Məhkəmə qərarları › İş №2(003)-2332/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2332/2025

23.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2332/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh "xxxx" QSC Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC Cavabdeh MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa olunmaqla müddətsiz əmək müqaviləsinin bağlanması, habelə ödənilməmiş əmək haqlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 457/k saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, onunla daimi xarakterli əmək müqaviləsinin bağlanması və işdən çıxarıldığı dövrdən işə bərpa olunanadək ona ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-ci il tarixdə "xxxx" QSC Cavabdeh MMC-nin Gəncə İdarəetmə şöbəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə xidmətinin (SƏTƏM) mühəndisi vəzifəsində müddətli əmək müqaviləsi ilə işləməyə başlamışdır. Həmin müəssisənin xx.xx.2025-ci il tarixli, 457/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini rəhbər tutaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" QSC Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında tələbləri qəbul etməyərək göstərdi ki, İddiaçı xx.xx.2024-ci il tarixdə onun tutduğu vəzifə və gördüyü iş keçid dövrü ilə əhatə edildiyi üçün müddətli əmək müqaviləsi ilə işə başlamışdır. İddiaçı əmək müqaviləsinin şərtləri ilə tanış olmuşdur və müqavilənin müddətli olmasına heç bir etiraz etməmişdir. Nümayəndəsi olduğu müəssisənin xx.xx.2025-ci il tarixli, 457/k saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sözügedən müddətli əmək müqaviləsinə xitam verilmişdir. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2024-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Gəncə İdarəetmə şöbəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə xidmətində mühəndis vəzifəsi ilə işə qəbul olmuşdur. Əmək müqaviləsi müddətli (3 ay müddətinə) xx.xx.2024-cü il tarixinədək bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" QSC Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 457/k saylı əmrinin surətindən görünür ki, İddiaçı Gəncə İdarəetmə şöbəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə xidmətinin mühəndisinin xx.xx.2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xx.xx.2024-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə, xx.xx.2024/xx.xx.2025-ci ilə qədər olan dövr üçün Əmək Məcəlləsinin 144-cü maddəsinə müvafiq olaraq istifadə edilməmiş əsas məzuniyyət 26 təqvim günü əvəzinə pul ödənilməsi əmr olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarınına əsasən Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur ki, mübahisə zamanı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. İş materiallarına daxil olan xx.xx.2025-ci il tarixli MŞB3/2025-00157 nömrəli mediasiya arayışının surətindən görünür ki, "xxxx" QSC Cavabdeh MMC tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməmişdir. Mediasiya arayışı xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, iddiaçı isə xx.xx.2025-ci ildə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsində müddətli olması göstərilmişdir. İddiaçı əmək müqaviləsinin şərtləri ilə tanış olmuş və müqavilənin müddətli olmasına heç bir etiraz etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd olunsun. İddiaçı cavabdeh "xxxx" QSC Cavabdeh MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa olunmaqla müddətsiz əmək müqaviləsinin bağlanması, habelə ödənilməmiş əmək haqlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar