Məhkəmə qərarları › İş №2(003)-2439/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2439/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2439/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi ilə, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Madər oğlunun, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə qarşı – cavabdehdən müştərək qaydada 6388 manat məbləğində pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 130 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,88 manat, cəmi 6601,88 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh1 ilə yaxın, yəni dostluq münasibətləri olmuşdur. Cavabdeh1 özünü vəkil kimi təqdim etmiş, yaranmış çətinliklərinin hüquqi həllində köməklik göstərəcəyini bildirmişdir. Özünü yaxın dost kimi göstərmiş və yaranmış münasibətlərdən istifadə edərək müxtəlif vaxtlarda ondan borc pul almışdır. Pulun bir hissəsini Rusiya Federasiyasından öz adına, bir hissəsini isə oğlunun adına göndərmiş, digər bir hissəsi Azərbaycan Respublikasındakı tanışları vasitəsi ilə verilmişdir. Ümumilikdə həmin puldan 500 manatı 08 sentyabr 2020-ci il tarixdə, 2118 manatı 14 sentyabr 2020-ci il tarixdə, 1124 manatı isə 07 oktyabr 2020-ci il tarixdə olmaqla, cəmi 3.742 manatı Cavabdeh1 adına, 446 manatı isə oğlu, hazırki iş üzrə digər Cavabdeh2 adına köçürülmə yolu ilə, 2 dəfə 600 manat və bir dəfə 1000 manat olmaqla, cəmi 2200 manat pul X2 vasitəsi ilə, ümumilikdə 6.388 manat məbləğində pul Cavabdeh1 verilmişdir. Artıq uzun müddət keçməsinə baxmayaraq o aldığı pul məbləğini geri qaytarmaqdan imtina etmişdir. Hal-hazırda onu tapmaq qeyri mümkündür. Çünki telefon zənglərinə də cavab vermir. Belə ki, məhkəmədə hüquqlarını özü müdafiə edə bilməyəcəyi üçün Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə Bağlanmış müqaviləyə əsasən 130 manat ödəniş etmişdir. Həmin pul məbləği də cavabdeh tərəfindən ona ödənilməlidir. İddiaçı iddia ərizəsinin dəqiqləşdiririlməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 165.375 Rus rublunun və 2200 manat manat məbləğində pulun, Cavabdeh2 isə 446 manat manat məbləğində pulun, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 130 manatın və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,88 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdiririlməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Müzətfər oğluna və Cavabdeh2 qarşı “pul" tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 6388 manat məbləğində pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 130 manatın və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,88 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddia tələbinin xahiş edirəm hissəsində 6388 manat məbləğində pul hər iki cavabdehdən tələb olunur. Halbuki, həmin pul məbləğindən cəmi 446 manatı Cavabdeh2 göndərilmişdir. Bundan əlavə pul məbləğlərinin bir hissəsi rublla göndərildiyi halda manatla tələb olunmuşdur. Buna görə də, göstərilən halların dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdiririlməsi barədə yenidən ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 446 manat pul məbləğinin, o cümlədən Cavabdeh1 163.375 Rus rublunun və 2200 manat manat məbləğində pulun, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 130 manatın və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,88 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdiririlməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında Cavabdeh1 Müzətfər oğlu bildirmişdir ki, 446 manat pul məbləğini faktiki olaraq özü almışdır. Formal olaraq pul məbləği oğlunun adına göndərilmişdir. Qeyd olunan hal məhkəmə iclasında müəyyən olunduğu üçün iddia tələbini dəqiqləşdirmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Madər oğlu məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh1 Elşd Həsənovdan aldığı pulları 1 il ərzində qaytarmaq adı ilə borc kimi almışdır. Cavabdehin etiraz ərizəsində göstərdiyi halların hər-hansı bir əsası yoxdur. Belə ki, iddiaçı cavabdehə onun işlərinin görüülməsi adı ilə pul verməmişdir. Cavabdeh1 iddia ərizəsinə yazılı etirazla müraciət edərək göstərmişdir ki, İddiaçı ona və oğluna qarşı məhkəməyə verdiyi iddia tamamilə yalan və uydurma üzərində qurulmuşdur. Beləki, iddiada yazır ki, guya ounla yaxın və dostluq münasibəti olmuşdur. Elşadı tanımamış, onun Sank Peterburqda yaşayan qohumu vasitəsilə tanımış, oda telefon vasitəsilə ona zəng etmiş və demişdir ki, X6 verib onun nömrəsi və onunla nə işi vardır. O cavabında iş haqqında məlumat vermiş, o da, iddiaçıya bildirmişdir ki, ona etibarnamə verilməli və onun əsasında vəkil tutaraq lazimi köməklik edəcəkdir. Beləliklə, onun qohumu Səxavət rayondan Bakı şəhərinə gəlmiş və onun ilə görüşmüşdür. Ona bildirmişdir ki, o, tanıdığı "xxxx" MMC-yə müraciət etməli və onların mütəxəssisləri evə baxış keçirdərək rəy versinlər və onda bilərik ki, mənzillərə nə qədər ziyan dəymişdir. Beləliklə Səxavət ilə getmiş, həmin MMC-yə və Səxavət ora 250 manat pul kerçirtmişdir ki, mütəxəssis mənzillərə baxış keçirtsin. Mütəsəssis baxış keçirdərək mənzillərə 10370 manat ziyan dəyməsi barədə rəy vermişdir. Ondan sonra Neftçala Rayon Məhkəməsinə müraciət etmişlər və Əziz Eminov adında vəkil tutmuşdur. Sonradan isə məhkəmənin növbəti mərhələsində vəkil Ramil Əliyev iştirak etmişdir. İddiaçı iddiasında bildirir ki, ona xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 2118 manat, xx.xx.2020-ci ildə 1124 manat, 446 manat oğlunun adına köçürtdüyünü və guya ki, 2200 manat Abbasov Səxavət ona verib, halbuki belə fakt olmamışdır. 130 manat hüquqi yardım üçün və 84 manat dövlət rüsumuda hesablayır. İddiaçı iddiada göstərirki, bu pulları mənə borc verib, lakin onun yalanı etiraz ərizəsinə təqdim etdiyi sənədlərlə sübut olunur. O, bu pulları işlə əlaqədar vermişdir. Lakin işlə bağlı “VEKON MMC-yə 250 manat, iki vəkilə birinə 700 manat, digərinə isə 600 manat və digər xərclər 1500 manat və 800 manat, cəmi bu işə 3850 manat xərclənmişdir. 6602 manatadan 3850 manat çıxanda yerdə qalır, 2752 manat. 2752 manatdan 2200 çıxanda yerdə qalır 551 manat. Bu yerdə qalan pul onun zəhmət haqqıdır. Halbuki, Elşad ona söz vermişdir ki, 1000 manat pul verəcəkdir. Onun oğlunun bu işə heç bir adiyyəti yoxdur. O, Elşadı tanımır, onunla heç bir münasibəti olmamış və ona görə də cavabdeh kimi işdə iştirak etməməlidir. Elşadla münasibəti ona görə pozulmuşdur ki, tutduğu iki vəkili pisləmiş, ondan narazı qalmış və bildirmişdir ki, bu işdən Eldardan 7000- 8000 manat pul almalıdır. O, isə ona bildirmişdir ki, “sənin heç o iki otaqlı evinin o qiyməti yoxdur, məhkəmə təmin edə bilər yalnız dəymiş ziyanı, mənəvi ziyanın isə bu işə heç bir adiyyatı yoxdur.” Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı ona ayrıayrı vaxtlarda 165.375 Rubl pul vəsaiti vermişdir. Eyni zamanda iddiaçının tələb etdiyi 446,0 manat pulda ona çatmışdır. Sadəcə onun kart hesabı olmadığından həmin məbləğ onun oğlu Vaqifin hesabına köçürülmüş, həmin məbləğdə ona çatmışdır. Oğlu Vaqifin bu işlə heç bir əlaqəsi olmamışdır. İddia tələbinin 2200,0 manat hissəini qəbul etmir. Belə ki, o, iddiaçıdan və iddiaçının adından başqa şəxsdən hər-hansı pul almamışdır. İddiaçı tərəfindən ona verilən pulların bir hissəsini İddiaçı işlərin görə xərcləmişdir. Onun hal-hazırda iddiaçıya 1800,0 mnat borcu vardır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində gösərdi ki, tərəfləri tanıyır. İddiaçı onun bacısının əridir. Elşad ona zəng edərək, Cavabdeh2 işə düzəlmək istədiyini, onun Azərbaycanda olan pulundan götürüb ona verməsini xahiş etdi. Elşadı sözü əsasında bir dəfə 1000 manat, ayrı-ayrılıqda isə 600+600 manat, cəmi 2200 manat pulu Vaqifə vermişdir. Məhkəmə tərəflərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X1 Bakı şəhəri, Nərimanov rayon, Ə.Əliyev küçəsi, ev 65-də yerləşən İddiaçı məxsus olan 48 və 49 saylı müvafiq olaraq 2 və 3 otaqlı mənzillərin təmir edilib, yararlı hala salınması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 10436 manat, ödənilmiş avadanlıqların pulu kimi 6499 manat, hüquqi xidmətə görə çəkilən xərcin əvəzi olaraq 312 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 12 manat alınıb İddiaçı oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X1 təmirlə bağlı ziyanın əvəzinin ödənilməsi məqsədilə 10370 manat, ödənilmiş avadanlıqların pulu kimi 2050 manat zəhmət haqqı kimi ödənilmiş 20000 manat pulu və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan fiziki şəxsin pul köçürməsinə dair mədaxil kassa orderlərindən və ərizələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə 20000 Rubl, xx.xx.2020-ci il tarixdə 95000,00 Rubl və xx.xx.2020-ci il tarixdə 50375,00 Rubl pul göndərilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən, iddiaçı cavabdehə bank vasitəsilə xx.xx.2020-ci il tarixdə 20000 Rubl, xx.xx.2020-ci il tarixdə 95000,00 Rubl və xx.xx.2020-ci il tarixdə 50375,00 Rubl pul, eyni zamanda, Cavabdeh1 vermək üçün 446,0 manat Çingizin oğlunun kart hesabına köçürülmüşdür. Qeyd olunan pullar cavabdehin etirafı ilə məhkəmə iclasında sübuta yetirilsə də, cavabdehin həmin məbləğləri iddiaçı üçün məhkəmə çəkişmələri zaman hüquqi xidmət göstərilməsi üçün vəkil(lər)ə, dövlət rüsumu kimi dövlət orqanlarında sərf etməsi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçının 2 dəfə 600 manat və bir dəfə də 1000 manat, cəmi 2200 manat pulu X2 vasitəsi ilə göndərməsini, həmin pulun alınaraq ona verilməsini tələb etsə də bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında borca pulun verilməsi qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qismən etirafı və etiraf etdiyi məbləğdə pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iclasında cavabdehin izahatından müəyyən edilmişdir ki, o, iddiaçıdan ümumilikdə 165375 Rubl pul vəsaiti almasını etiraf etmiş, lakin iddiaçı tərəfindən Abbasov Səxavət vasitəsi ilə ona 2200,0 manat pul vəsaiti verilməsini qəbul etmir. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı digər Cavabdeh2 446 manat verməsinə dair sübut təqdim etməsə də, Cavabdeh1 həqiqətən həmin pulu İddiaçı oğlu Cavabdeh2 vasitəsilə ona göndərilməsini və həmin pulu qəbul etməsini etiraf etmişdir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşma olmuş, bunun müqabilində iddiaçı cavabdehə bank vasitəsilə xx.xx.2020-ci il tarixdə 20000 Rubl, xx.xx.2020-ci il tarixdə 95000,00 Rubl və xx.xx.2020-ci il tarixdə 50375,00 Rubl, digər cavabdeh, yəni Cavabdeh1 oğlu Cavabdeh2 vasitəsilə 446 manat pul göndərmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçıdan bank vasitəsilə xx.xx.2020-ci il tarixdə 20000 Rubl, xx.xx.2020-ci il tarixdə 95000,00 Rubl və xx.xx.2020-ci il tarixdə 50375,00 Rubl, digər cavabdeh, yəni Cavabdeh1 oğlu Cavabdeh2 vasitəsilə 446 manat pulu alması işin materialları ilə yanaşı, cavabdehin etirafı ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan alınmış pul vəsaitinin qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, onun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilərək, 165375 Rubl və 446 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq, iddiaçıya verilməlidir. İddiaçı cavabdehə 2200 manat məbləğində pulu verməsi barədə tələbini əsaslandıran hallara dair sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə həmin hallar sübut edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səxavət Abbasov Cavabdeh2 pulları poçt vasitəsi ilə göndərdiyini bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 165375 Rubl və 446 manat məbləğində pul vəsaitini Cavabdeh1 öz etirafı ilə yanaşı digər toplanmış mötəbər sənədlərlə sübuta yetirsə də, 2 dəfə 600 manat və 1 dəfə 1000 manat verməsini, həmin pulların cavabdeh tərəfindən alınmasını təsdiq edən sübutlarını təqdim edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasəm məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 2200 manat məbləğində pulu verməsi barədə tələbini əsaslandıran hallara dair sübutları məhkəməyə təqdim edə bilməməsi səbəbindən iddia həmin hissədə də, təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 mülki hüquqi məsuliyyətini araşdıraraq hesab edir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi halların digər Cavabdeh2 hər hansı bağlılığı, onun iştirakının olması müəyyən edilmədiyindən, verilmiş pul məbləğinin qaytarılmamasına görə İddiaçı qarşısında cavabdehdən yalnız Cavabdeh1 cavabdehlik daşıyır. Odur ki, pul vəsaiti yalnız Cavabdeh1 verildiyindən, Cavabdeh2 digər Cavabdeh1 müvafiq olaraq oğlu olsa belə, İddiaçı Cavabdeh1 oğlu Cavabdeh2 qarşı tələb irəli sürməyə hüquq vermir. Ona görə ki, o, tərəflər arasında olan öhdəlik münasibətlərində iştirak etməmiş, pul onun vasitəsilə atası Cavabdeh2 çatdırılmış, o özü həmin münasibətdə formal olaraq iştirak etmiş və hər hansı rolu olmamışdır. Digər tərəfdən məhkəmə iclasında tərəflər həmin halı təsdiq etmişdirlər. Odur ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 mövcud pul tələbinin irəli sürülməsinə əsas olmuş tapşırıq müqaviləsi üzrə alınmış pul vəsaitinin ödənilməsi ilə bağlı əsaslarla İddiaçı pul alması və buna görə də göstərilən fakt üzrə iddiaçı qarşısında mülki məsuliyyətlərinin olması işin materialları ilə sübut olunmadığından, iddia həm həqiqi məbləğinə görə, həm də mülki məsuliyyət daşıyan şəxslərin dairəsinə görə qismən əsaslıdır. Buna görə də, iddia yalnız Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə iddianın “130 manat hüquqi xidmətə çəkdiyi xərcin əvəzi tələbi”nə dar hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin göstərilən hissəsi qeyri-müəyyən olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 130 manat hüquqi xidmətə çəkdiyi xərcin əvəzi tələbini irəli sürsə də, həmin hüquqi xidmətin göstərilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə iddiaçının sözügedən tələbini əsaslı hesab etmir, bu səbəbdən də iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 83,88 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, pul vəsaiti cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddia qismən təmin edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq, 83,88 manat dövlət rüsumunun 28,88 manatı iddiaçıya aid edilməli, 55 manat isə Cavabdeh1 alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır, buna görə də, iddia qismən təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Cavabdeh1 ödəniş gününə qüvvədə olan məzənnə ilə 165375 Rubl və 446 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə rədd edilməli, ödənilmiş 83,88 manat dövlət rüsumunun 28,88 manatı iddiaçıya aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ödəniş gününə qüvvədə olan məzənnə ilə 165375 Rubl və 446 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə təmin edilməsin. Ödənilmiş 83,88 manat dövlət rüsumunun 28,88 manatı iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar