Məhkəmə qərarları › İş №2(003)-2554/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2554/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2554/2020 03.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X5, Cavabdeh və onun nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdehqarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinədair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sahibliyində olan Xəzər rayonu, Şüvəlan bağları massivi «Şimal DRES» adlanan yaşayış məntəqəsinin ərazisində yerləşən yaşayış evindən istifadə hüquqlarının tanınması və onun həmin evə xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun əri olub. Onunla xx xxxxxx 2007-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2009-cu ildə X6 və xx xxxxxx 2011-ci ildə X7 adlı uşaqları doğulub. xx xxxxxxxx 2019-cu ildə Xəzər Rayon Məhkəməsində nikahları pozulub. Uşaqlaronun himayəsində saxlanılıb və hazırda onlar onun yanında yaşayırlar.Ailə quranda Xəzər rayonu, Baba Əliyev küçəsi, ev 15, mənzil 36 ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin evdə 4 ilə kimi yaşamışdır. Özlərinə ev alıb gəlin köçüb yaşadığı evdən çıxıb öz evlərində yaşamışdılar.Maddi imkanları yaxşılaşdığı üçün başqa bir ev alıb bir müddət orada yaşamışıq. Həmin evin yaşayış sahəsi kiçik olduğundan onu da satıb 2014– cü il tarixdə Xəzər rayonu, Şüvəlan bağları massivi, «Şimal DRES» adlanan yaşayış məntəqəsində ev alıb orada ailə üzvləri ilə birgə yaşamışdır. Gəlin köçərkən özünə məxsus cehiz əmlaklarını da mübahisəli evə gətirmiş və həmin əmlaklar hazırda da həmin evdədir. Evdə yaşadığı müddətdə əri həmişə ona təzyiqlər göstərirdi ki, o evdən çıxsın. Dəfələrlə məcbur olub uşaqları ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Sonuncu dəfə xx xxxx 2019-cu ildə məcburiyyət qarşısında qalıb 2 azyaşlı uşaqlarıı ilə birlikdə evdən çıxıb valideynlərinin evinə qayıtmışdır. Dəfələrlə yaşadığı evə, yəni mübahisəli evə qayıdıb yaşamaq üçün cəhdlər göstərsə də, cavabdeh buna razılaşmayıb və evə buraxmayacağını ona bildirirmişdir. Deyir ki, məhkəmənin qətnaməsindən sonra həmin mübahisəli evə köçüb yaşamağına icarə verəcək. Cavabdeh hazırda öz valideynləri ilə birlikdə yaşayır. Mübahisəli evi isə kirayəyə verib. 3 nəfərdən ibarət ailə kirayəkeş kimi evdə yaşayır. Onun əmlak əşyalarından istifadə edirlər. Cavabdeh onu isə həmin evə buraxmır. Evdə yaşadığı vaxtdan ümumi birgə təsərrüfat aparan ailə üzvü kimi mübahisəli evdə xx xxxx 2019-cu ilə kimi daimi yaşadığından onun həmin yaşayış evindən istifadə hüququ yaranmışdır. Evə hər-hansı hüquq qeydə alınmayıb. Evə münasibətdə hüquqları eynidir. Cavabdeh evə onu buraxmaması üçün heç bir ixtiyar sahibi deyil. Evi alanda, sonra da onun abadlaşmasında cavabdehlə birgə zəhmət çəkmişdir. Ona görə də hesab edirəm ki, cavabdeh onu uşaqları ilə birlikdə evə bumxmamaqda ədalətli hərəkət etmir. Odur ki, onun tərəfindən hüquqları pozulub. Azyaşlı uşaqları onun himayəsində olduğundan mübahisəli evə kömçəlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə xx.xx.2007-ci ildə ailə hətaı qurmuşdur, xx.xx.2017-ci ildə nikahları pozulmuşdur. Ailə həyatı qurarkən Xəzər rayonu B.Əliyev küçəsi, ev 15, mənzil 36 ünvanına köçmüşdür, həmin edvdə 4 ilə yaxın yaşamış, 2014-cü ildəm mübahisəli evə köçmüşdür. Bil il budan əvvəl cavabdehlə münasibətləri pozulmuş və 2019-cu ilin may aylarında mübahisəli evdən uşaqları ilə birlikdə çıxmışdır. Qeyd edilən evin sənədləri olmamış, bir tək bələdiyyə səndi olmuşdur. Bu yaxınlarda məlum olub ki, artıq evi satmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, Xəzər rayonu, Şüvəlan bağları massivi «Şimal DRES» adlanan yaşayış məntəqəsinin ərazisində yerləşən yaşayış evindən istifadə hüquqlarının tanınması və iddiaçının həmin evə xx xxxxxx 2019cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun həyat yoldaşı olub. xx xxxxxx 2017-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları doğulmuşdur. xx xxxxxxxx 2019-cu ildə iddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmışdır. Mübahisəli ev ona məxsus deyil. Həmin fərdi yaşayış evi dostu X11 məxsusdur. Bununla bağlı bələdiyyə sənədi də vardır. Dostu evi bizə müvəqqəti yaşamağımız üçün kirayə vermişdir. Aramızda olan razılaşmaya əsasən kirayə pulu əvəzinə isə həmin evdə müəyyən işlər görmüşdür. Hazırda həmin evdə X16 yaşayır və təmir işləri görür. İddiaçı uşaqlarla birlikdə özü evi tərk etmişdir və hazırda da həmin evdə onun cehiz əşyaları yoxdur. Ona görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X13 iddaçının tələbinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, “Neftçi laqeri” adlanan ərazidə yaşayır. 5 ildir ki, iddiaçını tanıyır, lakin 1 ildir ki, iddiaçını görmürdü. Mübahislə evə 2-3 dəfə getmişdir. Cavabdeh onun həyat yoldaşına demişdir ki, “köməklik et bu evi satım”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə B.Əliyev küçəsində yaşayır. Cavabdeh Ehtiram onun dostudur. 10 ildir ki, onu tanıyır. Onun ailəsinə gediş-gəlişi olmayıb. Sözü gedən mübahisəli ev onun evidir. Cavabdehin çoxlu borcu var idi. Öz evini satıb, onun evində isə kirayədə yaşayırdı. Həmin evin Ehtirama məxsus deyil, belə ki, Ehtiramla aralarında razılığa əsasən o, Ehtiram tərəfindən evdə bəzi işlər görəcəyi və onun evində kirayə haqqı vermədən yaşayacaqları barədə razılaşmışlar. Məhkəməiddiçının və cavabdehinizahatlarınıdinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 343574 nömrəli nikahın pozulması barədə şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah pozulmuşdur Nikah pozulduqdna sonra qadına Şamilova soyadı verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1089/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2009-cuil təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul şəklində aliment alınaraq Mustafayeva (Şamilova) Aysel Məlikəhməd qızına verilməlidir. İş materiallarına əlavə edilmiş fiziki şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların invertarlaşdırılmasına dair “Bələdiyyə” X4 hesabat cədvəlindən görünür ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi X21 massivi sahəsində yerləşən torpaq sahəsi Şüvlan bələdiyyəsi ilə X16 arasında bağlanmış 04 saylı xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən sonuncuya verilmişdir. Həmin torpaq sahəsində aparılmış tikintinin invertar dəyəri 42500 manat müəyyən edilmişdir. Məhkəmənin hazırlıq iclasında və işə mahiyyəti üzrə baxılması zamanı məhkəmə tərəfindən tərəflərə əlavə sübutlar təqdim edilməsi təklif olunmuş, onların təqdim edilməməsinin işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmadığı izah edilmişdir. Buna baxmayaraq tərəflər hər hansı əlavə sübut təqdim etməmiş, həmçinin sübutların tələb olunması ilə bağlı vəsatət verməmişlər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə tərəflər olan İddiaçı ilə Cavabdeh 2007-ci ilin noyabr ayında rəsmi nikahda olması, nikahdan sonra iddiaçının ünvan 1 mənzil 36 ünvanına gəlin köçməsi, tərərflər arasında bağlanmış nikahın pozulması, iddiaçının hazırda onun və tərəflərin birgə nikahlarından olan xx xxxxxx 2019cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 istifadə hüquqlarının tanınması və evə köçürülməli olduqlarını iddia etdiyi evin özbaşına tikili olması təsdiq edilmişdir. Bundan başqa isdə olan “fiziki şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların invertarlaşdırılmasına dair “Bələdiyyə” X4 hesabat cədvəlindən” görünür ki, mübahisəli ev X11 məxsus olub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (maddə 178.1). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2). Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının özbaşına tikili olan mübahisəli evə köçərək bir müddət yaşaması, habelə həmin evə dair bələdiyyə sənədinin X11 məxsusluğu, onun (xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7) həmin evə məhkəmə qaydasında köçürülməsinə, istifadə hüququnun tanınmasına hüquqi əsas vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı vardır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququ mövcud deyildir. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, ümumiyyətlə, mənzilə köçürülməyə dair iddia yalnız belə köçürülməni tələb edən şəxsin mənzilə dair hər hansı qanunla qorunan hüququnun (mülkiyyət, istifadə və s.) mövcudluğundan asılıdır. Belə hüququn mövcudluğu müəyyən edilmədən köçürülməyə dair iddia tələbinin təmin edilməsi isə əslində qanuni əsası olmayan tələbin təmin edilməsi ilə nəticələnə bilər. Halbuki, yalnız iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu müəyyənləşdirdikdən sonra irəli sürülən tələbin təmin edilməsi mümkündür. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq sonradan qanunla qorunması zəruri olan hüquqların yaradılması nəticəsini doğurur. Məhkəmə, həmçinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə münasibətdə nəzərə alır ki, mübahisəli ev özbaşına tikili olduğundan qanunvericiliyə əsasən ora yaşayış yeri və ya şəxsin olduğu yer kimi qəbul edilə bilməz. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh sahibliyində olan Xəzər rayonu, Şüvəlan bağları massivi «Şimal DRES» adlanan yaşayış məntəqəsinin ərazisində yerləşən yaşayış evindən istifadə hüquqlarının tanınması və onun həmin evə xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Cavabdeh sahibliyində olan Xəzər rayonu, Şüvəlan bağları massivi «Şimal DRES» adlanan yaşayış məntəqəsinin ərazisində yerləşən yaşayış evindən istifadə hüquqlarının tanınması və onun həmin evə xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə iddia rədd edilsin.. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar