Məhkəmə qərarları › İş №2(003)-2646/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2646/2025

20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2646/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edildiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X3 ilə “X4” və “X5”nun eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin əri X* doğum haqqında akt qeydində atasının adı “Məmmədəmin” kimi yazılmışdır. Lakin onların nikah, uşaqlarının isə doğum haqqında akt qeydinin ata qrafasında ərinin ata adı “Məmmədəli” (X4), onun ölüm haqqında akt qeydində isə ata adı “Məmmədəmi” (X5) kimi qeyd edilmişdir. Maraqlı şəxs 24 may 2025-ci il tarixli məktubu ilə ərizəçiyə qeyd edilən aktlar arasında zidiyyət olduğuna və müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığına görə müvafiq düzəlişin edilməsinin mümkün olmadığı bildirilmiş və ona məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ona görə də ərizəçi qeyd edilən akt qeydlərindəki ziddiyyətin aradan qaldırılması üçün hazırki tələblə (yəni X3 ilə müvafiq akt qeydlərində göstərilən “X4” və “X5”nun eyni şəxs olması faktının müəyyən edilməsi barədə) xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Ərizəçi məhkəməyə təqdim etdiyi sənədlərlə bağlı izahat verərək, X* onun əri olduğunu və vəfat etdiyini, ərinə təyin olunmuş pensiyanı ala bilmək üçün müvafiq sənədlərdəki səhvlərin düzəldilməli olmasını, qeydiyyat şöbəsinin həmin səhvləri düzəltməkdən imtina etdiyini, ona görə məhkəməyə müraciət etdiyini bildirərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə uyğun olaraq, maraqlı şəxsin iştirakı olmadan iş üzrə məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin izahatlarını dinləyərək hesab edir ki, hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də işin icraatına xitam verilməlidir. *) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM") 305-ci maddəsində “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə mülki məhkəmə icraatı (xüsusi icraat) qaydasında baxıldığı qeyd edilmişdir. Məhkəmə tərəfindən hansı hüquqi faktların müəyyən edilə biləcəyi və icraat qaydaları isə MPM-in 307-ci və digər maddələrində təsbit edilmişdir. MPM-in 307.*-ci maddəsində qeyd edilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2.04.20*9-cu il tarixli 3 saylı qərarının (bundan sonra “Ali Məhkəmə Plenumunun 3 saylı Qərarı”) 6.2-ci bəndində qeyd edilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Ona görə məhkəmə hesab edir ki, hazırda ərizəçi tərəfindən müəyyən olunması xahiş edilən faktın (X3 ilə “X4” və “X5”nun eyni şəxs olması faktının) məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir.

2. Bununla belə, ərizəçi hətta tələbini dəyişdirərək doğum haqqında şəhadətnamənin, nikah haqqında şəhadətnamənin, uşaqlarının doğum haqqında şəhadətnamələrinin əri X2 məxsus olması faktının müəyyən edilməsi tələbi ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etsə də yenə də həmin tələbə ümumi məhkəmə tərəfindən mülki (xüsusi) icraat qaydasında baxılması mümkün olmayacaqdır. Belə ki, MPM-in 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının nmüəyyən edilməsi barədə işlərə baxır. Ali Məhkəmə Plenumunun 3 saylı Qərarının 6.*-ci bəndində qeyd edilir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.” Göründüyü kimi mülki prosessual qanunvericiliyə əsasən şəxsiyyəti təsdiq edən sənədlərin, o cümlədən doğum, nikah, ölüm haqqında şəhadətnamələrin xüsusi (mülki) icraat qaydasında konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi yolverilməzdir.

3. Digər tərəfdən MPM-in əvvəllər qüvvədə olan “Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” adlı 37-ci fəslində müvafiq icra hakimiyyəti orqanları tərəfindən edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina edildikdə məhkəmənin mülki (xüsui) icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxmaq səlahiyyəti nəzərdə tutulmuşdu və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsas sayıldığı təsbit olunmuşdu. Lakin 9 iyul 202*-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə MPM-in 37ci fəsli ləğv edilmişdir. Ali Məhkəmə Plenumunun 3 saylı Qərarının 6.3-cü bəndinə də qeyd edilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnamələrinin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə *0 aprel 20*5-ci il tarixli qərarının 9.*-ci bəndində qeyd edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanladığı 24 may 2025-ci il tarixli 05/68-*3* nömrəli məktubundan görünür ki, ərizəçi həmin inzibati orqana X* nikah, ölüm və uşaqlarının doğum haqqında akt qeydlərində düzəliş edilməsi üçün müraciət etmiş, inzibati orqan isə cavab olaraq bildirmişdir ki, “ərinizin doğum haqqında akt qeydində atasının adı “Məmmədəmin”, sizin nikah, uşaqlarınızın doğum haqqında akt qeydinin ata qrafasında ata adı “Məmmədəli” və ərinizin ölüm haqqında akt qeydində ata adı “Məmmədəmi” kimi qeyd edilmişdir. Müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığından və təqdim etdiyiniz sənədlərdə ziddiyət olduğundan akt qeydlərində müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. Göründüyü kimi hazırki mübahisə ərizəçi ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan arasında həmin orqan tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) edilmiş qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlıdır və bu səbəbdən inzibati orqanın (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanın) ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan inzibati xarakterli mübahisədir. Belə ki, inzibati orqan tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) aparılmış müvafiq akt qeydləri arasında ziddiyət olduğundan, mübahisəli məsələ inzibati orqanın üzərinə məhz həmin akt qeydlərinin düzəldilməsi vəzifəsi qoyulmaqla həll edilə bilər. Yuxarıda qeyd olunan Plenum qərarlarında qeyd edildiyi kimi, mülki (xüsusi) məhkəmə icraatı qaydasında sənədin şəxsə məxsus olmasını müəyyən edən qətnamədə səhvə yol verilmiş aktda (sənəddə) düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir və belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin hüquqi marağına uyğun olaraq onun tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqana qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) aparılmış qeydlərdə düzəlişlərin edilməsi, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi tələbi ilə inzibati məhkəməyə müraciət edilməlidir.

4. Ali Məhkəmə Plenumunun 3 saylı Qərarının *.3-cü bəndinə qeyd edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ali Məhkəmə Plenumunun *0 aprel 20*5-ci il tarixli Qərarının *5.4-cü bəndində də qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-in 26*.0.*-ci maddəsinə əsasən, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə müvafiq iddia tələbi ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqana qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməli və ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, *6462 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edildiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, *6462 nömrəli qəbzlə ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, müvafiq iddia tələbi ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqana qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquq vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar