Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2665/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh (Gila) Böyükağa qızının, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh (Abbasova Gila) Böyükağa qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı Cavabdeh (Abbasova Gila) Böyükağa qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh atasından ona miras qalan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.Əzizbəyov küçəsi dalan 2 ev 16-dan çıxarılması və onun daim qeydiyyatda olduğu həmin evdə yaşamaq hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.Əzizbəyov küçəsi döngə 2 ev 16 atasından ona miras qalmışdır. Həmin evdə o və qardaşı arvadı X4 qeydiyyatdadır. Lakin bacısı Cavabdeh başqa ünvanda qeydiyyatda olaraq əvvəllər orada yaşamasına baxmayaraq 5 ildir ki, atasından miras qalan yuxarıda ünvanı qeyd edilən evdə yaşayır və onu oradan qovmuş, evdə yaşamağa icazə vermir, onu qeydiyyatda olduğu mənzildə yaşamaq hüququnu pozur, hal-hazırda yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatına əlavə olaraq bildirmişdir ki, mübahisəli ev bibisi Humaya məxsusdur. Cavabdeh həmin evdə təxminən 5-6 ildir ki, qalır. O, özü isə 15 ildən çoxdur ki, özünəməxsus 4 otaqlı evdə ailəsi ilə birlikdə yaşayırdı. Son müddət ərzində isə işlədiyi bağda qalır. Hesab edir ki, iddia təmin olunmalıdır, çünki mübahisəli ev babasının evi olub, o da onun nəvəsidir. Mübahisəli ev 2 mərtəbəlidir. Cavabdeh 2-ci mərtəbədə yaşayır. Cavabdeh həmin evin 1-ci mərtəbəsini isə kirayə verib, orada kirayəçilər yaşayır. Cavabdeh və kirayəçi onu həmin evə buraxmır. O, həmin evdə qanunsuz yaşayan şəxslərin həmin evdən çıxarılmasını xahiş edir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh (Abbasova Gila) Böyükağa qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisəli həyətə və evə 2011-ci ildən gəlmişdir. Həmin evin mülkiyyətçisi bibisi Humaydır. Humay özü ona demişdir ki, gəl, uşaqlarınla birlikdə həmin evdə qal. O özü həmin evi əsaslı təmir etdirib, hal-hazırda da orada onun tərəfindən təmir işləri aparılır. Mübahisəli ev 2 mərtəbədən ibarətdir. Birinci mərtəbə 4 otaqdan, ikinci mərtəbə isə 3 otaq, 1 zal və mətbəxdən ibarətdir. Evin bütün kommunal xərclərini o ödəyir. Həmin evə dair bibisi Humay onun qızı Saraya etibarnamə vermişdir. Həmin evin qaz və su sayğacları da onun qızı Saranın adınadır. İddiaçı mübahisəli evdə uzun müddətdir ki, yaşamır, iddiaçı özünə məxsus olan başqa evdə yaşayır. Lakin o, orada 2011-ci ildən yaşayır. İddiaçı gecələr sərxoş vəziyyətdə onun həyətinə gəlib ona hədə-qorxu gəlib. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək cavabdeh ilə eyni məzmunlu izahat verərək qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 5303326№-li Arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı və X4 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC 5 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 29 MSŞ-3/70 saylı arayışının surətindən görünür ki, dalan 2 ev 16 ünmanında yaşayan, ***-**-** nömrəli telefonun abunəçisi “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.Əzizbəyov küçəsi İddiaçı verilir ondan ötrü ki, o, 5 saylı Rabitə Xidmətləri Mərkəzində ***-***-**- ** nömrəli telefonun abunəçisidir. xx.xx.2014-cü il tarixdən həmin ünvanda işləyir. Abunəçinin halhazırda borcu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Gülbacı Böyükağa qızı ilə xx.xx.1991-ci ildə rəsmi nikah daxil olmuşdur. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdadır və sonuncu ilə iddiaçı arasında evdən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 228.2-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “MM-in 228ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (MMin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (MM-in 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (MM-in 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (MM-in 158.4-cü maddəsi). Beləliklə, MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur”. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə MM-in 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun MM-in 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı). MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun MM-in 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi qüvvəsi məcburi olan qərarlarında formalaşdırılmış və məhkəmələr tərəfindən rəhbər tutulmalı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Qanunvericilikdə şəxsin qeydiyyatda olması, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutulmamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir. Məhkəmə iddia tələbinin “cavabdehin mübahisəli mənzildən çıxarılması” ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunun tələblərindən göründüyü kimi daşınmaz əmlakla bağlı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ona məxsus olmasını iddia edərək, cavabdehin orada gəlib yerləşməsini qanunsuz hesab edir və cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir. Lakin, iş materiallarından göründüyü kimi iddiaçı həmin daşınmaz əmlaka dair özünün qanuni sahibliyini təsdiq edən sənədi iş materiallarına əlavə etməmişdir. Yəni, mübahisəli əmlakın iddiaçının mülkiyyətində olmasında dair heç bir sübut yoxdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçmişdir. Odur ki, İddiaçı Cavabdeh qızının mənzildən çıxarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi deyildir. Beləki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli mənzilin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız mübahisəli mənzilin məhz ona məxsus olduğunu və ya həmin mənzil ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən mənzilin üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Belə ki, subyektiv hüququn əmələ gəlməsi üçün qanunla müəyyən edilən 3 elementin hamısı birlikdə mövcud olmalıdır. Bu elementlərdən birinin mövcud olmaması həmin iddia tələbi ilə bağlı əlavə araşdılmanı mənasız edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi mənzilə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddiaçının həmin mənzilə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli evə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək, o cümlədən cavabdehin həmin evdən çıxarılmasını tələb etmək səlahiyyətinə malik olmadığından, eləcə də mübahisəli evdən istifadə hüququ əmələ gəlmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi təmin edilə bilməz, rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh (Abbasova Gila) Böyükağa qızına qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2665/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2665/2022
05.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver