Məhkəmə qərarları › İş №2(003)-2382/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2382/2020

29.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2382/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iştirakı və imzası olmadan xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi və elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinin bağlanması bildirişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin may ayında qayınatası X3 bir tanışı əcnəbi şirkətdə bizi işə düzəldəcəyini bildirmiş və onu “Muhammad” adlı İraq vətəndaşı ilə tanış etmişdir. Bu məqsədlə bizdən şəxsiyyət vəsiqəsinin surətini almışdır. Onun və qayınatasının əmək müqaviləsinin bağlanmasından xəbərləri olmamışdır.Cavabdeh şirkətin direktoru X9 Habeeb Hasan bir ay keçməmiş tələsik elə həmin ildə öz ölkəsinə qayıtmışdır. Gedərkən heç kimə şirkətin işləri ilə bağlı səlahiyyət, hər hansı etibarnamə verməmişdir. Hər ikimisilə Cavabdeh ilə əmək müqaviləsinin bağlanması elektron sistemə daxil edildiyi məlum olmamış, hansı vəzifəyə təyin edildiyiklərindən, əmək haqqı və əmək müqaviləsinin digər şərtləri barəsində heç bir məlumatı olmamışdır. Faktiki olaraq heç vaxt cavabdeh şirkətdə işləməmişdir. Bu yaxınlarda yeni doğulan uşağına görə birdəfəlik müavinətin alması ilə bağlı DSMF-yə müraciət etdikdə, ona bildirilmişdir ki, aktiv əmək müqaviləsi olduğundan müavinəti iş yerindən ala bilər. Bundan sonra, Cavabdeh MMC ilə aktiv əmək müqavilələrimizin elektron sistemdə qeydiyyata alındığına əmin olmuşdur. Cavabdeh şirkətin məsul şəxslərini tapmaq heç bir nəticə verməmişdir. E-sosial.az saytından əldə etdiyi məlumata əsasən mənimlə əmək müqaviləsi guya xx.xx.2019-cu il tarixdə 1 il müddətində bağlanmış, əmək müqaviləsi üzrə reklam üzrə mütəxəssis, əmək haqqısı 250 manat göstərilmişdir. Əmək müqaviləsinin bağlanması bildirişi sistemə xx.xx.2019-cu il tarixdə daxil edilmişdir. Həmin əmək müqavilələrin bağlanması bildirişlərinin etibarsız hesab edilməsi barədə rəsmi qaydada Maraqlı şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Həmin idarədən cavabdehə rəsmi məktub göndərilsə də, həmin məktuba cavab verilməmişdir, Buna görə də əmək müqaviləsinə xitam verilməsi bağlı əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməsi üçün cavabdehə və ya etibarsız hesab olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, bir vətəndaş olaraq onun əmək hüquqları pozulmuşdur və pozulmaqda davam edir. Heç bir yerdə əsas iş yeri üzrə rəsmi qaydada əmək müqaviləsi bağlaya bilmir. Çünki, cavabdehlə aktiv əmək müqaviləsi sistemdə gorünür. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərə bildirmişdir ki, Cavabdeh direktoru onu yeni açılacaq xidmət sahəsinə işə götürmək adı ilə şəxsiyyət vəsiqəsini alaraq, əmək müqaviləsi bağlanması olduğunu bildirmiş, daha sonra həmin xidmət sahəsi açılmadığından o, həmin işlə maraqlanmamışdır. O, həmin işdə bir gündə olsun belə işləməmiş, həmçinin qeyd edilən əmək müqaviləsinin mövcudluğundan yeni doğulan uşağına görə birdəfəlik müavinətin alması ilə bağlı DSMF-yə müraciət etdikdə, ona bildirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 bildirdi ki, mübahisələndirilən əmək müqaviləsinin bağlanması bildirişinin etibarsız hesab edilməsi barədə rəsmi qaydada iddiaçı Maraqlı şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Təmsil etdiyi xidmət tərəfindən cavabdehə rəsmi məktub göndərilsə də, həmin məktuba cavab verilməmişdir, Buna görə də əmək müqaviləsinə xitam verilməsi bağlı əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməsi üçün cavabdehə və ya etibarsız hesab olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi kommersiya qurumlarının dövlət reyestri məlumat haqqında elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan sosial arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı qarasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu reklam üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinintabeliyində olan Dövlət X8 elektron müraciətə cavab məktubundan qeyd edilmişdir ki, sığortaedən "Cavabdeh" MMC (SUN: **********2) tərəfindən 2019-cu ilin İİ-İV rübləri və 2020-ci ilin İ-İİ rübləri üzrə "Məcburi dövlət sosial sığortası üzrə hesabat"lar təqdim edilmədiyi üçün müraciətdə adları qeyd edilmiş vətəndaşlar, X4 və İddiaçı həmin dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarının təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Həmin məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələri hesab edilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə iddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı"Cavabdeh" MMC-dəreklam üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavadeh cəmiyyətə müraciət etsə də, əmək müqaviləsinin ləğvi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri işçi ilə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsi ilə tənzimlənir. Müqavilə tərəflərin iradə ifadəsini etiva etdiyi üçün, həmçinin əmək qanunvericiliyində bir başa qeyd edildiyi üçün tərəflər arasında əmək müqaviləsi mövcud olmalı və tərəflərin hüquq və vəzifələri məhz əmək müqaviləsində öz əksini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin ləğv hesab edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar