Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-241/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və süni yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 21170 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 qızıdır. Onun anası vəfat etdikdən sonra atası Cavabdeh1 Cavabdeh2 ilə ailə həyatı qurmuşdur. Hazırki iddia ərizəsi ilə o, məhkəməyə müraciət edərək qeydiyyatda olduğu doğulub boya-başa çatdığı, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülüb orada yaşamaqdır. X9 bir neçə ildir ki, onun atasına məxsus və doğulduğu yaşadığı, qeydiyyatda olduğu fərdi yaşayış evində yaşamasına süni maneələr yaradır, əsassız tələblər irəli sürərək onun yaşamasına əngəl olmaqdadır. O, məcburiyyət qarşısında qalaraq bu kimi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və süni yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfdən verilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh1 Məhəmməd oğlu, anası X2r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31.01.2018-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(003)-22/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdehlər İddiaçı, X4, X5, X1 ilk iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilmələri, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X4, X7, X1 qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı kompensasiyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmişdir. Həmçinin qətnamə İddiaçı, X4, X5, X1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)-1284/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(003)-22/2020 saylı qətnaməsi qismən yəni “X4, X5 və X1 ilk iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində ləğv edilməklə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdehlər X6, X8 və X3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər İddiaçı, X4, X5 və X1 qızının Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi hissəsində ləğv edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)- 1284/2021 saylı qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)-1284/2021 saylı qətnaməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(003)-22/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda İddiaçı mübahisələndirilən evə istifadə hüquqları mövcud olmadığından həmin evə köçürülməsi barədə idia tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və süni yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-241/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-241/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver