "TuranBank” ASC ilə Cavabdeh arasında bağlanmış 17.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərin təminatı olaraq İddiaçı zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 17.12.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh LEXUS RX350 markalı, ağ mirvari rəngli, Ban №-si JTJBC1BA9A2403456, buraxılış - ili 2010-cu il olan avtomobili "xxxx" ASC-nin Binəqədi filialına ipoteka ilə yüklü etmişdir. İpotekaya qoyulan avtomobil tərəflərin razılığı ilə 46.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş 21.06.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1148,0 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş 30.07.2015-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1138,0 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş 31.08.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1138,0 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş 30.09.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 35,0 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş 02.10.2015-ci il tarixli ödəniş qəbzindən görünür ki, Mikayılzadə Fərid "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1148,0 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş 30.10.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1148,0 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş 30.11.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 658,0 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə müəyyən edir ki, "TuranBank” ASC tərəfindən Cavabdeh 17.12.2014-cü il tarixli 798/f-14 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 18 % olmaqla 23300,0 ABŞ dolları məbləğində kredit verilmişdir. 17.12.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə düşən öhdəlikləri icra etmədikdə, İddiaçı onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşin məhkəmə tərəfindən araşdırılan hallan ilə müəyyən edilir ki, iddiaçı zamin kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməklə cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hazırkı tələbi əsaslıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında münasibətlər ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 17.12.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 6413,0 (altı min dörd yüz on üç) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 6413,0 (altı min dörd yüz on üç) ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-233/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-233/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver