Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-259/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması” və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyətdən pay hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş qanunsuz çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus evdə istifadə etmək və yaşamaq hüququna son qoyulmaqla evdən çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar sözügedən mənzili həyat yoldaşı X12 ilə birgə adlarına olan evləri satıb gəlini və oğlu ailə həyatı qurmamışdan üç-dörd il əvvəl tikib, başa gətirib hazır etmişlər. Evin tikildiyi torpaq ərazisinə isə xx.xx.2000-ci il tarixli № 1957 Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş sərəncam vardır. Həmin sərəncama əsasən xx.xx.2002-ci il tarixdə ünvan 1 “A”, mənzil 19 ünvanında yerləşən ona məxsus olan evi № 148604 saylı müqaviləyə əsasən o dövrün məzənnəsinə görə 39.000.000 (otuz doqquz milyon) manat pul alaraq evin tikintisinə başlamışlar. Bundan sonra evin içəri hissələrində yaşayışa yararlı vəziyyətə gətirmək və təmir etmək məqsədi ilə həyat yoldaşı X8 adına olan ünvan 2 “A”, mənzil 30 ünvanında yerləşən mənzili № 193966 saylı müqaviləyə əsasən o dövrün məzənnəsinə görə 49.000.000 (qırx doqquz milyon) manata sataraq evin bütün təmir işlərini başa çatdıraraq evi bugünki vəziyyətə gətirib çıxarmışlar. xx xxxxxx 2020-ci il tarixdə ilkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyətdən pay hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş qanunsuz çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia qaldıraraq, cavabdeh İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarış qeyri-qanuni olduğundan ləğv edilməsi, Xəzər rayonu, X19 qəsəbəsində L.Starçuk küçəsi, ev 104C ünvanında yerləşən 1 mərtəbəli 5 otaqlı mənzilə xx.xx.2006-cı il tarixdə gəlin köçməyini, cavabdehin oğlu ilə birlikdə orada yaşamaqları ilə yanaşı, birgə təsərrüfat apararaq həmin evdə əsaslı yenidənqurma, tikinti-təmir işlərini həyata keçirmələri nəzərə alaraq həmin evin ümumbirgə mülkiyyət kimi tanınaraq payların müəyyən olunmasına, pay hüquqlarının və istifadə hüquqlarının tanınmasına (Cavabdeh1, Cavabdeh2, qızları xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3) və ümumi paylı mülkiyyətli yeni çıxarış verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılılı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2006-ci il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşlar. Ailə qurduqdan sonra Xəzər rayonu, X19 qəsəbəsi, L.Starçuk küçəsi, ev 104C ünvanında yerləşən 1 mərtəbəli 5 otaqlı evinə gəlin köçmüşdür. Cavabdeh həyat yoldaşının valideyni İddiaçı qeyd olunan mübahisəli mənzilin mülkiyyətçisidir. Lakin, cavabdeh o, həyat yoldaşı və azyaşlı övladı da daxil olmaqla onları həmin evdən dəfələrlə qovmuş yaşamaqlarına dəfələrlə suni əngəllər yaratmışdır. Onlar başqa yaşayış yerləri olmadığı üçün bu hal dəfələrlə təkrarlandıqca məcburiyyətdən geri qayıtmışlar. Lakin, sonuncu dəfə evdən o və ailəsi qovulduqdan sonra evin qapısının kilidini dəyişdirmiş və nəticədə onlar evə daxil ola bilməmişlər. Həmin evin 3 otağında onun cehiz əşyalarının və ailə üzvlərinin və ən əsası azyaşlı övladının gündəlik istifadə edilən əşyaları qalmışdır. Qeyd olunan mübahisəli mənzilə gəlin köçdüyü vaxtdan cavabdehin oğlu ilə birlikdə orada yaşamışlar, birgə təsərufat apararaq həmin evdə əsaslı yenidənqurma, tikinti-təmir işlərini həyata keçirmişlər. Həmin mənzil onun və həyat yoldaşının vəsaiti hesabına əsaslı tikinti quraşdırma işləri həyata keçirilmiş, təmir olunmuşdur. Çünki qaynanam tibb bacısı kimi çalışır. X11 öz ərizəsində bildirmişdir ki, evini satıb hal-hazırda bu evi tikib, ancaq bu yalandır. X11 evi satıb 2001-ci ildə həyat yoldaşının işi ilə bağlı xərclənib, hansı ki AR Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Qaynanasının tibb bacısı maaşı ilə evin tikilməsi mümkün ola bilməz. Qaynatası isə o, ailə qurandan işləmirdi, 2016-cı ildən əmək pensiyasına çıxmışdır. Qaynatası isə məhkumluğu olduğu üçün faktiki heç yerdə işləməyib. Yəni onun gəlir yeri olmamışdır. Həmin mübahisəli mənzil gəlin köçdüyü müddətdə, öz başına tikili olmuş və heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Lakin sonradan cavabdeh həmin evə onların qeydiyyatları alınmadan qanunsuz yollarla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2018-ci il tarixli № ******* həmin mənzilə çıxarış almışdır. Yaranmış problemlə əlaqədar o və ailə üzvləri qeyd olunan mübahisəli mənzilə köçürülmələri ilə əlaqdar aidiyyatı üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri, Xəzər rayon məhkəməsi 2(003)-3414/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə o və azyaşlı uşağı (xx.xx.2007–ci il təvəllüdlü Cavabdeh3) ilə birlikdə Bakı şəhər, Xəzər rayonu, X19 təzə sahədə (bina 006, mənzil 0100) yerləşən 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin cehiz əmlaklarının yerləşdiyi üç otağa köçürülmüşlər. Həmin qətnamədə müəyyən edilmişdir ki, həqiqətən onların qeyd olunan yaşayış sahəsindən başqa yaşayış yerləri yoxdur və mübahisəli mənzilə gəlin köçdüyü vaxtdan cavabddein oğlu ilə birlikdə orada yaşamışlar, birgə təsərrüfat apararaq həmin evdə əsaslı yenidənqurma, tikinti-təmir işlərini həyata keçirmişlər. Eyni zamanda əvvəlki Məhkəmə prosesində yalançı şahidlər X11 tərəfindən məhkəməyə dəvət edilərək (vəsatət) yalançı ifadələr verilməyə cəhd edilmişdir. Bunun yalan olması isə məhkəmə prosesində sübut olunmuşdur. Qaynanası dəfələrlə polis orqanlarına ona və ailəsinə şər atıb ləkələmək üçün cəhd etmişdir. Eyni zamanda daim qaynanası və qaynatası tərəfındən ailələrinə təzyiqlər edilmişdir. Bundan başqa əvvəlki məhkəmə proseslərindən xəbərsiz olmağının səbəbi qaynanasının bütün bildirişlərin gəlməsini ona qəsdən bildirməməsi və gizlətməsi olmuşdur. Bundan başqa əvvəlki məhkəmə icraatında həmin tikili özbaşına tikili kimi tanınmışdır. Cavabdeh X3rın qeydiyyatı olmadan həmin mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən xx.xx.2018-ci il tarixli, № ******* əldə etdiyi çıxarış qanunsuzdur, çünki o, həmin evə gəlin köçəndən həmin evdə yaşamış, ailəsi ilə birgə-təsərrüfat apararaq həmin mənzildə təmir-tikinti işləri aparmışdır. Hal-hazırda onun və ailəsiin həmin mənzildən başqa yaşamağa yeri yoxdur, cavabdeh bizi hər dəfə payımız olan mülkiyyətdən (evdən) çıxaranda o, həyat yoldaşı və azyaşlı övladı küçədə qalmalı olurlar. Bu isə onun və ailəsinin haqqı olan mülkiyyətdən istifadə hüquqlarının pozulması deməkdir. Həmin mənzilə gəldiyi ilk gündən həmin mənzildən pay hüququ yaranmış, lakin Lilliya Məmmədova dövlətin qanunlarını pozaraq çıxarış əldə etmiş, onun və ailəsinin həmin mülkiyyətə olan pay hüquqlarını mənimsəmişdir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş cavabdeh X6 adına verilmiş mülkiyyətə dair çıxarış ləğv olunmalı, onun və ailəsinin mülkiyyətçi hüquqları qeyd olunmaqla yeni çıxarış tərtib olunmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsi, qarşılıqlı iddia tələbiin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsi, qarşılıqlı iddia tələbiin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdehlər mübahisəli evdən çıxmalarına razıdır, lakin ilkin iddia tələbində qeyd edilən 10.000 manat kompensasiya məbləği çox azdır. O, ailəsilə birlikdə 5 otaqlı mənzildə yaşayır. Mənzil strateji cəhətdən əlvərişli yerdə yerləşir və həmin ərazidə eyni formalı evin aylıq kirayə haqqı 550-560 manat arasındadır. Kompensasiya məbləği 20.000- 25.000 manat olduğu təqdirdə iddia tələbinin təmin edilməsinə etiraz etmirlər. İddia ərizəsində qeyd edilən 10.000 kompensasiya ağlabatan məbləğ deyil. Bundan başqa evin təmir edilməsinə xərc çəkmiş, həyətdə su quyusu inşa etdirmişdir. Qeyd edilən kompensasiya məbləği ilə özünü və ailəsini hər-hansı sığınacaqla təmin edə bilməz. Bu səbəbdən də ilkin iddia tələbinin 20.000- 25.000 manat kompensasiya məbləği ödənilməklə təmin edilməsi barədə qətanmə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Hüseynlə uşaqlıq dostudur. 2000-2001-ci illərdə Hüseynin atası tutulmuşdu. Atasının məsələsini həll etmək üçün evlərini satdılar. Pulun bir hissəsini atasının işinə sərf etdilər. Digər hissəsi ilə torpaq aldılar. Torpaq alınmasında iştirak etmişdir. Atası həmin zaman dustaq idi. Sonradan Hüseynin atası həbsdən çıxdı və birlikdə evi inşa etdilər. Sonra Hüseyn evləndi və şəhərdə ayrı yaşadı. Daha sonra Hüseyn yenidən atasıgilə qayıtdı. Bacısının qızılları ər əvində qalıb. Bacısı döyülüb evdən çıxıb, lakin qızılları orda qalıb. Hadisə 2018-ci il tarixində baş vermişdir. İkinci mərtəbədə olan ev Hüseynə, beşinci mərtəbədə olan ev isə valideynlərinə məxsus idi. Hər iki ev satıldı və əldə olunan pul Hüseynin atasına və evin tikilməsinə xərclənmişdir. Hüseyn evlənəndən sonra evin iç hissəsi təmir olunmuşdur. Evin tikilməsində və təmir olunmasında Hüseynlə birlikdə iştirak etmişdir. 7-ci mikrorayonda yaşayır. Hüseyngilin satdıqları ev 244-ün arxasında olan evlər idi. Binanın bir blokunda 2 ev var idi. Əvvəl boş torpaq sahəsi alınmışdır. Sonradan hasara alınmış və ev tikilmişdir. Evin tikintisi nə vaxt bitməsi və nə vaxt təmir edilməsini dəqiq deyə bilmir, təxminən 2001-2002-ci il tarixdə torpaq sahəsi alınmışdır. 2015-ci ildə hazırda yaşadıqları evə köçdülər. Köçəndən 1 il sonra münasibətlər korlanmağa başlamışdır. Torpaq sahəsi alınan zaman çıxarışı yox idi. Sonradan torpaq sahəsi sənədləşdirilmişdir. Çıxarışın kimin adına olmasını bilmir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 104C saylı ev xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 1957 saylı, xx xxxxxx 2000-ci il tarixli sərəncamın surətindən görünür ki, Əzizbəyov Rayon İHB-nin Şüvəlan qəsəbəsindəki nümayəndəsinin 276 saylı, xx.xx.2000-ci il tarixli baxılmış və Bakı şəhər XDS İK-nin 13-713 saylı, xx xxxxxxx 1989-cu il tarixli qərarı rəhbər tutularaq ünvan 4 ünvanında yaşayan İddiaçı Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 148604 saylı, xx.xx.2002-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, 7-ci mkr ünvanında olan 28A saylı evin, 19 saylı mənzili İddiaçı 39.000.000 (keçmiş Azərbaycan manatı) manata X2. İş materiallarında olan 193966 saylı, xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, 7-ci mkr ünvanında olan 28A saylı evin, 30 saylı mənzili X12 49.000.000 (keçmiş Azərbaycan manatı) manata X1. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-3414/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 azyaşlı uşağı (xx.xx.2007-ci ildə təvəllüdlü Cavabdeh3) ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, X19 təzə sahədə (bina 0006, mənzil 0010) yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin cehiz əmlaklarının yerləşdiyi üç otağına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxxxxx” MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB 13/094 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanında və ona yaxın ətrafda yerləşən 3 otaqlı fərdi yaşayış evinin 2020-ci il fevral ayına olan orta bazar kirayə qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 200 (iki yüz) – 250 (iki yüz əlli) manat arası təşkil edir. İş materiallarında olan “X15” MMC tərəfindən verilmiş MB #_200901_ saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanında xx xxxxxxxx 2020-ci il tarixinə olan mövsümdən asılı olaraq aylıq icarə dəyəri 550 (beş yüz əlli) – 560 (beş yüz altmış) manat arası təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert hesabından görünür ki, ünvan 6 ünvanında xx xxxxxxxx 2020-ci il tarixinə olan aylıq icarə dəyəri 558 (beş yüz əlli səkkiz) manat arası təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 104C saylı ev xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı məxsusdur. İlkin iddia üzrə cavabdeh iddiaçının gəlinidir. İlkin iddia üzrə cavabdeh və onun azyşalı uşağı ünvan 3 ünvanında yerləşən 104C saylı evə məhkəmə qətnaməsi əsasında köçürülmüşlər. İlkin iddia üzrə cavabdehin həmin evə istifadə hüququ vardır və hal-hazıra kimi ailə üzvləri ilə birlikdə sözügedən evdə yaşayır. İlkin iddia üzrə iddiaçı 10.000 manat kompensasiya verilməklə ilkin iddia üzrə cavabdehin və onun azyaşlı uşağının ünvan 3 ünvanında yerləşən 104C saylı evə olan istifadə hüququna xitam verilməsini və evdən çıxarılmasını istəyir. İlkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi isə iddiaçı tərəfindən təklif edilən 10.000 manat kompensasiya məbləği ilə razılaşmayaraq həmin məbləğin az olduğunu və həmin pula ailəsi və azyaşlı uşağı ilə birlikdə yaşamaları üçün hər-hansı sığınacaq əldə edə bilmədiyini, eyni zamanda evin təmir edilməsinə xərc çəkdiyini və həyətdə su quyusu inşa etdirdiyini, 20-25.000 manat arasında kompensasiya məbləği verildiyi təqdirdə iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsininşərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarına göstərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir».” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarına göstərilmişdir ki, “qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Avropa İnsan hüquqları Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarına göstərilmişdir ki, “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. İddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir.” Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh və onun azyaşlı uşağı ünvan 3 ünvanında yerləşən 104C saylı evə istifadə hüquqları mövcuddur və hal-hazıra kimi ailəsi və azyaşlı uşağı ilə birlikdə sözügedən evdə yaşayır. İlkin iddia üzrə iddiaçı isə 10.000 manat kompensasiya ödənilərək cavabdehin ünvan 3 ünvanında yerləşən 104C saylı evə olan istifadə hüququna xitam verilməsini və ilkin iddia üzrə cavabdehin azyşalı uşağı ilə birlikdə həmin evdən çıxarılmasını istəyir. Lakin məhkəmə iclasında izahat verən iddiaçı ünvan 3 ünvanında yerləşən 104C saylı evin yerləşdiyi ərazidə eyni şəraitli yaşayış evlərinin aylıq kirayə haqqının 200-250 manat təşkil etdiyini bildirmiş və buna dair qiymətlədirmə şirkətinin arayışını məhkəməyə təqdim etmişdir. İş materiallarında olan ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iki fərqli qiymətləndirmə şirkəti tərəfindən verilmiş arayışdan və hesabatdan görünür ki, ünvan 3 ünvanında yerləşən 104C saylı evin yerləşdiyi ərazi üzrə xx.xx.2020-ci il tarixə aylıq icarə haqqı 550-560 manat təşkil edir. Bundan başqa ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi ilkin iddia üzrə iddia tələbini qismən qəbul etdiyini lakin, iddiaçı tərəfindən təklif edilən 10.000 manat kompensasiya məbləğinin az olduğunu, kompensasiya məbləği 20-25.000 manat arasında olduğu təqdirdə iddia tələbini tam qəbul edəcəklərini bildirmişdir. İlkin iddia üzrə iddiaçı razılıq əldə etmək üçün ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsinə 12.000 manat məbləğində kompensasiya verə biləcəyini bildirmiş, lakin ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi minimal 20.000 manat məbləğində kompensasiya məbləği veriləcəyi təqdirdə iddia tələbini qəbul edəcəklərini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə Cavabdeh1 təklif edilmiş 10.000 manat kompensasiya məğləği ağlabatan məbləğdir. Belə ki, həmin məbləğlə cavabdeh və onun azyaşlı uşağı eyni şəraitli evlə özlərinin yaşamaq hüquqlarını müəyyən müddət ərzində təmin edə biləcəklər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyətdən pay hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş qanunsuz çıxarışın ləğvi” tələbinə dair iddiasına dair qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar vermiş olduqları iddia üzrə qeyd edilənləri təmin edilməsi üçün hər-hansı mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı “kompensassiya verilməklə yaşayış sahəsinə hüququnun itirilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyətdən pay hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş qanunsuz çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun azyaşlı uşağı xx xxxxxx 2007-ci il təvəllüdlü Cavabdeh3 10000 (on min) manat kompensasiya verilməklə ünvan 3, ev 104 ünvanına olan istifadə hüquqlarına xitam verilsin və onlar həmin evdən çıxarılsınlar. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-259/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-259/2020
18.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver