Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-241/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 155 N-li əmrinin ləğv edilməsinə və onun işə bərpa edilməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə bağlanmış 23 sentyabr 2021-ci il tarixli 250 saylı əmək müqaviləsinə 13 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Cavabdeh maliyyə xidmətinin mühasibi İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi) əsasən 13 iyun 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilsin. İddiaçı, son haqq-hesabı, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta əmək haqqının 1:4 misli miqdarında müavinət ödənilsin. İddiaçı Cavabdeh ilə 2007-ci ildən etibarən əməkdaşlıq edir. İlk dəfə xx.xx.2007-ci il tarixli 96 nömrəli Əmək müqaviləsi ilə adıçəkilən hərbi hissənin şəxsi heyət bölməsində mühasib vəzifəsində işə başlamış, xx.xx.2014-cü il tarixli 68 saylı əlavə razılaşma müqaviləsi əsasında maliyyə xidmətinin mühasibi vəzifəsində işinə davam etmişdir. xx.xx.2019-cu il tarixli 132 nömrəli əmək müqaviləsi ilə Qala Hərbi Şəhərcik üzrə qazanxana operatoru vəzifəsinə keçirilmişdir.xx.xx.2019-cu il tarixli 288 saylı əmək müqaviləsinə əsasən işinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli 2 saylı əmək müqaviləsi ilə mənzil istismar xidmətinin qazanxana operatoru vəzifəsinə keçirilmişdir. Yekun olaraq xx.xx.2021-ci ildə tarixində xx.xx.2021-ci il tarixli 250 saylı əmək müqaviləsinə əsasən o maliyyə xidmətinin müsahibi vəzifəşinə əsas iş yeri olmaqla təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 155 saylı əmək müqaviləsinə əsasən işinə xitam verilmişdir. Lakin qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, işdən çıxarılan zaman ona bu barədə qanunvericilikdə xəbərdarlıq edilmiş, toplantıya dəvət edilməmişdir. Cavabdeh qurumun belə hərəkəti qanunaziddir və ona görə də əmr ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və bildirdi ki, iddiaçının işdən çıxarılması barədə əmri qanunvericiliyin tələbləri pozularaq verilmişdir, buna görə də əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyib əlavə olaraq bildirdi ki, iddiaçıya işdən çıxarılma barədə məlumat verilmiş, iddiaçı mülki işçi olduğu üçün hərbi işçi sayılmır və Həmkarlar İttifaqının üzvüdür. Həmkarlar İttifaqına qabaqcadan yazılı müraciət edilməmişdir. Hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Komandirinin 308 saylı xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh ixtisara düşmüş hərbi qulluqçuların və mülki işçilərin qiymətləndirilməsi və obyektiv seçimin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə komissiya yaradılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş təşkilatı-ştat tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar mülki işçilərin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli 4292 saylı aktın sürətindən görünür ki, İddiaçı bacarığı və peşəkarlıq səviyyəsi zəifdir, ali təhsili olmasına baxmayaraq öz üzərində çalışmır və verilən tapşırıqları gec yerinə yetirir, həyat yoldaşı hərbi hissədə işləyir və işdən əlavə də gəlir mənbəyi var, fərdi evi və şəxsi avtomobili var deyə dəyərləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 155 saylı əmrin sürətindən görünür ki, maliyyə xidmətinin mühasibi İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) əsasən 13 iyun 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və İddiaçı, son haqq-hesabı, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta əmək haqqının 1,4 misli miqdarında müavinət ödənilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının sürətindən görünür ki, İddiaçı Cavabdehsində xx.xx.2021-ci il tarixli 250 saylı əmrlə qazanxana operatoru maliyyə xidmətinin mühasibi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 155 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Komandirinin 742 saylı xx.xx.2023-cü il tarixli Ştat ixtisarı ilə əlaqədar xəbərdarlıq müddəti əvəzi pul kompensasiyasının ödənilməsi barədə əmrin sürətindən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023 -cü il tarixli 085 nömrəli əmrinə əsasən, 24 may 2023-cü il tarixində aşağıda adları göstərilən mülki işçilər ştat ixtisarı ilə əlaqədar məlumatlandırılmışdır. Həmin mülki işçilərə Azərbaycan Respublikasın Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsaslanaraq həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stafından asılı olaraq nəzərdə tutulmuş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib azaldılaraq pul kompensasiyası ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ali təhsil haqqında A №051113 saylı diplomun sürətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət İqtisad İnstitutunun ümumi iqtisadiyyat – mühasibat uçotu və audit ixtisası üzrə təhsil alıb. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdehsində qazanxana operatoru maliyyə xidmətinin mühasibi vəzifəsində işləmişdir. İddiaçıin işçilər ştat ixtisarı ilə əlaqədar cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Qeyd edilən Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsi ilə)] qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hala şamil olunmur. ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84, hissə 1, 2). Qanunun qeyd olunan maddəsindən göründüyü kimi, iddiaçı həmkarlar ittifaqının üzvü olduğuna görə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən zaman müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmalı idi. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ixtisarı aparılması ilə bağlı işçiyə işəgötürən tərəfindən əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməzdən azı 2 ay əvvəl ixtisarın dairəsinə düşən işçiyə rəsmi yazılı xəbərdarlıq verilməlidir. Həmin xəbərdarlıqda, aparılmış islahatların səbəbi, zəruriyyəti, əsası işçinin işlədiyi vəzifə və ya peşə ilə bağlı səbəbli əlaqəsi və 2 aylıq xəbərdarlıq müddəti ərzində işçinin hüquqları və əmək müqaviləsinə xitam verilməsinə dair digər təminatları öz əksini tapır. Bundan başqa məhkəmə qeyd edir ki, 2 aylıq xəbərdarlıq müddətinin axımı işçinin xəbərdarlıq məktubunu və ya bildirişini qəbul etdiyi tarixdən başlanılır. Eyni zamanda işçinin yazılı razılığı ilə xəbərdarlıq müddəti tətbiq edilmədən lazımı qaydada kompensasiya ödənilməklə işəgötürən tərəfindən həmin əsasla əmək müqaviləsinə xitam verilə də bilər. Həmin xəbərdarlıq müddəti ərzində işçi hər iş həftəsində işəgötürənlə razılaşdığı iş günündə və ya günlərində əmək haqqı saxlanılmaqla iş axtarmaq məqsədi ilə əmək funksiyasının icrasından azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işəgötürən tərəfindən ixtisarın aparılması zamanı həmin vəzifə və ya peşə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və ya peşənin və peşəkarlıq səviyyəsinin daha yüksək səviyyəsinə malik olan işçiləri işdə saxlamağı nəzərdə tutulur. Qanunveriliyə əsasən işəgötürən bu meyarlar üzrə qiymətləndirmə müəyyən edərkən işçilərin ixtisasları və ya peşələri və peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərini, müharibə iştirakçılarını, əsgər və zabitlərin arvadına və ərini, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanları, həmin şirkətdə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşları, xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxsləri və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxsləri işdə saxlanmasına üstünlük verir. Həmçinin, şirkətdə fəaliyyət göstərən Həmkarlar İttifaqının təşkilatının üzvləri olan işçilərlə ixtisarın aparılması ilə bağlı əmək müqaviləsi X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bir tərəfdən də qanunvericiliyin düzgün tətbiq edildiyini və müvafiq normalarına əməl edildiyini yoxlanılması baxımından bu müstəvidə X1 razılığının alınması işçilərin hüquqlarını qorumaq baxımından fərdi əmək mübahisələrinə baxan orqanın fəaliyyətini icra edilməsi qismində başa düşmək olar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilən zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş imperativ normaların tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin ediməli, Cavabdehsinin 155 saylı xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdehsinə qazanxana operatoru maliyyə xidmətinin mühasibi vəzifəsinə bərpa edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehsinin 155 saylı xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehsinə əvvəlki (qazanxana operatoru maliyyə xidmətinin mühasibi) vəzifəsinə bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-241/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-241/2024
14.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver