Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2531/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ HakimXəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Həsən oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13 b ünvanındakı evin, həmçinin **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilinə dair onun 1/2 pay hüququnun tanınması, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilin açıq hərracdan satılaraq paylara uyğun bölünməsi, övladları ilə birlikdə mübahisəli Bakı şəhəri, Xəzər rayonu, V.Mirzəyev küçəsi, döngə 3, ev 13 b ünvanındakı evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mehdiyev X3 Lalə Üzeyir qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13 b ünvanındakı yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 1245/2020 saylı qərardadına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı evin və avtomobilin üzərində 1/2 payın müəyyən olunması, avtomobilin açıq hərracdan satılaraq bölünməsi və evə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(003)-1245/2020 №-li mülki iş üzrə İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında cavabdeh və onun vəkili iddiaçıya barışıq sazişi təklif etmişdir. Həmin sazişdə qeyd edilmişdir: “Biz aşağıda imza edənlər, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında qeydiyyatda olan Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında qeydiyyatda olan Cavabdeh aşağıda göstərilən tələblər üzrə aramızda razılığa gələrək barışıq sazişini imzalayırıq:
1. İddiaçı Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızının Cavabdeh qarşı “evin və avtomobilin üzərində ½ payın müəyyən olunması, avtomobilin açıq hərracdan satılaraq bölünməsi və evə köçürülmə tələbinə dair” Xəzər rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatında olan iddia ərizəsindən imtina edir və gələcəkdə də Cavabdeh qarşı hər hansı daşınar və ya daşınmaz əşya ilə bağlı iddiası olmayacaqdır.
2. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızına qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsindən imtina edir və Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızına qarşı hər hansı daşınar və ya daşınmaz əşya ilə bağlı iddiası olmayacaqdır.
3. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında yerləşən fərdi yaşayış evi üzərində özünün ¼ payını və evin birinci mərtəbəsində yerləşən 3 yaşayış otağını, hamam otağı və sanitar qovşağını saxlamaqla giriş-çıxışını qarajdan müəyyən edir və həmin evin ¾ payının Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızının mülkiyyətinə keçməsinə, digər 6 yaşayış otağını, hamam otağı və sanitar qovşağından maneəsiz istifadəsinə şərait yaratmaqla həmin ünvana köçərək yaşamasına etiraz etmir.
4. Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı isə Cavabdeh mülkiyyətində olan Tayota Prado markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bütün iddiasından imtina edir.
5. Hər iki tərəf, yəni Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı və Cavabdeh əmlak bölgüsünə dair iddialar üzrə əmlaklara məhkəmə qərardadı ilə qoyulmuş həbslərin ləğv edilməsinə etiraz etmir.
6. Barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən çıxarılan qərardad Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında yerləşən fərdi yaşayış evi üzərində tərəflərin paylarının dövlət qeydiyyatına alınması məqsədilə icra edilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-ə göndərilir.
7. Bu saziş tərəflər imzaladıqdan və Xəzər rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
8. Bu saziş 3 nüsxədə tərtib olunmuşdur. İki nüsxəsi tərəflərə, bir nüsxəsi isə sazişi təsdiq edən orqana təqdim olunur.
9. Tərəflərdən hər hansı biri sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırki sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır.
10. Saziş təsdiq edildikdən sonra Cavabdeh və Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı hazırki mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmir. “ İddiaçı və iddiaçının vəkili cavabdehin vəkilinin təklif etdiyi şərtlərlə barışıq sazişinin bağlanmasına razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:
“Biz aşağıda imza edənlər, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında qeydiyyatda olan Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında qeydiyyatda olan Cavabdeh aşağıda göstərilən tələblər üzrə aramızda razılığa gələrək barışıq sazişini imzalayırıq:
1) İddiaçı Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızının Cavabdeh qarşı “evin və avtomobilin üzərində ½ payın müəyyən olunması, avtomobilin açıq hərracdan satılaraq bölünməsi və evə köçürülmə tələbinə dair” Xəzər rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatında olan iddia ərizəsindən imtina edir və gələcəkdə də Cavabdeh qarşı hər hansı daşınar və ya daşınmaz əşya ilə bağlı iddiası olmayacaqdır. 2) Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızına qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsindən imtina edir və Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızına qarşı hər hansı daşınar və ya daşınmaz əşya ilə bağlı iddiası olmayacaqdır. 3) Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında yerləşən fərdi yaşayış evi üzərində özünün ¼ payını və evin birinci mərtəbəsində yerləşən 3 yaşayış otağını, hamam otağı və sanitar qovşağını saxlamaqla giriş-çıxışını qarajdan müəyyən edir və həmin evin ¾ payının Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızının mülkiyyətinə keçməsinə, digər 6 yaşayış otağını, hamam otağı və sanitar qovşağından maneəsiz istifadəsinə şərait yaratmaqla həmin ünvana köçərək yaşamasına etiraz etmir. 4) Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı isə Cavabdeh mülkiyyətində olan Tayota Prado markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bütün iddiasından imtina edir. 5) Hər iki tərəf, yəni Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı və Cavabdeh əmlak bölgüsünə dair iddialar üzrə əmlaklara məhkəmə qərardadı ilə qoyulmuş həbslərin ləğv edilməsinə etiraz etmir. 6) Barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən çıxarılan qərardad Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 3, ev 13b ünvanında yerləşən fərdi yaşayış evi üzərində tərəflərin paylarının dövlət qeydiyyatına alınması məqsədilə icra edilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-ə göndərilir. 7) Bu saziş tərəflər imzaladıqdan və Xəzər rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. 8) Bu saziş 3 nüsxədə tərtib olunmuşdur. İki nüsxəsi tərəflərə, bir nüsxəsi isə sazişi təsdiq edən orqana təqdim olunur. 9) Tərəflərdən hər hansı biri sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırki sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır. 10) Saziş təsdiq edildikdən sonra Cavabdeh və Xəlilova (Mehdiyeva) Lalə Üzeyir qızı hazırki mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmir. “
İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Ramilə Xəzri