Məhkəmə qərarları › İş №2(003)-24/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-24/2025

01.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-24/2025 01.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-748 saylı sahə ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, Cavabdeh həmin torpaq sahəsindən məcburi çıxarılması və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində inşa olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 mart 2008-ci il tarixli, AN-İ ******* sayll alqı satqı müqaviləsi ilə ünvan 2 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Məlumat üçün qeyd etmişdir ki, adıkeçən torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və ******* saylı çıxarış verilmşdir. Qeyd etmişdir ki, torpaq sahəsini aldıqdan sonra tərəflərindən hasarlama işləri həyata keçirilmişdir. Torpaq sahəsini hasarladıqdan sonra bir müddət sözü gedən torpaq sahəsindən istifadə etmək imaknı olmamışdır. Sonradan yəni 2021-ci il tarixdə sözü gedən torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, torpaq sahəsinin üzərində qanunsuz olaraq müxtəlif tikinti işləri aparılmış, fərdi yaşayış evi inşa olunmuşdur. Məsələni yerində araşdırmaq istəsədə heç bir nəticə verməmişdir. Belə ki, sözü gedən torpaq sahəsində qanunsuz tikililər tikmiş Cavabdeh ona məlumat vermədən sözügedən ərazini zəbt edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində qanunsuz tikililər aparmışdır. Bununla da cavabdeh onun öz mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneçilik törədərək onun mülkiyyət hüquqları pozmuşdur. Qeyd olunanlara əsasən ərizə ilə Xəzər RPİ-ə müracət edərək mülkiyyətində olan torpaq sahəsinin zəbt olunaraq üzərində qanunsuz tikililər aparılması haqqında məlumat vermişdır. Müraciəti əsasında 05 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Elgün Zülfiqarov tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi, bununla əlaqədar cavabdeh tərəfindən heç bir sənədin təqdim edilmədiyi və üzərində qanunsuz tikililər aparıldığı qeyd olunmuşdur. Eyni zamanda, müraciətim mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respubilikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Azərbaycan Respublikası Konstitusiyasının 29.4-ci maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi. başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.İnsan hüquqları haqqında Ümumi Bəyənnamə-nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitsiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumibəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə içtimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır.Məhkəmələr nəinki konkret məhkəmə araşdırılmasında işdirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olınalıdır.Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarından Akimova Azərbaycana qarşı 27 sentiyabr 2007-ci İR Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı bunu belə ifadə etmişdir: Ədalət mühakiməsi həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyində aydın görünməlidir.Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-748 saylı sahə ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, Cavabdeh həmin torpaq sahəsindən məcburi çıxarılması və ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində inşa olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon Mərdəkan qəsəbəsindəki M-748 saylı 0.12 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan 14 mart 2008-ci il tarixli, AN-İ№ ******* saylı “Alqı-Satqı” müqaviləsindən görünür ki, Mərdəkan qəsəbəsi,M-748 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi Nəsibova Saray tərəfindən 10.044 manata İddiaçı satılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyul 2022-ci il tarixli qərarın surətindən görünür ki, sözü gedən torpaq sahəsində qanunsuz tikililər tikmiş Cavabdeh ona məlumat vermədən sözügedən ərazini zəbt edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində qanunsuz tikililər aparmışdır. Bununla da cavabdeh onun öz mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneçilik törədərək onun mülkiyyət hüquqları pozulduğu üçün ərizə ilə Xəzər RPİ-ə müracət edərək mülkiyyətində olan torpaq sahəsinin zəbt olunaraq üzərində qanunsuz tikililər aparılması haqqında məlumat vermiş və müraciəti əsasında 05 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Elgün Zülfiqarov tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2007-ci il tarixdə 3812 nömrə ilə uçota alınmış 021591 nömrəli torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması qət olunmuşdur. xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli etibarnamələrdən görünür ki, X4 Kamilə, Şükürov Kamil isə Musayev Müşfiqə etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisinin sorğuya cavabından görünür ki, xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli etibarnamənin notariat ofisinin notariat arxivində olan nüsxəsi aşkar edilməmişdir. İş materiallarında olan Əzizbəyov rayon İcra hakimiyyəti başçısının 29 dekabr 1821/2 saylı sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi,M-748 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi Nəsibova Saraydan öz xahişi ilə geri alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan, MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon Mərdəkan qəsəbəsindəki M-748 saylı 0.12 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmündən görünür ki, X3 CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinmiş və məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə cəzanın təyin edilməməsi qət edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, X3 CM-in 320.1-ci maddəsinə əsasən 500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Məmməd Cəfərov tərəfindən sözü gedən torpaq sahəsində qanunsuz tikililər tikmiş Cavabdeh ona məlumat vermədən sözügedən ərazini zəbt edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində qanunsuz tikililər aparmışdır. Bununla da cavabdeh onun öz mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneçilik törədərək onun mülkiyyət hüquqları pozulmuşdur. Ərizənin sonunda dələduzluq faktlarının mövcud olduğunu və alqı-satqı müqaviləsinin kobud qanun pozuntuları ilə baş tutduğunu bu barədə mötəbər sübutlar və rəsmi sənədlərin mövcud olduğunu bildirmiş və araşdırma aparılaraq müvafiq tədbirlər görülməsi xahiş edilsədə toplanmış material üzr cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə **********46 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətindədir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3888 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə **********46 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(003)-2661/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, 14 mart 2008-ci il tarixli, AN- İ№ ******* saylı, X2 və İddiaçı arasında bağlanmış “Alqı-Satqı” müqaviləsi etibarsız hesab olunmuşdur. 14 mart 2008-ci il tarixli, AN-İ№ ******* saylı “Alqı-Satqı” müqaviləsi əsasında xx.xx.2008-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan MH seriyalı, ******* nömrəli İddiaçı adına olan Çıxarış ləğv edilmiş, xx.xx.2007-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan, MH seriyalı, ******* nömrəli, X1 adına olan Çıxarış ləğv edilmiş, X2 tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından aydın olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(003)-2661/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə İddiaçı ərizəsi rədd edilmiş, həmin qərardaddan verilmiş kassasiya şikayəti qaytarılmışdır. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair» tələbinə dair qarşılıqlı iddiasına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli torpsaq sahəsinə dair İddiaçı adına qeydiyyatdan keçmiş ******* nömrəli çıxarış qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir. Bununla da iddiaçı mübahisəli torpaq sahəsinə olan mülkiyyət hüquqularını itirmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək iddia qaldırmışdır. Lakin, məhkəmə araşdırması zamanı göstərilən hal öz təsdiqini tapmamış, cavabdehin inşa etdiyi tikilinin onun hüquq və mənafeyinə hər-hansı qaydada toxunmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-49.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar