Məhkəmə qərarları › İş №2(003)-2600/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2600/2025

23.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2600/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (əri) X2 məhkəmə iclasında göstərdi ki, iddiaçı işə düzəlmək üçün məşğulluq mərkəzinə müraciət etmişdir. Lakin orada müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də qeydiyyatçı vəzifəsində göstərilmişdir. İddiaçı 3 il ərzində əmək haqqı almamış və ona əmək müqaviləsi verilməmişdir. Ümumiyyətlə iddiaçı orada işləməyib. Başqa işə düzəlmək üçün müqavilənin ləğv edilməsini istəyir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdehndə qeydiyyatçı vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” barədə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh (VÖEN: **********) aktiv vergi ödəyicisidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmədə müəyyən olundu ki, iddiaçı sistemdə xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də qeydiyyatçı vəzifəsində göstərilsə də, o burada işləməmişdir. Ona əmək müqaviləsi və aylıq əmək haqqı verilməmişdir. İddiaçının adına sistemdə əmək müqaviləsinin görünməsi onun işə qəbuluna maneə yaratdığını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar