Məhkəmə qərarları › İş №2(003)-2606/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2606/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2606/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3339,17 manat pulun və həmçinin hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra: cavabdeh) onun iş yoldaşı olmuşdur. Cavabdeh şəxsi sosial məişət şəraitinin yaxşılaşdırılması üçün "xxxx" müraciət etmiş və bankın qaydalarına görə cavabdehdən zaminin olması şərti ilə kreditin veriləcəyini bildirmişdir. Bu səbəbdən zamin duraraq cavabdehə xx.xx.2016-cı il tarixində kredit müddəti 48 ay müddətinə illik faiz 26% olmaqla cəmi 4298,90 manat kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinin 1.1 bəndinə görə cavabdeh krediti və ona hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş, cavabdehə edilən xəbərdarlıqlara baxmayaraq ödənişləri gecikdirmiş, ödəniş etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə xx.xx.2017-ci il tarixə cavabdehin banka 3339,17 manat məbləğində əsas borcu qalmışdır. Belə olan halda bank xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən ondan 3339.17 manat pulun tutulması barədə qərar qəbul etdi. Xüsusi olaraq qeyd edir ki, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)448/2018 saylı qətnaməsinə əsasən müştərək qaydada ondan və cavabdehdən "xxxx" ASC-nin xeyrinə ümumilikdə 3339,17 manat məbləğində kreditin və məhkəmə üçün ödənilməş 20 manatın ödənilməsi qət edilmişdir. Yekun olaraq tərəfindən "xxxx" ASC-nin xeyrinə ümumilikdə 3339,17 manat məbləğində kredit ödənişi tam olaraq ödənilmişdir. Qeyd edir ki, tutulmalar onun pensiyasına yönəlmişdir. Yaranmış vəziyyətlə bağlı tərəfindən dəfələrlə cavabdehlə əlaqə saxlanılsada heç bir müsbət nəticədə əldə olunmadı. Pozulmuş hüquqlarımın bərpası üçün məcbur olub məhkəməyə müraciət etməli oldu. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o,məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AA № 210812 saylı məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, İddiaçı 1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında 1236 saylı xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, İddiaçı 1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşərək Suraxanı rayonu Suraxanı qəsəbəsi Mərkəzi küçəsi, 5-ci keçid fərdi yaşayış evdə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-448/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, Kapıtal Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 3339,17 (üç min üç yüz otuz doqquz manat on yeddi qəpik) manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. İş materiallarında olan Kapıtal Bank” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışının sürətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 117RGTK160990001 nömrəli 4298,90 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 3096,40 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının sürətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-448/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh "xxxx" müraciət etmiş və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona kredit müddəti 48 ay müddətinə illik faiz 26% olmaqla cəmi 4298,90 manat kredit verilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə zamin olmuş və onun tərəfindən kredit üzrə 3096,40 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə kredit borcu bağlanmışdır. Hahazırda İddiaçı ödəmiş olduğu kredit borcunu cavabdehdən geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Mülki Məcəllənin 476-cı maddəsinə əsasən zaminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Məhkəmə həmçinin iddianın 50,0 manat məbləğində hüquqi yardım üçün çəkilmiş xərcin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissəsi də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3339,17 manat pulun və həmçinin hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı qızına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3339,17 manat pulun və həmçinin hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar