Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-258/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsində hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 07.03.1973-cü il tarixli 105193 saylı orderinə əsasən, Bakı şəhəri, Buzovna qəs, A.Mirzəyev küç, ev 4, mən 22 mənzili atası X11 4 nəfər ailə üzvü ilə birlikdə iş yeri üzrə verilmişdir. X3 vəfat etməsi ilə əlaqədar olaraq sözügedən mənzilin icarə müqaviləsi anasının adına rəsmiləşdirilməsinə dair H.Z.Tağıyev adına NQÇİ-nin 01487 16.04.2000-ci il tarixli rəyi verilmişdir. X6 ilə X7 arasında nikah 04.10.2002-ci ildə Bakı şəhəri Əzizbəyov rayon WADQ şöbəsində 506-cı sayla qeyd edilmişdir. Birgə nikahdan 16.07.2003-cü ildə X13 və 03.07.2005-ci il tarixində X14 adlı övladları anadan olmuşdur. 21.01.2008-ci il tarixində X17 ilə X7 arasında nikah pozulmuşdur. 2009-cu ildə X7 ona qarşı Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küç, ev 4, 22 saylı mənzilə istifadə hüququ tanımaqla, istifadə qaydaları müəyyən edilməklə köçürülmə, mənzilin bölünməsi, şəxsi hesabın ayrılması və icarə müqaviləsinin bağlanmasına dair iddia ərizəsi ilə Əzizbəyov Rayon Məhkəməsinə müraciət etmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2(003)- 204/2009 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, X8 uşaqları ilə birlikdə Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 saylı mənzilə köçürülməsi qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. X4 tərəfindən X1 Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(0031-627/2019 saylı qətnaməsinə əsasən iddia tam təmin edilmiş, cavabdeh X1 Bakı səhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 mənzilinə istifadə hüquqlarına xitam verilmişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5272/2020 saylı qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiva şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(003)-627/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda sözügedən mənzil DƏDRX-nin 17.05.2021-ci il tarixli çıxarışı əsasında onun mülkiyyətindədir. X8 uşaqları ilə birlikdə qətnamə güvvəyə mindiyi gündən bu günə qədər sözügedən mənzildə yaşamamışdır. Cavabdehlər evin pasport qeydiyyatından çıxmamaqla bərabər onu əlavə kommunal xərclər ödəmək məcburiyyətində qoymuş və həmin şəxslərin həmin ünvanda formal qeydiyyatda olması onun hüquqlarını məhdudlaşdırmışdır. Həmçinin, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(003)-752/2021 saylı qətnaməsinə əsasən, X5 məxsus əşyaları sözügedən mənzildən çıxarılmışdır. Qeyd olunanlara əsasən, cavabdehlərin ünvan 1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və qanuni nümayəndə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.05.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 112 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21.08.2021-ci il tarixli 211 nömrəli arayışdan görünür ki, hazırkı iş üzrə tərəflər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2-8/2008 nömrəli 21 yanvar 2008-ci il tarixli qətnaməsinə əsasən, X7 ilə X17 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 627/2019 saylı 12.03.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X1 ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 752/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 məxsus əşyaların ünvan 1 ünvanından çıxarılması qərara alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, cavabdehlər iddiaçının və onun qardaşının ailə üzvü olmaqla mübahisəli evə dair istifadə hüququ əldə etmişlər. Hazırda isə iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş edir. Hazırkı iş materiallarından müəyyən olunur ki, cavabdehlərin mübahisəli evdə istifadə hüququ doğulduqları vaxtdan, müvafiq olaraq 2003 - 2005-ci ildə, yəni 2000-ci ildən sonra əldə etmişlər və həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçının mülkiyyətində olmamışdır. Hazırda isə cavabdehlərin 18 və 15 yaşları var. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, 07.03.1973-cü il tarixli orderə əsasən, Bakı şəhəri, Buzovna qəs, A.Mirzəyev küç, ev 4, mən 22 mənzili iddiaçının atası, cavabdehlərin isə babası olan X11 4 nəfər ailə üzvü ilə birlikdə iş yeri üzrə verilmişdir və həmin vaxt cabadehlərin atası 4 nəfər ailə üzvündən biri olmuşdir. Bundan sonra isə X9 vəfat etməsi ilə əlaqədar olaraq sözügedən mənzilin icarə müqaviləsi iddiaçının anasının, cavabdehlərin isə nənəsinin adına rəsmiləşdirilmişdir. Cavabdehlərin atası X17 ilə anası X7 arasında nikah 04.10.2002-ci ildə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində 506-cı sayla qeydlə bağlanmış və birgə nikahdan 16.07.2003-cü ildə X13 və 03.07.2005-ci il tarixində X14 adlı övladları anadan olmuşdur. 21.01.2008-ci il tarixində X17 ilə X7 arasında nikah pozulmuşdur. Bundan sonra, yəni 2009-cu ildə X7 iddiaçıya qarşı Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küç, ev 4, 22 saylı mənzilə istifadə hüququ tanımaqla, istifadə qaydaları müəyyən edilməklə köçürülmə, mənzilin bölünməsi, şəxsi hesabın ayrılması və icarə müqaviləsinin bağlanmasına dair iddia ərizəsi ilə Əzizbəyov Rayon Məhkəməsinə müraciət etmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-204/2009 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, X8 uşaqları ilə birlikdə Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 saylı mənzilə köçürülməsi qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. X4 tərəfindən X1 Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(0031-627/2019 saylı qətnaməsinə əsasən iddia tam təmin edilmiş, cavabdeh X1 Bakı səhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 mənzilinə istifadə hüquqlarına xitam verilmişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5272/2020 saylı qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiva şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(003)-627/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda sözügedən mənzil DƏDRX-nin 17.05.2021-ci il tarixli çıxarışı əsasında onun mülkiyyətindədir. Məhkəmə hesab edir ki, cavabdehlərin anasının Bakı səhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 4, 22 mənziliə dair istifadə hüquqlarına xitam verilməsi hazırkı iddia üzrə cavabdehlərin də, həmuin mənzillə olan istifadə hüquqlarına xitam verilməsi üçün qanuni əsas hesab edilə bilməz. Belə ki, işin yuxarıda sadalanan hallarına əsasən məhkəmə hesab edir ki, hüquq münasibətləri 2000-ci ildən sonra yarandığı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməklə iddia bu hissədə öz hüquqi həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarından görünür ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq, hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsində hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-258/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-258/2022
16.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver