Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-241/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5100 manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödədiyi 30 manat və hüquqi xidmət kimi ödədiyi 50 manat, cəmi 5180 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. Cavabdeh 24 avqust 2020-ci ildə onun etibarından sui-istifadə edərək ondan 5100 manat miqdarında pul almış və bu pulun müqabilində onun yaşadığı ünvandakı evin və torpaq sahəsinin kupçasını (çıxarışını) lazımi sənədləşmə aparmaqla hazırlayıb ona verəcəyini, əgər bu pulun müqabilində o, bu sənədlərin nəticəsi olaraq evin və torpaq sahəsinin kupçasını (çıxarışını) hazırlayıb ona verməsə qanunla məsuliyyət daşıyacagını bildirmişdir. Lakin pulu verdiyi vaxtdan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən işi yerinə yetirməmiş və yetirməkdən də qəti olaraq imtina edir. Buna görə də o, 102 qaynar xəttinə rəsmi qaydada müraciət etmişdir, ona cavab verilmişdir ki, hazırki mübahisə borcla baglı oldugu üçün məhkəməyə müraciət etməlidir. Odur ki, o, pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuş və inanmışdır ki , məhkəmə cavabdehin ondan sui-istifadə yolu ilə aldıgı 5100 manat miqdarında pulunun, dövlət rüsumu kimi ödədiyi 30 manat və hüquqi xidmətə görə ödədiyi 50 manat pulun, cəmisi 5180 manat pulun cavabdehdən alınaraq onaverilməsi barədə qətnamə çıxaracaqdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4600 manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödədiyi 30 manat və hüquqi xidmət kimi ödədiyi 50 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iddiaya etirazla məhkəməyə müraciət edərək iddia tələbini qismən etiraf etməklə bildirmişdir ki, o, iddiaçıdan 3000 manat borc pul almışdır. Həmin puldan 1500 manatını iddiaçının özünün və oun dediyi şəxslərin kartlarına müxtəlif vaxtlarda ödənişlər etməklə qaytarmışdır və hazırda iddiaçıya cəmi 1500 manat borcu vardır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən imza edilmiş 24.08.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh qızı İddiaçı həqiqən də 24.48.2020-ci il tarixdə ondan 5100 manat nəğd şəkildə pul almış, ona görə ki, onun yaşadığı ünvandakı evin və torpaq sahəsinin kupçasını (çıxarışını) lazımı sənədləşmə aparmaqla hazırlayıb ona verəcəkdir. Əgər bu pulun müqabilidə o, bu sənədlərin nəticəsi olaraq evin və torpaq sahəsinin kupçasını (çıxarışını) hazırlayıb ona verməsəm qanunla məsuliyyət daşıyır. İş materiallarında olan poçt göndərişindən görünür ki, Cavabdeh 22.11.2021-ci il tarixdə İddiaçı hesabına 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 5100 manat pulun cavabdehə verilməsinə dair qəbzin mövcudluğu iddiaçının pul tələb etməsinə əsas verir. Eyni zamanda cavabdeh məhkəməyə ünvanladığı etirazında aralarında pulun alınması ilə bağlı halı təsdiqləmiş, lakin 5100 manat deyil, 3000 manat olmasını bildirsə də, buna dair bu halı təsdiqləyən sübut tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşin araşdərması zamanı müəyyən edilmişdir ki, sonradan 500 manat ödəniş edilməklə qalan məbləğ 4600 manat qalmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçıdan aldığı ona qaytarılmayan 4600 manat pul məbləğini ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 50 manat xərcin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələbə dair sübut təqdim edilmədiyindən iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4600 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4600 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-241/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-241/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver