Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2630/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov Sabir oğlu Ərizəçi «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında digər hüquqi hallar» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d im : Ərizəçi Xəzər rayon İcra Hakmiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/396 saylı sərəncamına əsasən Ərizəçi Zirə qəsəbəsinin şimal hissəsində 152 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki ərizə tikinti üçün torpaq sahəsinin ayrılmasına əsaslanır, bu isə hüquqi əhəmiyyətli fakt xarakteri daşımır. Buna görə də məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, ərizənin məzmunundan və xahiş etdim hissəsindən görünür ki, ərizəçi konkret tələblə çıxış edərək Zirə qəsəbəsinin şimal hissəsində 152 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmasını tələb edir. Məhkəmə hesab edir ki, bu cür ərizələr daxil olduqda, ərizənin yolverilməzliyinə görə qəbul olunmasından imtina olunmasını müəyyən edən konkret norma olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtinaya dair münasibətləri nizama salan hüquq norması tətbiq edilərək, iddiaçının mövcud ərizəsi iddianının yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi “Zirə qəsəbəsinin şimal hissəsində 152 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılması” tələbi barədə ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2630/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2630/2025
30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver