Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2423/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri RamiləHəşim qızınınsədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin xx.xx.2010-cu il təvəllüdlü X2 ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, 2A saylı evin 26 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2020-ci il tarixdə 25 saylı notariat ofisinin notariusu tərəfindən təsdiqlənmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 mənzil 26 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 almışdır. Müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra həmin mənzil onun istifadəsinə verilmişdir. Satıcı isə ailə üzvləri ilə birlikdə mənzili tərk etmişlər. Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2020-ci il tarixdən satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyi üzərinə götürməsinə baxmayaraq, bu günə kimi ona məxsus mənzildə cavabdehlər pasport qeydiyyatındadırlar. Qeyd olunanlara əsasən, cavabdehlərin xx.xx.2010-cu il təvəllüdlü X2 ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, 2A saylı evin 26 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, ev 2A, mənzil 26 İddiaçı satılmışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 26 İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 və X1 ünvan 2 mənzil 26 ünvanında qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 mənzil 26 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da mənzil satıldıqdan sonra orada yaşamamış, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranmasıüçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıkimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur vəbuAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, 2A saylı evin 26 saylımənzilindən istifadə hüquqları barədə onlarla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehlərin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud deyil. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, 2A saylı evin 26 saylı mənzilindən istifadə hüquqlarının mövcud olmamasını və onların həmin mənzildə yaşamamalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığı halda həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Eyni zamanda, məhkəmə hesabedirki, cavabdehlərin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, 2A saylı evin 26 saylımənzilindənistifadə hüquqlarının olmamasının müəyyən edilməsi ilə yanaşı, onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları da qanunamüvafiq və əsaslıdır. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsinədair iddia tələbi əsassız olduğundan rədd edilməli, cavabdehlərin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, 2A saylı evin 26 saylımənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilməli, həmçinin, hazırki qətnamənin cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması nəzərə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi rədd edilsin. Bu qətnamə, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2010-cu il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsi, 2A saylı evin 26 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2423/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2423/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver