Məhkəmə qərarları › İş №2(003)-2633/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2633/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2633/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər X8 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X8 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Cavabdeh1 8800 manat, X8 ilə birgə Cavabdeh1 200 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayında Cavabdeh1 onu torpaq satmaq adı ilə aldatmış və ondan əvvəlcə 3800 manat almış, daha sonra 3900 və təkrar 1100 manat olmaqla, cəmi 8800 manat məbləğində pul almışdır. Ondan pul alaraq aldatmış və dələduzluq edərək özünə məxsus olmayan torpaq sahəsini ona satdığını inandırmaq üçün digər cavabdehin adına eskiz layihə çəkdirib ona vermişdir. Daha sonra ona aydın olmuşdur ki, Cavabdeh1 onu aldatmışdır. Ona görə də Xəzər RPİ-nin 2-ci polis şöbəsinə şikayət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Xəzər RPİ-nin 2-ci polis şöbəsinin təhqiqatçısı Cavid Ağayevin 01 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma materialından görünür ki, X3, X6, X2 izahatlarında Cavabdeh1 ondan 8800 manat məbləğində pul aldığını təsdiq etmişdir. Bundan başqa, Cavabdeh1 isə ondan torpaq sahəsi satmaq adı ilə 3000 manat aldığını etiraf etmişdir. Cavabdehi məhkəməyə verib torpağı tələb etdikdə isə ona qarşı Mingəçevir Şəhər Məhkəməsində 16530 manat pul tələbinə dair iddia qaldırmış, daha sonra ərizəsini baxılmamış saxlatmışdır. Onun cavadehə qarşı torpaq tələbinə dair iddiası Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2020ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə iclasında isə Cavabdeh1 ona borclu olmadığını bildirərək ziddiyyətli ifadələr vermişdir. Cavabdeh X8 isə Cavabdeh1 ilə birgə ondan torpaq sahəsinin eskiz layihəsinin çəkilməsi üçün 200 manat almışdır. Ona görə də həmin pul onlardan alınaraq ona verilməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh1 8800 manat, X8 ilə birgə Cavabdeh1 200 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ona 16530 manat pul borcludur. Pulu qaytaracağını bildirdiyi üçün, iddiaçıya qarşı iddiasını Mingəçevir Məhkəməsindən geri götürmüşdür. İddiaçı onun pulunu qaytarmamaq üçün əsassız tələblərlə iddia qaldırır. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2206/2020 saylı 28.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin verilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərarla müəyyən edilmişdir ki, vətəndaş X5 göstərmişdir ki, 2020-ci ilin yanvar ayında yaşadığı evdə qohumu Vüqar adlı şəxsə torpaq sahəsi almaq məqsədilə 3900 manat, sonra isə 1100 manat pul vermişdir. Ona bildirmişdir ki, Əsəd adlı şəxs həmin torpaq sahəsini satır və pul həmin şəxsə veriləcəkdir. Sonradan məlum olmuşdur ki, həmin şəxslər onu aldatmışlar. Həmin Qərarda həmçinin göstərilmişdir ki, vətəndaş Cavabdeh1 izahatında bildirmişdir ki, tanışı Vüqar adlı şəxsdən ona torpaq sahəsi satmaq məqsədilə ümumilikdə 3000 manat pul almışdır. Sonradan həmin şəxs narazılıq etdiyi üçün həmin pulun 2500 manatını qaytarmışdır. İddianın mahiyyətindən görünür ki, iddiaçı Cavabdeh1 8800 manat, X8 ilə birgə Cavabdeh1 200 manat tutulmasını xahiş etmiş, lakin öz tələbini cavabdehlərə eskiz çəkilməsi üçün 200 manat verməsi, həmçinin Cavabdeh1 verdiyi pulun 8800 manatdan ibarət olmasına dair hissədə əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçının tələb etdiyi 3900 və 1100 manat olmaqla, cəmi 5000 manat pul vəsaitinin vətəndaş X3 tərəfindən cavabdehə verildiyi göstərilmiş, yəni iddiaçının həmin pul məbləğini cavabdehə verməsi iş üzrə öz təsdiqini tapmamışdır. Məhkəmə, cavabdeh tərəfindən polis şöbəsində verdiyi iddiaçıdan 3000 manat pul vəsaitini almağına dair izahatını, həmçinin işin məhkəmə iclasında araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh1 3000 manat pulun tutulması hissəsində sübuta yetirilir və həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh1 İddiaçı xeyrinə 3000 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə 3000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar