Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2402/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə özünün X6 ilə X* birgə nikahından xx xxxx *958-ci il tarixində Ermənistan SSR-i, Ararat (Vedi) rayonunun Şirazlı kəndində doğulması və milliyətinin azərbaycanlı olması barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx *958-ci il tarixdə Ermənistan SSR-i, Ararat rayonunda doğulmuş, *988-ci ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış, ona Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş, həmin şəxsiyyət vəsiqəsində onun xx xxxx *958-ci il tarixdə Ermənistan SSR-i, Ararat rayonunda doğulması, milliyətinin Azərbaycanlı olması, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X*4 ünvanında qeydiyyatda olması qeyd edilmiş, doğum faktı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunmuş, həmin vaxtı doğum haqqında şəhadətnaməsi olmuş, həmçinin hərbi biletində milliyətinin azərbaycanlı olması, evlənmək haqqında şəhadətnamədə doğum tarixi göstərilmiş, doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmiş və buna görə doğum haqqında akt qeydinin bərpası və ona yenidən doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizədə həmçinin qeyd edilir ki, Milli Arxiv idarəsinə və Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmiş, lakin ona imtina edilərək bildirilmişdir ki, qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Proses iştirakçıların izahatları:
3. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında bildirmişdir ki, doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itib, onu almaq istəyir ki, gələcəkdə uşaqları əziyyət çəkməsin (ancaq əvvəlki iclasda verdiyi izahatda o, bu sənədin rayonda torpaqla bağlı sənədləşmə işlərinin aparılması üçün lazım olduğunu bildirmişdir). O, nikah haqqında şəhadətnaməsinin də itdiyini, həmin şəhadətnamənin təkrar alınması üçün Ermənsitan Respublikasına sorğu verdiyini və həmin şəhadətnamənin dublikatının ona göndərildiyini, doğum haqqında şəhadətnaməsinin verilməsi üçün isə sorğu vermədiyini qeyd etmişdir. O, həmçinin sənədlərdəki ziddiyyətlərlə bağlı bildirmişdir ki, əslində 02.06.*958-ci il tarixində doğulmuşdur, ancaq ona SSRİ dövründə verilən pasportda təvəllüdü səhvən xx.xx.*958-ci il tarix yazıldığı üçün şəxsiyyət vəsiqəsində də təvəllüdü (vəsiqə alarkən “02.06.*958-ci il” yazılmasını xahiş etməyinə baxmayaraq) pasportda göstərilən tarix (xx.xx.*958) qeyd olunmuşdur. Eləcə də, ərizəçi sübut kimi məhkəməyə təqdim etdiyi müxtəlif sənədlərdə ata babasının və ana babasının adlarının fərqli qeyd olunmasına münasibətdə qeyd etmişdir ki, atasının ata (baba) adı əslində “Məhərrəm” yox, “Məhərləm”dir (ona görə kiçik qardaşına da “Məhərləm” adı verilib), anasının ata adı isə əslində “İsrafil” yox, “Əsrafıl”dır, ancaq sənədlərdə hansı səbəbdən fərqli yazıldığını bilmir. Habelə, məhkəmənin baxış iclasının məhz şahidlərin dinlənilməsi üçün təxirə salınmasına baxmayaraq onların təkrarən iclasa gəlməməklərinin səbəbi ilə bağlı ərizəçi izahatında, bacısı X3 yaşlı olduğu və rayonda yaşadığı, qardaşı X** isə işdən icazə ala bilmədyi üçün gələ bilmədiklərini, bu səbəbdən şahid qismində izahat verə bilməyəcəklərini göstərmişdir.
4. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Ərizəçi məxsus AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun doğum tarixi xx.xx.*958-ci il, doğum yeri Ermənistan, Ararat rayonudur. (səh. 7)
6. Ərizəçi məxsus НЗ 344852* seriya və nömrəli hərbi biletin surətindən görünür ki, onun doğum tarixi 02.06.*958-ci ildir. (səh. 8)
7. Nikah haqqında İİ-СЛ 45499* saylı şəhadətnaməni surətindən görünür ki, Ərizəçi təvəllüdü 02.06.*958-ci ildir. (səh. *2)
8. X*3 məxsus 40845* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun atası X*6 (Магарлам) oğlu, anası X4r. (səh. *0)
9. X7 məxsus 8094*9 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun atası X2, anası X5r. (səh. **) 10.Ölüm haqqında AZ-İ 98955* seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 0*.03.20*9-cu il tarixində vəfat etmişdir. (səh. *4)
11. Maraqlı şəxs tərəfindən Ərizəçin ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-674 saylı məktubdan görünür ki, qeydiyyat informasiya sistemində onun doğumu haqqında akt qeydi aşkar olunmamış, ona görə müraciətinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. (səh. *5)
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 12.307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 13.307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 14.308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 15.*3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 16.*4-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 17.*6-cı bəndinə əsasən, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının 18.*.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 19.*.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 3*0.*-ci maddəsi). 20.4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum ... faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun ... qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 21.4.*-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun ... qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum ... haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməməlidir.
23. Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilən sübutlar müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq etmək üçün kifayət etmir, mövcud sübutlar isə ziddiyətli olmaqla mötəbər, şübhədənkənar, təkzibedilməzlik meyarlarına cavab vermir. Məhkəmə tərəfindən ərizəçiyə zəruri əlavə sübutların təqdim olunması təklif edilsə də (o cümlədən, şahidlərin gətirilməsi üçün məhkəmənin baxış iclası təxirə salınsa da) onun tərəfindən hər hansı əlavə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hər bir tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı olduğu barədə prosessual qanunvericiliyin tələbini rəhbər tutaraq mövcud sübutlar əsasında ərizəni qiymətləndirməyi zəruri hesab edir. 24.Belə ki, ərizəçi özünün X6 ilə X* birgə nikahından xx xxxx *958-ci il tarixində Ermənistan SSR-i, Ararat (Vedi) rayonunun Şirazlı kəndində doğulması və milliyətinin azərbaycanlı olması barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, fakt kimi müəyyən olunmasını istədiyi məlumatlar təqdim etdiyi sənədlərlə təsdiq olunmur və ərizəçi özü də məhkəmə iclasında verdiyi izahatında əslində müəyyən olunmasını istədiyi faktların əslində həqiqətə uyğun olmadığını etiraf etmişdir. 25.Əvvəla, ərizəçinin “xx xxxx *958-ci il tarixində” doğulması faktına münasibətdə məhkəmə qeyd edir ki, Ərizəçi doğum tarixi məhkəməyə sübut qismində təqdim edilən şəxsiyyət vəsiqəsində xx.xx.*958-ci il, hərbi biletdə və nikah haqqında şəhadətnamədə isə 02.06.*958-ci il olaraq qeyd edilmişdir. (§ 5-7) Habelə, ərizəçi də izahatında əslində 02.06.*958-ci il tarixində doğulduğunu, ancaq ona SSRİ dövründə verilən pasportda təvəllüdünün səhvən xx.xx.*958-ci il tarix yazıldığı üçün şəxsiyyət vəsiqəsində də təvəllüdünün (vəsiqə alarkən “02.06.*958-ci il” yazılmasını xahiş etməyinə baxmayaraq) pasportda göstərilən tarix (xx.xx.*958) qeyd olunduğunu qeyd etmişdir. (§ 3) Göründüyü kimi ərizəçinin doğum tarixi kimi müəyyən edilməsini istədiyi tarix sənədlərdəki tarixlərlə ziddiyət təşkil edir və sübuta yetirilmir. Belə olan halda müvafiq tarixin məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyən edilməsi mümkün deyil.
26. Ərizəçinin “onun X6 ilə X* birgə nikahından doğulması faktına” münasibətdə məhkəmə qeyd edir ki, ərizəçinin məhkəməyə sübut kimi təqdim etdiyi X*3 məxsus doğum haqqında şəhadətnamədə onun ata adı “X*6 (Магарлам)” oğlu, ana adı “X9”; X7 məxsus doğum haqqında şəhadətnamədə onun ata adı “X2”, ana adı “X*0”; ölüm haqqında şəhadətnamədə şəxsin adı “X8” olaraq qeyd edilmişdir. (§ 8-*0) Habelə, ərizəçi də izahatında atasının ata (baba) adının əslində “Məhərrəm” yox, “Məhərləm”, anasının ata adının isə əslində “İsrafil” yox, “Əsrafil” oduğunu bildirmişdir. (§ 3) Göründüyü kimi ərizəçinin fakt olaraq ata və ana adı kimi müəyyən olunmasını istədiyi məlumatlar da sənədlərdəki məlumatlarla eynilik təşkil etmir. Belə olan halda müvafiq adların da məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyən edilməsi mümkün deyil. 27.Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi bir izahatında müvafiq faktın müəyyən edilməsinin ona rayonda torpaqla bağlı sənədləşmə işlərinin aparılması üçün, digər izahatında isə sadəcə gələcəkdə uşaqlarının əziyyət çəkməməsi üçün lazım olduğuna dair ziddiyətli fikir bildirmiş və hər hansı təsdiqedici sübut təqdim etməmişdir. Eləcə də, o, izahatında nikah haqqında şəhadətnaməsinin də itdiyini, həmin şəhadətnamənin təkrar alınması üçün Ermənsitan Respublikasına sorğu verdiyini və həmin şəhadətnamənin dublikatının ona göndərildiyini, lakin doğum haqqında şəhadətnaməsinin verilməsi üçün sorğu vermədiyini bildirmişdir. (§ 3) Bununla da ərizəçi müvafiq faktın müəyyən edilməsinin ona hansı məqsəd üçün lazım olduğu və həmin sənədi başqa qaydada əldə edə bilməməsi barədə məhkəməyə əsaslı, şübhədənkənar sübut təqdim etmişdir. 28.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - *4.2-ci maddəsinə əsasə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 2*8.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 29.Beləliklə, məhkəmə ərizəyə tələb həddində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizəçi Bakı şəhəri Xəzər rayonu qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov