Məhkəmə qərarları › İş №2(003)-258/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-258/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-258/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 qızı ona məxsus yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cı il tarixli, 887 saylı əmrə əsasən Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən 0,07 ha torpaq sahəsi X7 fərdi ev tikmək məqsədi ilə verilmişdir. X10 ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən Ü,07 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini həyat yoldaşı X6 22 dekabr 2012-ci il tarixdə 6.000 manata satmış və bu barədə C.A.Məsimova Bakı şəhəri, 31 saylı notariat kontorunda etibarnamə vermişdir. Həyat yoldaşı Cabir Məsimov 2013-cü ilin əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən 0,05 ha torpaq sahəsi üzərində 3 otaqdan və 4 otaqdan ibarət bir mətrəbəli fərdi yaşayış evlərini tikmişdir. xx.xx.2016-cı il tarixdə oğlum X5 Nərmin Zaur qızı ilə nigaha girdikdən sonra Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş və ümümi nigahdan xx.xx.2016-cı il tarixdə X20 və xx.xx.2017-ci il tarixdə X15 anadan olmuşdur. O, ona məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 13 may 2016-cı il tarixdə manata X2 sonra mənzilin satışından əldə etdiyiyi 48.000 manat puldan həyat yoldaşı X8 2012-ci ilin əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən 0,05 ha torpaq sahəsi üzərində 3 otaqdan ibarət və 4 otaqdan ibarət tikdirdiyi bir mətrəbəli fərdi yaşayış evlərin təmirinə xərcləmişdir. Həyat yoldaşı X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 nigahın pozulması, uşaqların ananın himayəsinə verilməsi, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi, 470 manat məbləğində alimentin tutulması və xx.xx.2016-cı il təvəllüdlü X13 xəstəliyinə görə müalicə aldığı müddətdə 100 manat pul vəsaitinin onun xeyrinə tutulnması tələbi ilə Xəzər rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Xəzər rayon məkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2182/2024 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti MMC tərəfindən xx.xx.2014-cü il tarixli hesabat cədvəlindən görünür ki, Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən 0,05 ha torpaq sahəsi üzərində tikdirdiyimiz 3 otaqdan ibarət bir mətrəbəli fərdi yaşayış evi 14448,0 AZN qiymətləndirilmişdir. Xəzər rayon İHB-nın Binə Qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5- 12-6/2-326/2-24 saylı məktubdan ğötünür ki, İddiaçı 2012-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən yerləşən nömrəsiz evdə qeydiyyatsız yaşayır. Asan 5-dən verilimiş xx.xx.2024-cü il tarixli, ******* №-li arayışdan görünür ki, X19 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 168 ünvanında yerləşən Hərbi Şəhərdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsindən daxil olmuş arayışdan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh3 Salyan rayonu, Salyan şəhəri, Heydər Əliyev prospekti ev 115, mənzil 7-də qeydiyyatdadırlar. 13 may 2016-cı il tarixli AN-1, ******* Nh alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 13 may 2016-cı il tarixdə manata X11 48.000 manafa satmışdır. Yuxarıda qeyd etdiyi kimi həyat yoldaşı X8 22 dekabr 2012-ci il tarixdə qeyd edilən ünvanda 0,5 sot torpaq sahəsini almış və biz birgə nikah dövründə yəni 2014-cü il tarixədək orada 3 otaqlı ev tikməklə yaşamışlar. Həyat yoldaşı vəfat etdikdən sonra da evfin faktiki sahibi olmaqla ev təsərrüfatını idarə edir. Cavabdeh oğlu ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq evlənsələr də bir-biriləri ilə yola getməmiş və eləcə də cavabdeh onunla də yola getməmiş, tez-tez evdə müxtəlif bəhanələrlə münaqişələr yaratmışdır. Münaqişələrlə bağlı polis orqanlarında da araşdırılmalar aparılmışdır. Hazırda Cavabdeh1 valideynlərini, yəni, atası Cavabdeh2 və anası Cavabdeh3 da gətirib evində yerləşdirməklə aralarında olan münaqişələri daha da dərinləşdirməyə çalışır. Ona görə də məhkəməyə müraciət edib nikahlarını məhkəmə qaydasında pozmuşlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 qızı ailə üzvüm deyildir, onlarla birgə təsərrüfat aparmır. Belə olan halda yuxarıda qeyd etdiyi maddi hüququ normalarının tələblərinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 qızı mənə məxsus yaşadığım Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus yaşadığım Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmənin iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsini 2012-ci ildə onun mərhum əri 6000,0 maata almışdır. Torpaq sahəsində 2 fərdi yşayış evi mövcuddur. İlk əvəllər onlar torpaq sahəsində olan 3 otaqlı evi 2013-cü ildə tikib mərhum əri ilə orda yaşamılşlar. Hal-hazırda həmin evdə yaşayış yoxdur. Həmin 3 otaqlı evdə yaşaya yaşaya hazırki mübahisəli fərdi yaşayış evini tikmişlər. Ev tam hazır olmadığından Əhmədli qəsəbəsində ona məxsus 2 otaqlı mənzili 2016-cı ildə satdıqdan sonra hazır ki, mübahisəli fərdi yaşayış evinin təmir etdirmişdir. Mübahisəli fərdi yaşayış evinin kamunalları onun adınadır. Gəini faktiki olaraq həmin evdə yaşamır. Amma istədiyi vaxtda və saatda evə gəlib gedir. Amma qalmır. Məhkəmənin iclasında İddiaçı nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirdi ki, mübahisəli fərdi yaşayış evi iddaçıya və onun mərhum ərinə məxsus olmuşdur. Mübahisəli fərdi yaşayış evi cavabdeh iddiaçının oğlu ilə ailə qurmamışdan əvvəl tikilmişdir. Cavabeh faktiki olaraq mübahisəli mənzildə yaşamır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, hamilə olanda mübahisəli fərdi yaşayış evi tikilmişdir. Həmin evdə yaşayır. Söz söhbət olanda atası evinə gedir. Uşaqlar atasının evinə yaxın 326 saylı orta məktəbə gedirlər. Atsının yanında yaşayır. Son 1 aydı mübahisəli evdə yaşayır. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər - Abşeron rayonu, Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cı il tarixli, 887 saylı əmrə əsasən Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən 0,07 ha torpaq sahəsi X7 fərdi ev tikmək məqsədi ilə verilmişdir. - Bakı şəhəri 31 saylı notariat kontorunda verilmiş xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən X10 ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən Ü,07 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini həyat yoldaşı X6 22 dekabr 2012-ci il tarixdə 6.000 manata satmışdır. - AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən” görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 13 may 2016-cı il tarixdə 48.000,0 manata X3. - Xəzər Rayon Məkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2182/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh X19 arasında 29..02.2016-cı il tarixdə 2 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 146 nömrə qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X20 və xx.xx.2017-ci il təvəllüdlü X15 anası Cavabdeh1 yanında saxlanılmış, X12 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X20 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 200,0 manat olmaqla, ümumilikdə 400,0 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 ödənilməsi, X12 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X13 müalicəsi ilə bağlı 70,0 manat əlavə xərc tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası "xxxx" MMC X28 Şəxslərin Mülkiyyətinə Aid Əmlakın Qiymətləndirilməsi Və X1 Hesabat Cədvəlinin sürətindən görünür ki, Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxası ərazidə yerləşən 0,05 ha torpaq sahəsi üzərində tikdirdiyimiz 3 otaqdan ibarət bir mətrəbəli fərdi yaşayış evi 14448,0 AZN qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər RİH Başçısının Binə qəsəbəsi Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 2012-ci il tarixdən Bakı şəh. Xəzər r. Binə q, BEA zavod arxası ünvanında yerləşən evdə qeydiyyatsız yaşayırlar. - 5 saylı Bakı “Asan Xidmət mərkəzi” tərəfindən verilimiş xx.xx.2024-cü il tarixli, ******* №-li arayışdan görünür ki, X19 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 168 ünvanında yerləşən Hərbi Şəhərdə qeydiyyatdadırlar. - "xxxx" ASC-nin abunə haqqında sadosundan görünür ki, mübahisəli ünvana məxsus **********90824 saylı işıq sayğacı İddiaçı adınadır - “Azəriqaz” İB-nin abonent saldosundan görünür ki, mübahisəli ünvana məxsus **********01090 saylı qaz sayağacı İddiaçı adınadır Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu Binə Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il 2002 nömrəli arayışdan görünür ki, onun həyat yoldaşı mərhum X4 qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində istifadəsində olduğu 500kv.m torpaq sahəsinin və üzərində inşa etdiyi 1 mərtəbəli fərdi yaşayış evuniin vergisini 2013-cü idən 2020-ci ilə kimi ödəmiş, 2020-ci ildən sonra isə qeyd olunmuş torpaq və əmlak vergisi özü tərəfindən ödənilmişdir. Mübahisəli ünvana yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvanda iki yaşayış evi mövcuddur. Həmin yaşayış evləri bir hasar daxilində olan torpaq sahəsində ayrı-ayrılıqda olmaqla, birinci evdə yaşayış mövcud deyil. Mübahisəli əmlak hal-hazırda iddiaçının yaşadığı evdir. Mübahisəli ev girişdən birinci evdir. İddiaçı ikinci evdə yaşayır. Fərdi yaşayış evinin daxilinə baxış keçirilərkən evin 4 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət olduğu müəyyən olunmuşdur. Otaqlardan birində yataq mebel dəsyi olmaqla yaşayış üçün hər hansı ləvəzimatlar mövcu eyil. Otaqlardan ikincisində iddiaçının deiyinə görə cavabdehə məxsus cehiz əşyalarının bir hissə mövcudur. Qeyd ilunan əşyalar istifadə olunmamaqla düzənsiz formada otaqda döşəməyə düzülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. Cavabdehi də tanıyır. İddiaçının mərhum əri Cabir mübahisəli evin yerləşdiyi torpaq sahəsini 2012-ci ildə almışdır. Həmin torpaq sahəsində 2013-cü ildə ev tikilmişdir. Evin tikilməsi zamanı usta kimi evin tintisində iştirak etmişdir. Cavabdeh mübahisəli evə gələndə mübahisəli ev tam hazır idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi Belə ki, baxılan iş üzrə isə cavabdehin iddiaçının keçmiş gəlini olması, idiaçının oğlu ilə gəlninin nikaha girdikdən bir müddət sonra 2016-cı il tarixdə mübahisəli mənzilə köçərək həmin mənzildə yaşadığı onların bu nikahlarının xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2182/2024 saylı qətnaməsi ilə ləğv edilməsi, mübahisəli evin işıq və qaz sayğacları iddiaçının adına olması işin mübahisəsiz halıdır. Eyni zamandan məhkəmə iclasında müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi 2013-cü il tarixdə alınmış, həmin torpaq sahəsinin bələdiyyə vergiləri 2013- 2020-ci il tarixlərdə iddiaçının mərhum əri, 2020-ci il tarixdən hal-hazıradək iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 13 may 2016-cı il tarixdə satmışdır və onun puluna mübahisəli ev təmir etdirmişdir. Cavabdeh iddiaçıya məxsus olan mübahisəli evdə yaşayır. Cavabdeh həmin mənzildə qeydiyyatda deyildir. İddia tələbi isə evdən çıxarılmadır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir. Qanunvericilikdə isə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Halbuki, Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir ki, bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, həmin fərdi yaşayış evinin onun və mərhum əri tərəfindən tikilməsi və təmir edilməsi sübuta yetirilmişdir. Qeyd olunan evin yerləşdiyi torpaq sahəsinin vergilərinin onun tərəfindən ödənilməsi, komunal ayğacların iddiaçının adına olması torpaq sahəsinin cavbdehin idiaçının oğlu ilə nikahlarından əvvəl əldə olunması bu halları sübut edir. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Cavabdeh tərəfindən mübahisə predmeti olan mənzilin onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin sahibi olduğundan, cavabdehin həmin mənzilə istifadə hüququ və həmin mənzildə yaşamasının hər-hansı qanuni əsası olmadığından və cavabdeh hazırda iddiaçının sahibliyində olan evdə yaşadığından iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən nömrəsiz fərdi yaşayış evinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan sahiblik hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır və cavabdeh həmin mənzildən çıxarılmalıdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən nömrəsiz fərdi yaşayış evinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan sahiblik hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, qətetdi: İddia tələbi təmin olunsun . Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, BEA zavod arxasında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar