Məhkəmə qərarları › İş №2(003)-237/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-237/2022

22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-237/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyini maraqlı şəxslər qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi X9 məhkəmə iclasında ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, ərizəçi uzun illər Təcili və X12 Stansiyasında işləyib və həmin müəsissədən ona Zirə qəsəbəsində yerləşən Şəfa bağçılıq-yoldaşlıq birliyindən 58 saylı bağ torpağı verilib. Bununla əlaqədar ev tikmək məqsədi ilə onun əmək haqqından xeyli müddət pul tutulub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində olan siyahıda da bu barədə məlumat var. Ərizəçi və onun ailə üzvləri bağ sahəsindən istifadə edir, bağ sahəsi onun istifadə və sahibliyindədir. Buna görə də bağa mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması zəruridir. Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər Təcili və X12 Stansiyası tərəfindən verilmiş 04.10.2019-cu il tarixli 598 nömrəli məktubundan da görünür ki, Bakı şəhər Təcili və X12 Stansiyası “X7 Birliyi” tərəfindən Ərizəçiyə Zirə qəsəbəsində yerləşən Şəfa bağçılıq-yoldaşlıq birliyindən 58 saylı bağ torpağı verilib və bu barədə arxiv məlumatları var. Maraqlı şəxs 04.04.2017-ci il tarixli **********87 saylı məktubundan və Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər Təcili və X12 Stansiyası tərəfindən verilmiş 04.10.2019-cu il tarixli 598 nömrəli məktubdan da görünür ki, Bakı şəhər Təcili və X12 Stansiyası "X7 Birliyi” tərəfindən Ərizəçiyə Zirə qəsəbəsində yerləşən Şəfa bağçılıq-yoldaşlıq birliyindən 58 saylı bağ torpağı verilib və bu barədə arxiv məlumatları var. Bağ sahəsinin nömrəsi və ölçüsünün siyahıda qeyd edilməməsi səbəbindən Ərizəçi onun istifadəsində və sahibliyində olan bağ sahəsinə çıxarışı ala bilməyib. Belə ki, Bakı şəhər Təcili və X12 Stansiyası “X7 Birliyi” tərəfindən Ərizəçiyə Zirə qəsəbəsində yerləşən Şəfa bağçılıq-yoldaşlıq birliyindən 58 saylı bağ torpağı verilib. 1990cı illərdə mövcud olmuş Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər Təcili və X12 Stansiyasının “X7 Birliyi”nin siyahısı üzrə ərizəçiyə və digər şəxslərə bağ sahələrinin ayrılmasına dair qəbul edilmiş protokolun maraqlı şəxsə təqdim olunması hazırda Ərizəçi tərəfindən mümkün deyil. Belə ki. məlum olduğu kimi vətəndaşlara bağ sahələrinin ayrılmasına dair müvafiq təşkilat, cəmiyyət, o cümlədən birliklər tərəfindən tərtib edilmiş hüquqi sənədlər həmin sahələr ləğv edildikdən sonra maraqlı şəxsə verilib. Digər tərəfdən Bakı şəhər Təcili və X12 Stansiyası və Xəzər Dəniz Tikinti İdarəsi arasında bağlanmış əmək razılaşması müqaviləsindən də görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “Şəfa” bağçılıq yoldaşlıq birliyinin 58 saylı bağ sahəsi iddiaçıya verilməklə ayrılıb. Adının mövcud olan siyahıda olması, lakin bağ sahəsinin ayrılmasına dair hər hansısa (üzvülük kitabçası, protokoldan çıxarış və s.) sənədin olmaması səbəbindən hazırda Ərizəçinin hüquqlarının dövlət reyestrində qeydə alınması mümkün deyil. Qeyd olunanlara əsasən Ərizəçinin nümayəndəsi X1 şəhər təcili və X11 stansiyası “X8 Birliyi” tərəfindən Ərizəçiyə 1990-cı ildə Bakı şəhəri zirə qəsəbəsində yerləşən Şəfa bağçılıq-yoldaşlıq birliyindən 58 saylı bağ torpağı ayrılması faktının müəyyən edilərək tanınması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ərizəçi və maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X20 ifadəsində göstərmişdir ki, o Ərizəçi 25-30 ildir tanıyır. Xaşahuna bağlarında anası Rubabə xanıma torpaq sahəsi verilib. 1989-cu ildən o Şirin xanım ilə qonşudur. Torpağ sahəsini 12 sotdan ibarətdir, lakin həmin torpaq sahəsində evi yoxdur. Həmin torpaq sahəsi order əsasında anasına verilmişdir. Şirinin iddia etdiyi torpaq sahəsində evi var və həmin evdə Şirin və oğlu Faiq yaşayırlar. Bundan əlavə, o qonşuluqda yaşamır və sadəcə torpaq sahəsini ziyarət edəndə qonşu sahənin sahibi Faiq ilə tanış olub. Təxminən 14-15 il əvvəl Şirin xanım ona birdirdi ki, onun Zirədə torpağı var. Lakin həmin torpaq sahəsi naməlum şəxs tərəfindən zəbt olunub.Şirinin bağ sahəsini o görməmiş və orada olmayıb. Qardaşı Şirin xanımın həmkarı olub və ona da həmin qaydada torpaq sahəsi ayrılıb və o həmin torpaq sahəsində özünə ev tikib. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, şahid ifadələrini, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1. maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının X21 Ərazi Dairəsi üzrə Nümayəndəliyin 10 fevral 2022-ci il tarixli, 16 saylı məktubundan görünür ki, X21 ərazi üzrə nümayəndəliyində olan təsərrüfat kitablarında Zirə qəsəbəsi, Bağlar Massivində yaşayan vətəndaşlar haqqında məlumat tam olmadığı üçün sorğuda adı yazılan Ərizəçi haqqında Zirə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29 noyabr 2021-ci il tarixli **********41 saylı məktubundan görsənir ki, Bakı şəhəri Təcili və X11 Stansiyası “Şəfa” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Ərizəçi adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Məhkəmənin sorğusu ilə əlaqədar bildirilib ki, Rəhimova X18 adına sözügedən bağçılıq-yoldaşlıq birliyi nəzdində Zirə qəsəbəsində 58 nömrəli bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd, həmçinin həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər rayonu Zirə Bələdiyyəsinin 02 fevral 2022-ci il tarixli 12-09 saylı məktubunda qeyd edilir ki, 58 nömrəli bağ sahəsinin yerləşdiyi ərazi Zirə bələdiyyəsinin balansında olmadığına görə sözügedən torpaq sahəsinin kimə ayrılması barədə bələdiyyədə heç bir məlumat yoxdur. Zirə bələdiyyəsində 58 nömrəli bağ sahəsinin torpaq vergisi üzrə qeydiyyatı olmadığına görə həmin bağ sahəsinə aid heç bir sənəd yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin Başçisının birinci müavini tərəfindən daxil olmuş məktubda qeyd olunur ki, məktubun icrası ilə bağlı Xəzər RİHB-nın X21 ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu ünvanlanmış və sorğuya cavab olaraq nümayəndəlikdə Zirə qəsəbəsi, Bağlar massivində yaşayan vətəndaşlar haqqında məlumatlar olmadığından Ərizəçi barəsində məlumat təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Şəhər Təcili və X11 Stansiyası” X16 gələn 17 fevral 2022ci il tarixli, 85 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Təcili və X11 X3 Təsərrüfatı 1990-cı illərin əvvələrində fəaliyyət göstərmişdir. Hal-hazırda bununla bağlı heç bir rəsmi sənəd mövcud deyil. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Təcili və X12 Stansiyasının “Şəfa” X4 üzvlərinin adlı siyahısının surətində iddiaçı Ərizəçi adı aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 04 aprel 2017-ci il tarixli məktubunda qeyd edilir ki, Bakı Şəhər Ərazi İdarəsinin arxivində mövcud olan siyahısında Ərizəçi adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Həmçinin qeyd edilir ki, Rəhimova X2 bağçılıq-yoldaşlığı nəzdində Zirə qəsəbəsində 58 nömrəli bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Baş Səhiyyə İdarəsi Bakı Şəhər Təcili və X11 X14 məktubunda qeyd edilib ki, “X7 Birliyi ” 90-cı illərdə mövcud olmuşdur. Hal-hazırda ona aid heç bir hüquqi sənəd mövcud olmadığı üçün cavab verilə bilməz. İş materiallarına Zirə qəsəbəsində olan 16 sahə üzrə bağlarda tikinti işlərinin görülməsinə dair Ərizəçi və digər şəşxslərlə bağlanmış əmək müqaviləsi əlavə olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 və 1.3-cü bəndlərinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin təmin olunmaması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk olaraq məhkəmə qeyd edir ki, ərizəçi öz ərizəsində ona Təcili və X11 Stansiyası “X7 Birliyi” tərəfindən 1990-ci ildə Bakı Şəhəri Zirə qəsəbəsində yerləşən Şəfa bağçılıqyoldaşlıq birliyindən 58 saylı bağ torpağı ayrılması faktının müəyyən edilərək tanınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin olunmasının şəxsin mübahisəli torpaq sahəsini öz adına dövlət qeydiyyatına alacağına zəmin yaradacağı xüsusi nəzərə alınaraq ərizə tam və hərtəfəli araşdırılmalı, ərizəçiyə torpaq sahəsi ayrılması faktını təsdiq edən hansı əsaslı və mötəbər sübutların olduğu müəyyən edilməlidir. Göründüyü kimi, ərizəçi tərəfindən iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş sənədlərdə ərizəçinin tələbini təsdiq edən hər-hansı sübut aşkar edilməmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyini maraqlı şəxslər qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar