Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-24/2020 11.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməklə cavabdehlərin oradan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməklə cavabdehin oradan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu ərazisində Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olmuş Hövsan Südçülük sovxozu direktorunun xx xxxxxx 1998-ci il tarixli, 28 saylı Əmri ilə X2 ayrılmış sənəd üzrə 0.12, faktiki naturada 0.08 ha torpaq sahəsində Cavabdeh qanunsuz apardığı tikinti işləri ilə bağlı hərəkətlərinin qanunsuz hesab ediiməsi, həmin torpaq sahəsindən Cavabdeh çıxarılması, cavabdehin inşa etdiyi qanunsuz tikililərin sökülməsi və 0.08 ha torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X3 iddiaçının razılığı ilə cavabdeh qismində işdə iştirak etməyə cəlb edilmişdir. İddia ərizəsinə məhkəmə baxışı bir neçə dəfə müxtəlif tarixlərə, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixə, xx xxxxxxxx 2020-ci il tarixə və xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, lakin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflərin məhkəməyə gəlmədiklərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməklə cavabdehlərin oradan çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №2(003)-24/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-24/2020
11.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver