Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2419/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi və nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1962-ci ildə Bakı şəhərində doğulmuşdur. Hazırda ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. X7 xx xxxxx 2019-cu ildə vəfat etmişdir. Miras əmlakın arxiv sənədlərinin əldə edilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinə ünvanladığı xx.xx.2020-ci tarixli müraciətinə cavab olaraq, Mərdəkan massivi 55 saylı bağ tikinti kooperativində 0,12 ha bağ sahəsi ayrılması haqqında xx.xx.1989-cu il tarixli 9/333 saylı qərarın 2.4.44 saylı bəndində əmlakın X5 deyil, Məmmədov Feyruz T–yə məxsus olması bildirilmiş və həmin qərardan çıxarış mənə təqdim olunmuşdur. Daha sonra o mərhumun qanuni vərəsəsinin arvadı qismində vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışın alınması məqsədi ilə Bakı şəhəri 7 saylı Notariat kontoruna müraciət etmişdir, notariusun xx xxxxxx 2019-cu il tarixli 930 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə Çıxarışın verilməsi ilə bağlı müraciət olunmuşdur. Lakin çıxarışın verilməsindən imtian edilmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdimə apararaq, Bakı şəhər X11 tərəfindən Mamedov Feyruz T. oğlunun adına verilmiş xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarın və Bakı İcraiyə Komitəsinin Mərdəkan bağlar massivi 55 nömrəli Koopreativi tərəfindən X6 adına verilmiş xx.xx.1989-cu il tarixli, 25 nömrəli orderin Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu i tarixli, AZ-İİ 004889 saylı ölüm haqqında şəhadətnaməsində göstərilən X3 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Həmçinin bildirdi ki, göstərilən faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X11 İcraiyyə Komitəsinin 9/333 nömrəli xx.xx.1989-cu il tarixli qərarından görünür ki, Mərdəkan bağ massivi 55 saylı bağ tikinti kooperativində yerləşən 0,12 ha. torpaq sahəsi Feyruz Mamedova verilmişdir. Sənəddə adı Mamedov Feyruz T. kimi qeyd edilmişdir. İş materiallarında olan Dövlət Arxivnin Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, M -205 nömrəli məktubda qeyd edilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın 2.4.44 saylı bəndində X7 barəsində deyil , Məmmədov Feyruz T-ə Mərdəkan massivi 55 saylı bağ tikinti kooperativində 0,12 ha. ölçüdə bağ sahəsi ayrılması barədə məlumat mövcuddur. İş materiallarında olan xx.xx.1989-cu il tarixli, 25 nömrəli orderindən görünür ki, Mamedov Feyruz (Mamedşax) Məmmədşah oğluna xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarı ilə Mərdəkan massivi 55 saylı bağ tikinti kooperativində 0,12 ha. ölçüdə bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Xəzər rayon Qeytdiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamədə ölümüş şəxsin adlı X2 qeyd edilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X1 Kəmalə Məmməd qızı ilə xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikah aktları qeydi kitabında 360 nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi, kı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarında vətəndaş «Mamedov Feyruz T» kimi, Bakı İcraiyə Komitəsinin Mərdəkan bağlar massivi 55 nömrəli Koopreativi tərəfindən X6 adına verilmiş xx.xx.1989-cu il tarixli, 25 nömrəli orderində «X10» göstərilsə də, ərizəçiyə məxsus olan digər hüquqmüəyyənedici sənədlərdə «X7» kimi qeyd edilmişdir. Mövcud sənədlərdə şəxsin soyadı, adı və ata adı fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhər X11 tərəfindən Mamedov Feyruz T. oğlunun adına verilmiş xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarın və Bakı İcraiyə Komitəsinin Mərdəkan bağlar massivi 55 nömrəli Koopreativi tərəfindən X6 adına verilmiş xx.xx.1989-cu il tarixli, 25 nömrəli orderin Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu i tarixli, AZ-İİ 004889 saylı ölüm haqqında şəhadətnaməsində göstərilən X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər X11 tərəfindən Mamedov Feyruz T. oğlunun adına verilmiş xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarın və Bakı İcraiyə Komitəsinin Mərdəkan bağlar massivi 55 nömrəli Koopreativi tərəfindən X6 adına verilmiş xx.xx.1989-cu il tarixli, 25 nömrəli orderin Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu i tarixli, AZ-İİ 004889 saylı ölüm haqqında şəhadətnaməsində göstərilən X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2419/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2419/2020
07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver