Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2586/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 2000-ci ildə anadan olmuşdur. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 aprel 2022-ci il tarixində verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən doğum haqqında şəhadətnamənin soyad qrafasında Qədirova, ata adı qrafasında isə İdrus qeyd edilmişdir. Qeyd etmək istəyir ki, İdrus Qədirov ümumiyyətlə onu böyütməmiş , tərbiyyə etməmiş və onunla birlikdə ümumiyyətlə yaşamamışdır, körpəlikdən onu anası Aynurə Məmmədova böyütmüş və tərbiyyə etmişdir. Daha sonra anası X6 2008-ci ildən X2 ilə ailə həyatı qurmuş və faktiki nikahda olmuşlar. Qeyd edir ki, 2008-ci ildən etibarən onu anası Aynurə və Gholamzadegan Abolfazi böyüdüb və tərbiyə etmişdir. *3 yanvar 20*7-ci il tarixində anası X6 və Gholamzadegan Abolfazl oğlu arasında rəsmi nikah qeydə alınmış və anası Aynurəyə Gholamzadegan soyadı verilmişdir. Hazırda onun 23 yaşı vardır və soyadının, ata adının dəyişdirilməsinə zərurət yaranmışdır. Bu məqsədlə Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şövbəsi *9 avqust 2022-ci il tarixli imtinasından, adın və soyadın dəyişdirilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsindən X* həqiqətən onu tərbiyə etməsi faktını təsdiq eden sənəd tələb olunmuşdur. Odur ki, hüquqi faktın müəyyən edilməsi barədə erizə ilə Xəzər Rayonu Məhkəməsinə müraciət etmək zərurəti yaranmişdir. Yuxarıda göstərilənlərə əsasən Ərizəçi X4 oglunun tərbiyə etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5, bildirdi ki, o ərizəçinin nənəsidir. Nəvəsi öz doğma atası ilə birgə yaşamıçdır. Ərizəçini X2 öz qızı kimi tərbiyyə edərək böyütmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 öz ifadəsində bildirdi ki, o ərizəçinin dayısıdır. Ərizəçini X2 öz qızı kimi tərbiyyə edərək böyütmüşdür. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs *9.08.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Ərizəçi X* həqiqətən onu tərbiyə etməsi faktını təsdiq eden sənəd tələb olunmuşdur, lakin təqdim edilməmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər RİH, Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən verilmiş 557 saylı xx.xx.2023-cü il tarxli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə bağ 2450 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqda şəhadətnamənin sürtindən görününr ki, X2 ilə X6 ilə *3.0*.20*7-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və 82 sayla qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Gholamzadegan soyadı verilmişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.*. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.*.*. maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.*. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, Ərizəçi ona X4 oglunun tərbiyə etməsi faktının müəyyən edilməsi Maraqlı şəxsnə müraciət etmiş, lakin bundan imtina olunmuşdur. Buna görə də ərizəçi haqlı olaraq mövcud hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin təmin olunmaması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk olaraq məhkəmə qeyd edir ki, ərizəçi öz ərizəsində bioloji atası ilə əlaqəsi olmadığını, heçvaxt ata qız münasibətlərinin olmadığını, anasının ərinin onu böyütdüyünü bildirərək ərizədə qeyd olunan faktın məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin qeyd etdiyi faktlara və şahid ifadələrinə əsasən ərizəçinin X2 tərəfindən böyüdüldülməsi tam təstiqini tapmişdir, lakin bu faktın məhkəmə orqanı tərəfindən müəyyən edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Göründüyü kimi, ərizəçinin kim tərəfindən tərbiyyə edilməsi hüquqi cəhətdən hüquqi əhəmiyyəti olan fakt kimi qəbul edilə bilməz, o cümlədən “tərbiyyə edilmə” özü-özlüyündə hüquqi fakt olması mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilə bilməz. Hazırki iş üzrə ilkin mülkiyyət hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi kimi, onun tərkib hissəsi olan “tərbiyyə edilmə” faktının məhkəmə qaydasında fakt kimi müəyyən edilməsindən də söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesba edir ki, hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X4 oglu tərəfindən tərbiyə edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2586/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2586/2023
11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver