Məhkəmə qərarları › İş №2(003)-2525/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2525/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2525/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı evdən istifadə hüquqlarının itirilməsi və əşyaları ilə birlikdə çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və azyaşlı uşaqlar olan 18.08.2008-ci il təvəllüdlü X1, 22.04.2012-ci il təvəllüdlü X2, 11.09.2014-cü il təvəllüdlü X3 mənə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı evimə olmuş istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sözügedən şəxslərin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 18.05.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ona məxsus olan 0,958 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan tikililərdən və ünvan 1 ünvanında yerləşən 1 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, həmin evin və torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı evi və 0,0958 ha torpaq sahəsini o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” 03 may 2021-cu il tarixli müqaviləsinə əsasən almışdır. Sözügedən müqavilə əsasında həmin evi o, öz mülkiyyətimə qəbul etmişdir. DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən 18.05.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır və halhazırda da həmin evin mülkiyyətçisi özüdür. Bütün bunlara baxmayaraq cavabdehlər onun evindən və torpaq sahəsindən çıxmır, evini və torpaq sahəsini onun istifadəsinə vermirlər. Cavabdehlər həmçinin onun evinin pasport qeydiyyatında qalmışlar. O, sözügedən evin və torpaq sahəsinin qanuni sahibi olmasına baxmayaraq cavabdehlərin müdaxilələri ucbatından həmin evin və torpaq sahəsinin üzərində istifadə və sərəncam vermək hüququnu həyata keçirə bilmir. Cavabdehlərin müdaxiləsi Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı evinə olmuş istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 18.05.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı evdən və 0,958 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları, həmin evin və torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, evi hərracda almışdır. cavabdehlər isə orada yaşayırlar, Qayibin ona borcu olmuş, vermədiyinə görə ev hərraca çıxarılmış və evi hərracda almışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə məlumat verlməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.10.2018-ci il tarixli 3M-1177 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verən İddiaçı borc alan Cavabdeh2 arasında 60 000 ABŞ dollarının borc alana verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 01.10.2018-ci il tarixli 3M-1178 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə 01.10.2018-ci il tarixli 3M-1177 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan Cavabdeh2 01.10.2018-ci il tarixli 3M- 1177 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı evi yüklü edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən 18.05.2021-ci il tarixdə verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materillarında olan ASAN 5 tərəfindən 20.05.2021 il tarixdə verilmiş arayışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən 1 saylı evdə qeydiyyatdadırlar. İş materillarında olan İpoteka saxlayana X6 edilməsi üçün Hərracın Yekunları barədə 35/02 saylı Protokoldan görünür ki, ipoteka predmetini ipoteka saxlayan İddiaçı əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı evin mülkiyyətçisidir. Cavabdehlər mənzilin keçmiş sakinləri olmaqla, iddiaçının ailə üzvləri deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin evə dair İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz və itirilmiş hesab edilməli, cavabdehlər evdən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən 1 saylı ev və 0,0958 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar