Məhkəmə qərarları › İş №2(003)-2478/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2478/2021

08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2478/2021 08.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “mirasın qəbul edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X6 18.07.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 22.07.2006cı il tarixdə 598 saylı akt qeydi ilə rəsmiləşdirilmiş AZ-İ 193590 saylı müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. X2 ünvan 1 miras olaraq qalmışdır. Atası vəfat etdikdən sonra miras qalan ev onun vəfatından sonra onun tərəfindən miras kimi qəbul edilmişdir. Artıq on ildir ki, miras əmlaka sahiblik etməyə başlamışdır. Bununla da miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilənlərə əsasən X6nun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri 25 saylı Dövlət Notariat kontoru məhkəməyə nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qonşudur. ünvan 1 ünvanında X13 vəfat edənədək orada yaşamışdır. O vəfat etdikdən sonra həmin ünvanda hec kim yaşamamış və qızı Ərizəçi tez-tez gələrək evin problemləri ilə məşğul olmuşdur. Məhkəmədə şahid X4 verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qonşudur. ünvan 1 ünvanında X13 vəfat edənədək orada yaşamışdır. Elmiragil ilə qapı qonşusudurlar. Elmiranın X6 əvvəllər həmin evdə yaşayırdı. Həmin ünvanda o həyat yoldaşı Sveta ilə yaşamışdır. X3 qabaq vəfat etmişdir. Tofiq Heydərov vəfat etdikdən sonra hec kim yaşamamış və Ərizəçi arabir gələrək evin komunal xərclərini ödəmiş və digər problemlərini həll edirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-ci ildə doğulmuşdur. X6, anası X5r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18.07.2006-cı ildə ölmüşdür. Bu barədə Xəzər rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 22.07.2006-cı il tarixdə 598 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüquq evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair 1974-cü il tarixli pasprotdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Orta küçəsi 42 saylı evə dair X9 hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 25 saylı Notariat Ofisinin Ərizəçi ünvanlanmış olduğu 19.05.2021-ci il tarixli x/o 268/21 nömrəli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər araşdırlarkən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Müddətin bərpası və mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etsin. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş 21.06.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evin 2006- 2021-ci illər üçün torpaq vergisi və 2012-2021-ci illər üçün əmlak vergisi ödənilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X1 Elmiranın qızıdır. Onun, atası, X13 18.07.2006-cı ildə ölmüşdür. X7 miras əmlak olaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı ev qalmışdır. X13 vəfat etdikdən sonra ondan miras qalmış əmlak Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə ilk öncə onu qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 22.1-ci maddəsinə əsasən etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. Həmin Qanunun 22.2-ci bəndinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmçinin məhəkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən sentyabr 1974-cü ildə tərtib olunmuş “şəxsi mülkiyyət hüquq ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə dair pasport”u Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanı təsdiqlənmiş siyahıda nəzərdə tutlduğundan qeyd olunan əmlakın daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydə alınması üçün hüquqi əsasları mövcuddur. Bundan başqa Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 22.2-ci maddəsinə əsasən X13 daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almadan və buna dair çıxarış almadan öldüyundən, həmin hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın yalnız qanun və ya vəsiyyət üzrə vərəsəsinə verilməsi qanunla nəzrdə tutulduğundan, hazırki halda ərizəci Ərizəçi miras qalmış əmlakın faktiki qəbul etməsinə qiymət verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Ərizəçi X6nun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evi qəbul etmişdir. Ərizəçi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evi qəbul etdiyi barədə lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə və şahid ifadələrinə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X6nun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evinin qəbul etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X6nun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evini qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar