Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2511/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ HakimXəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçıCavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinionunla əsaslandırmışdır ki, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı ev onun xüsusi mülkiyyətindədir. Həmin ev ona atasından bağışlama yolu ilə keçmişdir və öz adına rəsmiləşdirmiş, ev üzərindəki mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində **********, xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Sözügedən evin mülkiyyət hüquqlarının ona keçməsinə baxmayaraq, halhazırda evdə cavabdeh qeydiyyatda olmasına baxmayaraq, heç vaxt yaşamamışdır. Cavabdehin özünə məxsus Nizami rayonunda evi var. Mübahisəli ev 2018-ci ildə atasının adına alınıb. Əvvəlki evləri satılıb, həmin evdən qardaşının, yəni hazırki iş üzrə cavabdehin pulu verilib, qalan pula da ev alınıb. 2018-ci ilin dekabrında bağışlama ilə ev ona verilib. Cavabdeh həmin evdə bir gün də yaşamayıb. Cavabdehin onun mənzilində qeydiyyatında qalması mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməyinə maneçilik törədərək bu hüquququndan tam istifadə etmək imkanını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilərək cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, mübahisəli evdə heç vaxt yaşamamışdır. O, bacısı və ailəsi ilə birlikdə yaşamış, sonradan ailə qurub başqa evə çıxmışdır. O, köçərkən mübahisəli ev hələ alınmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evdən istifadə hüququna xitam verilməsinə razı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçını yaxşı tanıyır. O, iddiaçının qardaşı Əfqanın adını eşitmiş, özünü görməmişdir. Onlar uzun illər qonşu olmuşlar. O, Əfqanı Səbinənin toyunda görüb. Əfqan heç vaxt mübahisəli evdə yaşamayıb. Ailələri çox gözəl, mehriban olub. Səbinə orada atası, anası və qardaşları ilə yaşayıb. Əfqandan başqa iddiaçının bir qardaşı da olub. Deyəsən, Əfqanın borcu olduğuna görə evi satıblar və yeni ev alıblar. Onlar yeni evdə də qonşu olublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun övladlarıdır. Cavabdeh Əfqan heç vaxt Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evdə yaşamayıb. Onlar əvvəlki evlərini satıb bu evi alıblar. Oğlu Əfqan ailə qurub başqa evdə yaşayıb. Onlar evi Əfqanın borcu olduğuna görə satıblar. Hazırda Əfqan başqa yerdə yaşayır, ona qızı Səbinə baxır. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evi İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı ev ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin xx.xx.2020ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı ev ünvanında qeydiyyata alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı ev ünvanında müvafiq olaraq qeydiyyatda olsa da, orada yaşamır, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair»xx xxx 2008-ciil tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evdən istifadə hüququ barədə onunla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcud deyil. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evdənistifadə hüququnun mövcudolmamasını və onunhəmin mənzildə yaşamamasınınəzərə alaraq məhkəmə beləqənaətə gəlir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququmövcud olmadığı halda həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi rədd edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evə istifadə hüququnun olmaması müəyyən edilməli, həmçinin, hazırki qətnamənin cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması nəzərə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi rədd edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evə istifadə hüququnun olmaması müəyyən edilsin. Bu qətnamə, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Feyzulla Qasımzadə küçəsində yerləşən 49 A saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2511/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2511/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver