Məhkəmə qərarları › İş №2(003)-2643/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2643/2024

16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2643/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onun heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı, həmçinin 1990-cı ildən Azərbaycan Respublikasında daimi yaşamağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində anadan omuşdur.Onun doğumu Bolnisi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə 51 nömrəli aktla qeydə alınmış və İ-PЭ seiyalı, 186834 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X7 1925-ci ildə Gürcüstanın Bolnisi rayonununda anadan olmuşdur.Anası Gürcüstan-SSR vətəndaşı olub, xx.xx.1998-ci ildə Azərbyacan Respublikasının Abşeron rayonunda vəfat edib.X3 1916-cı ildə Gürcüstanın Bolnisi rayonununda anadan olmuşdur.Atası Gürcüstan-SSR vətəndaşı olub, xx.xx.1993cü ildə Azərbyacan Respublikasının Sumqayıt şəhərində vəfat etmişdir. O, 1964-cü ildə Bolnisi rayon orta məktəbində birinci sinifə getmiş, 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1975-ci ildə Bolnisi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı şəhərində hərbi xidmət keçmiş, 1977ci ilin mayında tərxis olmuşdur. xx.xx.1978-ci il tarixdə Bolnisi rayon İcraiyyə Komitəsinin Daxili işlər orqanı tərəfindən V-TИ seriyalı, 544566 nömrəli SSRİ vətəndaşı pasportu verilmişdir. 1978-1990-cı illərdə Bolnisi rayon Radevan sovxozunda traktor sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.1983-cü il tarixdə Gürcüstan vətəndaşı X2 ilə nikaha daxil olmuş və bu nikahdan 3 uşağı anadan olmuşdur. xx.xx.1990-cı ildə aralarında olan nikaha xitam verilmişdir. xx.xx.1990-cı il tarixdə Azərbaycan-SSR-nin vətəndaşı X5 ilə nikaha daxil olmuşdur. 23.12.199-cu ildə aralarında olan nikaha xitam verilmişdir.1990-cı ildən Azərbyacan Respublikasında yaşayır. xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək ünvan 1 ünvanında qeydiyyata alınmışdır və yaşayır. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi, baş inspektor X9 ərizə ilə müraciət edərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir Ərizəçinin şahidi X6 məhkəmə iclasında bildirdi ki, atası 1990-cı ildə Azərbyacan Respublikasına köçüb.Əvvəki arvadı sənədləri gizlətdiyinə görə əvvəllər məhkəməyə müraciət edə bilməyib. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: İ-PЭ seiyalı, 186834 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Tapan kəndində doğulmuşdur. X3, X11 qızıdır. H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Bolnisi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1977-ci ildə tərxis olmuşdur. xx.xx.2023-cü il tarixli BMTQAK Azərbaycandakı nümayəndəliyinin himayə sənədindən görünür ki, Ərizəçi BMTQAK-ın mandatı altında olan şəxsdir və bu sənəd xx.xx.2024-cü ilədək qüvvədədir. Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət xidmətlərinin İnkişafı Agentliyinin xx.xx.2024-cü il tarixli, 01/35792 nömrəli məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Əliyev X8 vətəndaşı deyil. Azərbaycan Respublikası DMX-nin ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası DMX-nin X1 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-72/2-Ə- 8882-xx-xx-26802/2023-nömrəli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək DMX tərəfindən ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DSX-nin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-2189/24 nömrəli məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında heç bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iş üzrə müəyyən olunmuş hallar bir-birini tamamlayır və təsdiq olunur ki, Ərizəçi 1990-cı ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi 1990-cı ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar