Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2407/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçınun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14500 manat məbləğində pulun və ödənilmiş 134 manat dövlət rüsumunu əvəzinin onun xeyirnə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabr ayında tərəfindən əvəllər tanıdığı Cavabdeh satması üçün öz aralarında razılaşaraq ayrı-ayrı vaxtlarda ümumilikdə 38000 manat dəyərində qızı-zinət əşyası vermişdir. Cavabdeh hissə-hissə həmin pulun 23.500 manatını qaytarmış, 14500 manat borclu qalmışdır. Tərəfindən Xətai RPİ-nin 34-cü polis şöbəsinə müraciət edilmiş, polis şöbəsində izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, ondan 38000 manatlıq qızıl-zinət əşyası almış, hissə-hissə olmaqla 18000 manat ödəmiş, 19425 manat borclu qalmışdır. Xətai RPİ-nin 34-cü polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Fərid Abbasovun 06 fevral 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərarın surəti iddia ərizəsinə əlavə olunmuşdur. Hal-hazıradək dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən hissə-hissə pul ödənilmiş, 14500 manat borc qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 20000 manat pulun və ödənilmiş 134 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında verdiyi qızılların qramının qiyməti 47 manat olmuş, hazırda isə 65 manatdır. 14500 manata 308 qram qızıl almaq olar. Hazırda isə 308 qram qızıl 65 manatdan 20000 manat edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, onun qardaşı zərgərdir və pandemiya vaxtında iş olmadığından ona kömək etmişdir. Qızılların şəklini telefonunda paylaşmışdır. Özü dietoloqdur və cavabdeh ona arıqlamaq üçün müraciət etmiş və bu səbəbdən aralarında münasibət yaranmışdır. Cavabdeh əvvəl ondan qızıllar almış və satıb pulunu qaytarmışdır. Sonra isə cavabdeh onu aldadaraq briliyant komplektlər götürmüş, lakin pulunu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Fərid Abbasov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, təhqiqat müddətində izahatı alınmış Cavabdeh vəkili X1 iştirakı ilə izahat verərək bldirmişdir ki, əvvəllər tanıdığı İddiaçı ilə aralarında razılaşaraq ondan bir neçə dəfə umumi dəyəri 38000 manat olan qızıl-zinət əşyalarını satıb, pulunu qaytaracağı barədə razılaşmışlar. Müxtəlif vaxtlarda İddiaçı nisyə götürdüyü qızıl-zinət əşyalarını sataraq pulunu hissə-hissə, ümumilkdə 18000 manatını qaytarmış, lakin sonradan qalıq olaraq ona 19425 manat borcu qalmışdır. Cavabdeh qızılzinət əşyalarını bir neçə ayrı-ayrı şəxslərə satıb pulunu ala bilmədiyini, alacağı təqdirdə yaxın müddətdə Cavabdeh olan borcunu ödəyəcəyini bildirmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 134 manat dövlət rüsumu ödənilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 17 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə nisyə olaraq qızıl-zinət əşyaları satılmış və bu barədə aralarında yazılı qaydada müqavilə mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh qızıl-zinət əşyalarının nisyə satıldığı müəyyən olunduğundan, lakin bu barədə onlar arasında müvafiq alqı-satqı müqaviləsi bağlanmadığından, alınmış qızılzinət əşyaların isə dəyəri iddiaçıya qaytarılmadığından Cavabdeh əsassız varlanmış şəxs hesab edilməklə əldə etdiyini iddiaçıya qaytarmalıdır. İddiaçı cavabdehə verilmiş qızılların qramını 308 qram təşkil etməsi əsaslanmaqla hazırda dəyərinin 20000 manat məbləğində olması səbəbindən həmin pul məbləğini cavabdehdən tələb etsə də, tərəfindən satılmış qızılların meyarı, növü və s. hallar ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Lakin işin hallarından görünür ki, iddiaçıdan alınmış qızıllara görə cavabdehin ona 19425 manat borcu qalmış, həmin borcdan ödənişlər apardığına görə isə hazırda borc 14500 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14500 manat və ödənilmiş dövlət rüsumuna görə 134 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14500 manat və ödənilmiş dövlət rüsumuna görə 134 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2407/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2407/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver