Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2466/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Tahir Əsgərov 1999-cu il tarixdə, anası Qızılşan Əsgərova isə 2016-cı ildə vəfat etmşilər. O, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-Qum bağ masivi, ev 19/27-də 1999-cu ildən anası ilə birlikdə yaşamışdır. Bacısı 2002-ci il tarixdə ərə getdikdən sonra Lənkəran şəhərində yaşayıb, hazırda da onun bir otaqlı evi vardır, həmin ev ona məhkəmə qətnaməsi əsasında verilmişdir. O, 2009-cu iliun yanvar ayının 16-dan 2021-ci ilin yanvar ayının 16-na kimi 6 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkmişdir. O, cəza çəkərkən bacısı qeyd edilən bağ evini onun rəsmi icazəsi olmadan öz adına rəsmiləşdirib çıxarış almışdır. O, 2021-ci ilin yanvar ayının 16-da cəza çəkdikdən sonra öz evinə qayıtmışdır. Hazırda da o, həmin evdə qeydiyyatdadır. Onunla bacısının arasında torpaq sahəsininin bölgüsünə dair mübahisə baş vermişdir. 2021-ci ilin may ayının 5-dən bacısı onu evdən qovmuş, o, VAZ-2106 markalı özünə məxsus minik avtomaşınında qalır. O, bacısı ilə razılığla gəlmək istəmiş, ona öz evində yaşamağa icazə vermir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, köhnə tikili sökülməmiş, sadəcə Gültəkin anasının ölümü ilə bağlı verilmiş 5000 manat pul müqabilində artırma etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı onun qardaşıdır. O, törətdiyi cinayətə görə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bağ sahəsi onun şəxsi mülkiyyətidir. Qardaşını o evə qeydiyyatda düşməsinə icazə vermişdir. Lakin, orada yaşamasına razı deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 qızı bildirmişdir ki, tərəflərlə qohumdur. 2006-cı il tarixdə Mahir və anası ondan xahiş etmişlər ki, o, şəhər qeydiyyatı olduğu üçün aldıqları torpaq sahəsini onun adına sənədləşdirsinlər. Həmin vaxt torpaq sahəsinin üzərində köhnə evdə var idi. 2016-ci ildə ailə qurduqdan sonra xahiş etmişdir ki, torpağı öz adlarına keçirsinlər. Bundan sonra alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini Gültəkinin adına rəsmiləşdirmişlər. Həmin vaxt Mahirin anası bildirmişdir ki, torpaq sahəsini Gültəkinin adına rəsmiləşdirsinlər onsuzda həmin yeri satıb Gültəkin və Mahirə ayrıca ev alacaqlar. Gültəkin həmin bağ evində yaşamırdı ərinin evində yaşayırdı. Mahir həbs olunanadək anası ilə birlikdə həmin bağ evində yaşamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.08.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X4 arasında ünvan 2 ünvanda yerləşən bağ evini və mülkiyyətdə olan 0.08 ha torpaq sahəsinin X1 haqqında müqavilə bağlanmışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin məhkəmə zamanı araşdırılmış halları ilə müəyyən edilir ki, həmin evdə iddiaçı anası ilə birlikdə daimi olaraq yaşamış, yalnız məhkəmənin hökmü ilə 2009-cu ildən etibarən ondan asılı olmayan səbəblərdən azadlıqdan məhrumetmə cəzasına məhkun edildiyindən evdə yaşamamışdır. Onun həbsdə olduğu müddətdə anası istəyi ilə evin mülkiyyət hüququ alqı-satqı ilə bacısı Gültəkinə keçirilsə də, iddiaçının həmin evə mövcud olan istifadə hüququna xitam verilməmiş, əksinə cavabdeh həmin evi yüklü şəkildə qəbul etmişdir. Hazırda isə iddiaçının başqa yaşayış sahəsi olmamaqla istifadə hüquqlarının olduğu həmin evə köçürülməsi barədə tələblə çıxış etməsini məhkəmə qanuni və əsaslı hesab edir. Məhkəmə iddia tələbini araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim olunuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 3 ünvanına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 3 ünvanına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2466/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2466/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver