Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-25/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı ünvan ünvanında yerləşən ona məxsus 0,0265 ha. torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması üzrə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ünvanında yerləşən ona məxsus 0,0265 ha. torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat iddiaçı X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisindən məhkəməyə daxil olan məktuba əsasən məlum olmuşdur ki, İddiaçı2, İddiaçı1, İddiaçı3 mərhum iddiaçı X1 qanun üzrə vərəsəliridir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı ünvan ünvanında yerləşən ona məxsus 0,0265 ha. torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə mülki işin icraatının təzələnməsinə və İddiaçı2, İddiaçı1, İddiaçı3 mərhum iddiaçı X1 qanun üzrə vərəsələri kimi iddiaçı qismində tanınmalarına qərar verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştiak etməmişdir. Məhkəmə iclasında cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən tarixdə məhkəməyə gəlməməklə, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən və cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mərhum iddiaçı X1 qanun üzrə vərəsələri, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı ünvan ünvanında yerləşən ona məxsus 0,0265 ha. torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə mülki işin icraatı baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-25/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-25/2023
07.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver