Məhkəmə qərarları › İş №2(003)-2448/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2448/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2448/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi Ağaməmməd qızının, Maraqlı şəxs X2 iştirakı ilə Ərizəçi Ağaməmməd qızı Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Ağaməmməd qızı ərizə ilə məhkəməyə müraciət edərək özünün *9.*2.200*-ci ildə doğulması haqqında doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Ərizəçi Ağaməmməd qızı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək 02.02.*967-ci il təvəllüdlü X2 anası kimi tanınması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Ağaməmməd qızı bildirdi ki, o, *9.*2.200*-ci ildə Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasında doğulub. Hal-hazırda Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydiyyatsız yaşayır. Xəstəxanada doğulmasına baxmayaraq tibbi şəhadətnaməsi yoxdur. Bununla bağlı Bakı şəhəri 5 saylı “ASAN xidmət” şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi bölməsinə müraciət etsə də lazımi hüquqi yardım göstərilməmişdir. Bundan sonra Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsəm də bu barədə imtina məktubu almışdır. İmtina məktubunda qeyd olunur ki, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Əlavə olaraq bildirdi ki, məktəbdə oxumayıb və işləmir. Atası təxminən 3 il əvvəl dünyasını dəyişib, onun kim olduğunu bilmir və görməyib. İddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X7 bildirdi ki, onun 6 oğlu, 3 qızı var, bir oğlu vəfat edib. Rəsmi nikahda olmayıb, 2 dəfə ailə qurub. Əri Ceyhundan əvvəl Ağaməmmədlə ailə qurub. Ceyhunla 2 ilə yaxın yaşayıb, daha sonra Ceyhun onları tərk edib. Günel *9.*2.200*-ci ildə Bakıda, Sabunçu xəstəxanasında doğulub, lakin sənəd əldə edə bilməyib. Poliklinikada uçotda olmayıb. Təqribən 30-40 ildir ki Buzovnada yaşayırlar. Növbəti məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X7 bildirdi ki, uşaqların hamısı Ağaməmməddəndir və o Ceyhun adlı adam tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 bildirdi ki, 39 ilə yaxındır ki Rəsmiyə onun qonşusudur. Güneli birgə böyüdüblər. Günelin 3 bacısı, 5 qardaşı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Günel onun bacısıdır. Günelin 3 bacısı və 6 qardaşı (*-i vəfat edib) var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Günel onun bacısıdır. Atasının adı Ağaməmməd olub,lakin onu görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Günel onun ögey bacısıdır, onların anaları eynidir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs 3-*6-5/8-*5-566/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeydiyyat şöbəsi doğum faktını təsdiq etməmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.* maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə müəyyən olundu ki, X* Günelin anasıdır. Onun Güneldən başqa 2 qızı və 5 oğlu var. Günel *9.*2.200*-ci il tarixində doğulub və onun doğum faktını təsdiq edən sənəd yoxdur. Qeydiyyat şöbəsi doğum faktını təsdiq etməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi *9.*2.200*-ci il tarixində doğulması faktı təsdiq olunmalı, X* Günelin anası olması faktı təsdiq olunmalıdır. Eyni zamanda, məhkəmə tərəfindən Günelin atasının kim olması faktı müəyyən oluna bilmədiyinə görə atası qrafası boş saxlansın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi doğum faktı təsdiq olunsun. X* Günelin anası olması faktı təsdiq olunsun. Ərizəçi atasının kim olması faktı müəyyən olunmadığına görə ata qrafası boş saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qnuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar