Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2566/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları 27 may 2017-ci təvəllüdlü X5, 20 avqust 2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 may 2015-ci il tarixdə nikaha daxil olmuşdur. O ünvan 1-ə gəlin gəlmişdir. Birgə nikahlarında 27 may 2017-ci təvəllüdlü X5, 20 avqust 2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci təvəllüdlü X5 adlı üç övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Cavabdehlə aralarında dəfələrlə mübahisə yaranmışdır. Buna görə də o Xəzər Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmişdir. Cavabdeh 2022-ci ilin aprel ayında məcburən onu evdən çıxarmışdır. O ünvan 1-ə gəlin gəlmişdir. Hazırkı tarixədək onun cehiz əmlaklarının çox hissəsi həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Həmçinin övladları da sözü gedən mənzilə passport qeydiyyatındadırlar. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli ev onun qaynatasının evidir. 10 avqust 2022-ci il raixdə məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, mübahisəli mənzil onun atasına məxsusdur. Həmin mənzilə dair onun atasına order verilmişdir. Qeyd edilənlərə əsasən iddianən rədd edilməsni xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə mübahisəli mənzilin mülkiyyətdə olduğu və tərəflərin birgə nikahından olan uşaqların hazırkı mülki iç üzrə Cavabdeh himayəsində olduğunu qeyd edilənlərə əsasən iddiaçının mübahisəli mənzilə köçürülməsi həmin mənzilin mülkiyyətçisinin müstəsna hüququ olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron donzuzçuluq kompleksinin xx.xx.1984-cü il tarixli 22 nömrəli protokolu əsasında verilmiş 5 nömrəli orderdən görünür ki, ünvan 1 X3 2 otaqdan ibarət mənzil verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir; müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə — Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra — tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Mübahisəli ünvan 1 X1. ünvan 1 order əsasında yaşamaq üçün X3 və onun ailə üzvlərinə verildiyindən, iddiaçı isə onun ailə üzvü hesab olunmadığından və onun ailə üzvü kimi həmin yaşayış sahəsinə köçürülməsinə razılıq barədə sübut təqdim olunmadığından iddiaçının azyaşlı övladları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2566/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2566/2022
06.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver