Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-256/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “SOCAR “Azneft” İstehsalat Birliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddiaçı müvəqqəti təminat tədbiri haqqında ərizə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16(003)-26/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, 39T 425597.5792, 4479*31.**37, 39T 425633.6576, 4479*5*.1433, 39T 425699.1542, 4479769.1517, 39T 425662.2079, 4479741.76*3 koordinatlarda yerləşən torpaq sahəsində hər hansı tikinti və yenidənqurma işlərinin və digər əməliyyatların aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 25 aprel 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.*-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən mülki iş üzrə mübahisə başa çatanadək tətbiq edilmiş müvəqqəti təminat tədbiri qərardad qanuni qüvvəyə minənə qədər saxlanılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan iddiaçıya geri qaytarılmalı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16(003)-26/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə tətbiq edilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, 39T 425597.5792, 4479*31.**37, 39T 425633.6576, 4479*5*.1433, 39T 425699.1542, 4479769.1517, 39T 425662.2079, 4479741.76*3 koordinatlarda yerləşən torpaq sahəsində hər hansı tikinti və yenidənqurma işlərinin və digər əməliyyatların aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri qərardad qanuni qüvvəyə minənə qədər saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan iddiaçıya geri qaytarılsın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16(003)-26/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə tətbiq edilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, 39T 425597.5792, 4479*31.**37, 39T 425633.6576, 4479*5*.1433, 39T 425699.1542, 4479769.1517, 39T 425662.2079, 4479741.76*3 koordinatlarda yerləşən torpaq sahəsində hər hansı tikinti və yenidənqurma işlərinin və digər əməliyyatların aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri qərardad qanuni qüvvəyə minənə qədər saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-256/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-256/2023
25.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver