Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2397/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, X1 vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və İddiaçı1 azyaşlı övladı xx.xx.2007-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında xx xxxxxxxx 1995-ci ildə nikah bağlanmışdır. Birgə nikahdan 4 övladları:xx.xx.1996-cı il təvəllüdlü-İddiaçı4, xx.xx.1998-ci il təvəllüdlü - İddiaçı2, xx.xx.2007-ci il təvəllüdlü - X4 və xx.xx.2001-ci il təvəllüdlü - İddiaçı3 doğulmuşlar. Nikahda olduqları dövrdə cavabdeh daim ailədə zorakılıq və kobud rəftar nümayiş etdirmiş, ailə üzvlərini qorxu və əsarətdə saxlamışdır. Doğma övladlarına qarşı amansız rəftar göstərmiş və onları özündə olan öv tüvəngi ilə öldürəcəyi ilə hədələmişdir. Dəfələrlə ailə üzvlərini evdən qovmuş və ya məişət zoraklığı tətbiq etmişdir. Son zamanlarda isə, cavabdehin bu azğın hərəkətləri daha da ifrat həddə çatmış və onunla bir yerdə yaşamaq həm onun, həm də övladlarının həyatı üçün təhlükəli olmuşdur. Əvvəllər atası sağ olanda müdafiə və sığınacaq yerləri olmuşdur. Atası ölldükdən sonra isə, cavabdeh onlara qarşı qəddar və amansız münasibət göstərməyə başlamışdır. Hətta uşaqları məktəbə belə getməyə icazə verməmişdir. Onun hərəkətləri barəsində polisə şikayət etməyə qorxmuşlar. Öz qohumları, hətta valideyləri belə onunla ünsiyyət qurmaqdan imtina etmişlər. Uşaqları məktəbə buraxmaması və ya digər hallar barədə şikayət etdikdə isə, sahə müvəkkili ilə nəsə razılaşıb hər dəfə məsuliyyətdən kənarda qalmağı bacarmışdır. 2016-cı ildə onun zülm və əsarətindən qaça bilmişlər. Son dövrə kimi ayrı-ayrı qohumlarının evində gizlənmişlər ki, onları tapa bilməsin. Bu müddət ərzində psixiloji cəhətdən də bir qədər özlərinə gələ bilmişlər. Artıq hesab etmişlər ki, yaranmış bu vəziyyət hüquqi həllini tapmalı və onların hüquqları da müdafiə olunmalıdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, 1995-ci ildə ailə qurduqdan sonra, cavabdehin hazırda yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi 82 ünvanına gəlin köçmüşdür. Həmin vaxt orada balaca həyət evi var idi cəmi 1 otaqdan ibarət. Nikahda olduqları müddətdə cavabdeh onun atasına məxsus daş karyerində işləyə-işləyə evi tikib böyütməyə başlamışdır. Hazırda ev 8 otaqlı tam təmirli evdir. Qeyd olunan ev 0.25 ha torpaq sahəsində yerləşir və cavabdeh onları oradan didərgin salaraq həmin evdə təkbaşına yaşayır. Nikahda olduqları bu müddətdə həmçinin həmin torpaq sahəsində (həyətdə) əlavə mətbəx, sanitar qovşağı və 2 ədəd qaraj tikmişlər. Tikili hazırda boş olaraq qalır. Bundan əlavə, cavabdeh böyük oğlu İddiaçı4 adına da qeyd olunan ünvanda, yəni, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi 82-də yerləşən torpaq sahəsi ilə üz-üzə 3 mərtəbəli mansarlı ev inşa etmişdir. Evin damı qoyulmuşdur, lakin içində təmir işləri aparılmamışdır. Tikili 0.75 ha torpaq sahəsində yerləşir. Bütün bu inşaat tikinti işləri onların nikahda olduqları müddətdə cavabdeh tərəfindən ailə büdcələri hesabına aparılmışdır. Hazırda o, 4 uşaqla evsiz-eşiksiz qalmışdır. Hesab etmişdir ki, qüvvədə olan mülki və ailə qanunvericiliyinə əsasən, həmin tikililər birgə nikah dövründə ailə büdcəsi hesabına inşa edildiyi üçün cavabdehin tək orada yaşaması, onun isə 4 övladı ilə bərabər orda-burda sığınacaq axtarması ədalətli və qanuni deyil. Odur ki, onun və övladlarının həmin evə köçürülərək cavabdehlə bərabər hüquqlarının tanınması və onların da yaşayış sahəsi ilə təmin olunmaları zəruridir. Eyni zamanda məhkəmədən onların hələ də cavabdehin ailə üzvləri olmalarının, həmin evdə qeydiyyatda olmalarını nəzərə alınmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı4 məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini nəzərə alaraq məhkəmə iclasının onların iştirakı olmdan keçirilməklə iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianın təmin olunmasını xahiş eti və izahatında bildirdi ki, iddiaçılar cavabdeh tərəfindən şiddətə məruz qalmaqla başqa evdə kirayədə yaşayırlar. Evin tikintisində iddiaçılarda iştirak etmişlər onların həmin evdə yaşamaq hüquqları vardır. Məhkəmə iclasında Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməklə iddia tələbini etiraf etdi və izahatında bildirdi ki, iddiaçıların ona məxsus ünvan 2 ünvanda yerləşən evə köçürülmələrinə etiraz etmir. Lakin, evin satılmasına razılıq vermir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.1995-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçı1dır. Məhkəmə iclasında müəyyən olundu ki, digər iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh ilə İddiaçı1 birgə övladlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ünvan 1 ünvanda yerləşən ev özbaşına tikilidir, Cavabdeh mübahisəli evdə qeydiyyatda olsada da, ev onun adına, o cümlədən iddiaçının adına rəsmi sənədlə qeydiyyatdan keçməmişdir. İddiaçı1 1995-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ünvan 1 ünvanında yerləşən mübahisəli evə köçərkən özünə məxsus cehiz əmlaklarını da gətirmişdir və həmin əmlaklar hazırki vaxta kimi həmin evdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli ev özbaşına tikili olduğu üçün və cavabdehin adına rəsmi reyestrdə qeydə alınmadığı üçün onun həmin evə dair sərəncam vermək hüququ yoxdur. İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 isə həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə göstərilən nəticəyə gələrkən xx.xx.2007-ci il təvəllüdlü X3 da qanunla qorunan mənafelərini nəzərə alır. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 20-ci maddəsinin birinci abzasına görə, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı1 iddia tələbi təmin edilməli, İddiaçı1 oğlu xx.xx.2007-ci il təvəllüdlü X4 ilə birlikdə eləcə də İddiaçı4, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən mübahisəli evə (özbaşına tikiliyə) köçürülməlidirlər. Məhkəmə araşdırması zamanı təsdiq olunduğu kimi qanunvericiliklə bunun üçün müəyyən olunmuş razılaşdırmalar və icazələr alınmadan inşa edildiyindən, eləcə də daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən iddiaçıların yaşayış sahəsinə istifadə hüquqlarının tanınması tələb etdikləri ev hal-hazırda özbaşına tikili hesab olunur. Mübahisəli ev özbaşına tikili olduğundan həmin evə dair iddiaçıların qanunla qorunan yaşayış sahəsindən istifadə hüquqları yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə yaşayış yeri kimi istifadə hüquqlarının tanınmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməzlər. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçıların özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını tələb etmək hüquqları mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli İddiaçı1 yetkinlik yaşına çatmayan oğlu xx.xx.2007-ci il təvəllüdlü X4 ilə birlikdə, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı1 yetkinlik yaşına çatmayan oğlu xx.xx.2007-ci il təvəllüdlü X4 ilə birlikdə, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2397/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2397/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver