Məhkəmə qərarları › İş №2(003)-2387/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2387/2024

05.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2387/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun X*6 ilə X2 birgə nikahından xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulmağı, milliyətinin azərbaycanlı olmağı barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşı olaraq şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onu xx.xx.*973-cü il tarixdə doğulmağı qeyd edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnaməm itmişdir. Buna görə də, doğum haqqında akt qeydinin bərpası və təkrarının ona verilməsi mümkün deyildir. Maraqlı şəxs Laçın rayon Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli arayış (imtina) doğum haqqında akt qeydinin aşkar olunmadığını bildirərək müraciətinə müsbət cavab verməmişdir. Cavabda bildirilmişdir ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "X6 X* Sistemi”-dəki xx.xx.2024-cü ilədək daxil olmuş məlumatlar yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları *970- *976-cı illər Laçın rayon Qeydiyyat şöbəsi üzrə ilkin, *974,*980-*986, *988-*990-cı illər bərpa, Laçın rayonu Alxaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi *970-*976-cı illər yoxlanılmışdır. Onun doğum faktı şəxsiyyət vəsiqəsi ilə təsdiqlənmişdir. Lakin hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Bütün bunlara baxmayaraq digər sənədlərdə onun doğum yeri, doğum tarixi, milliyətinin kimliyi, ata və ananın kimliyinə dair məlumatlar vardır. AO 06*8668 saylı hərbi biletində onun xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulmağı, milliyyətinin Azərbaycanlı olmağı göstərilmişdir. Bundan başqa məcburi köçkün vəsiqəsində də *973-cü ildə Laçın rayonunda doğulmağı öz əksini tapmışdır. Həmçinin nikah haqqında şəhadətnamədə, ümumvətəndaş paspotumda doğum tarixi göstərilmişdir. Bundan başqa 02 saylı Bakı şəhəri "ASAN xidmət" Mərkəzində Qeydiyyat şöbəsinin 26.0*.20*8-ci il tarixli 767 saylı arayışından da görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.*973-cü il tarixdə Azərbaycan Respublikası Laçın rayonu, Kamallı kəndində anadan olmuş Ərizəçi ailə tərkibi göstərilmişdir. Həmin arayış "X6" X* sisteminə əsasən tərtib edilmişdir. Bundan başqa ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi atası X*6 24.07.20**-ci il tarixdə vəfat etmiş, anası X7 *2.03.20*2-ci il tarixdə vəfat etmişdirlər. Qeyd edir ki, hüquqi faktın müəyyən edilməsi ona sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət edir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.*973cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulmağım, milliyətinin azərbaycanlı olmasının müəyyən edilməsi, ata qrafasında *937-ci il təvəllüdlü X*6, milliyəti azərbaycanlı, ana qrafasında *942-ci il təvəllüdlü X7, milliyəti azərbaycanlı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulması faktının müəyyən edilməsi, onun adına doğum akt qeydində atasının 0*.07.*938-ci il təvəllüdlü X*6 və anasının 0*.07.*942-ci il təvəllüdlü X7 olmasının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsi X*8 ərizəçinin doğumunu təsdiq edən digər sənədlərlə tanış olmuş, lakin onun doğum akt qeydi Maraqlı şəxs2ndə aşkar edilməmişdir. Ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Onların atası 0*.07.*938-ci il təvəllüdlü X*6 və anası 0*.07.*942-ci il təvəllüdlü X3r və 4 övlad olmuşdurlar. Fəttah xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulmuşdur. Məhkəmədə şahid qismində dindirilən X*3 ifadəsində bildirdi ki, Ərizəçi oğlunun qardaşıdır. Onların atası 0*.07.*938-ci il təvəllüdlü X*6 və anası 0*.07.*942-ci il təvəllüdlü X3r və 4 övlad olmuşdurlar. Fəttah xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi aid AA******* seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “ASAN xidmət” X4 26.0*.20*8-ci il tarixli, 767 nömrəli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.*973-cü il tarixdə Azərbaycan Respublikası Laçın rayonu, Kamallı kəndində anadan olmuş Ərizəçi ooğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X6” X* sistemində həmin şəxsə dair yoxlama 26.0*.20*8-ci ilədək aparılmış və ata X*6 (vəfat edib 24.07.20**), ana X7 (vəfat edib *2.03.20*2), bacı X9- 0*.09.*978, qardaş-X*4-xx.xx.*968, arvad X*-*7.09.*982, uşaq-X**-2*.*2.200*, uşaq X*0xx.xx.2004. İş materiallarında olan AO seriyalı, 06*8668 nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.*973-cü il təvəllüdlü Ərizəçi Laçın rayonu Hərbi Komissarlığı tərəfindən *7.0*.200*-ci il tarixdə hərbi bilet verilmişdir. İş materiallarında olan AA seriyalı, 2*9409 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Dövlətqaçqınkomun 07.03.20*2-ci il tarixli qərarına əsasən 07.03.20*2-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X* ilə xx.xx.2024-cü il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” X*2 rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 67* nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Xasməmmədov”, arvada “Xasməmmədova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X** üzrə Dövlət Komitəsinin 68/*0 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Mərdəkan” düşərgəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 7*76*8 nömrəli, 29.07.20**-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 24.07.20**-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, *3394* nömrəli, 27.03.20*2-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 *2.03.20*2-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Laçın rayonu Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Ərizəçi doğumu haqqında məlumatın müyyən edilməsi məqsədilə “X6” X* sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün X6 üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: Arxiv məlumatları *970-*976-cı illər Laçın rayon qeydiyyat şöbəsi üzrə İlkin, *974,*980-*986,*988-*990-cı illər bərpa. Laçın rayonu Alxaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi *970-*976-ci illər yoxlanılmışdır. İş materiallarında olan AZE seriyalı, C0*2*3*32 nömrəli ümumivətəndaş pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.*973-cü il tarixdə ümumivətəndaş pasportu verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli, 3-*6-*/8-*3- 907 saylı məktubundan görünür ki, X*6 0*.07.*938-ci il tarixdə Laçın rayonu, Kamallı kəndində, X7 0*.07.*942-ci il tarixdə Laçın rayonu, Kamallı kəndində anadan olmuşdur. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası (təkrar verilməsi) üçün qeydiyyat şöbəsinə müraciət etmiş, "Bakı şəhəri üzrə “X6 X* Sistemi”-dəki məlumatlar yoxlanılmış və doğumu haqqında akt qeydi aşkar olunmamış, həmçinin qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpası mümkün olmadığından məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəblərdən ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X6nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X6nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X6nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X6nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X6nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X6nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X6nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulmağı, milliyətinin azərbaycanlı olmasının müəyyən edilməsi, atasının 0*.07.*938-ci il təvəllüdlü X*6, anasının 0*.07.*942-ci il təvəllüdlü X7 olması qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*973-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində doğulması, milliyətinin “azərbaycanlı” olması faktı müəyyən edilsin. Ərizəçi adına doğum akt qeydində atasının 0*.07.*938-ci il təvəllüdlü X*6, anasının 0*.07.*942-ci il təvəllüdlü X7 olması qeyd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar