Məhkəmə qərarları › İş №2(003)-2629/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2629/2022

21.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2629/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı onun, övladları 22 oktyabr 2012-ci il təvəllüdlü X9 və 25 may 2016-cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 26 oktyabr 2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 22 oktyabr 2012-ci il təvəllüdlü X9 və 25 may 2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri birbirinə uyğun gəlməmişdir. Onunla aralarında dəfələrlə mübahisə yaranmışdır. Buna görə də Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalması, həmçinin onların saxlanılması üçün cəmi 300 manat məbləğində sabit pul şəklində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, o, ünvan 1-yə gəlin gəlmişdir. Belə ki, o, 30 avqust 2021-ci il tarixdə onların birlikdə yaşadığı fərdi yaşayış evindən onu və övladını nikahın pozulması ilə bağlı müraciət etdiyi üçün zorla çıxarmışdır. Hazırkı tarixədək onun cehiz əmlaklarının çox hissəsi həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək və iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiçı özü iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə mürciət edərək nikahın pozulmasını xahiş etmiş, məhkəmənin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəmənin qətnaməsi ilə uşaqların saxlanılması üçün ayda 340 manat olmaqla sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı nikahın pozulması barədə məhkəməyə ərizə verəndən sonra özü könüllü olaraq bütün cehiz əşyaların yığışdıraraq adı çəkilən evdən köçmüş və Binə qəsəbəsində digər ünvanda yaşamağa başlamışdır. Yəni, onu heç kim zorla evdən çıxarmamış, nikahını da özü ərizə verməklə pozdurmuşdur. İddiaçı iddia ərzəsində cehiz əşyalarının adı çəkilən evdə qalması barədə yazdıqları yalandır, belə ki, evdən əşyalarını aparanda ancaq bir ədəd bufet və bir ədəd şifoner saxlamışdır ki, onu “Lalafo”elan saytı vasitəsilə satacaqdır. İddiaçının ona qarşı mənzilə köçürülmə barədə tələb qoyduğu fərdi ev onun yox, X2nun xüsusi mülkiyyətində olan evdir. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən bu ev X3 xüsusi mülkyyətindədir. (Qeydiyyat vəsiqəsinin surəti əlavə edilir). İddiaçı ilə Cavabdeh arasında nikah 26 oktyabr 2011-ci ildə bağlanılmışdır. X2 adı çəkilən evi nikahdan 7 il əvvəl, yəni 2004-cü ildə almış və təkcə onun mülkiyyətindədir, onun və ya digərlərinin bu evə hər hansı payı yoxdur. İddiaçı ərizədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin müddəlarının bu münasibətə bir aidiyyatı yoxdur, belə ki, bu ev digər bir vətəndaşın xüsusi mülkiyyətindədir, bu evə qarşı onun və ya iddiaçının hər hansı tələbi ola bilməz. Bundan əlavə iddiaçının istinad etdiyi Mülki Məcəllənin 180-ci maddəsinin özbaşına tikinti barədə müddəalarının bu münasubətə bir aidiyyatı yoxdur, çünki ev digər bir şəxsin xüsusi mülkyyətıdir, özbaşına tikinti deyil, o cümlədən Mülki Məcəllənin 157, 164-cü maddələrinin də yuxarıda qeyd olunanlara əsasən, bu münasibətə bir aidiyyatı yoxdur. İddiaçı ilə Cavabdeh arasında nikah 26 oktyabr 2011-ci ildə bağlanılmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarına görə tərəflər arasında yaranan münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları tətbiq edilə bilər. Lakin qeyd etmək lazımdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi cavabdehin X2na məxsus olduğundan və təkcə onun mülkiyyətində olduğundan, onun və ya digərlərinin bu evə hər hansı payı olmadığından, İddiaçı özgə bir şəxsin evinə köçürülmə iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan FM seriyalı, 031654 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov) Binə qəsəbəsi Bakıxanov küçəsi, döngə 12, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına xx.xx.2004-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası İddiaçı olan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan Binə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3039/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Ağsu Qeydiyyat şöbəsində 487 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150,0 manat olmaqla, cəmi 300,0 (üç yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş, AN-İ seriyalı ******* №-li xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evini X1. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçı və cavabdehin deyil, üçüncü şəxsin mülkiyyətindədir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının və cavabdehin mülkiyyətində olmadığından, o cümlədən iddiaçı evin mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin mülkiyyətçisinin digər qohumu hesab edilmir. Odur ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, onun göstərilən evə köçürülməsinə dair iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən evin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, o cümlədən iddia tələbi hazırki iş üzrə evin mülkiyyətçisinə deyil, onun oğluna qarşı verildiyindən və tərəflər arasında da nikah münasibətləri pozulduğundan evə köçürülməyə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, mövcud iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddianın “iddiaçının azyaşlı uşaqlarının mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 22 oktyabr 2012-ci il təvəllüdlü X9 və 25 may 2016-cı il təvəllüdlü X10 anası İddiaçı yanında qalır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə 22 oktyabr 2012-ci il təvəllüdlü X9 və 25 may 2016-cı il təvəllüdlü X10 anası İddiaçı yanında qaldığından, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Digər tərəfdən, İddiaçı mənzilə köçürmə tələbinə dair mövcud iddia tələbi rədd edilməli olduğundan, on dörd yaşına çatmamış X5 və X7 yaşayış yeri valideyninin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – onun, uşaqları 22 oktyabr 2012-ci il təvəllüdlü X9 və 25 may 2016-cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar